Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə35/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

Linqvistik  tipologiya
119
maqları altından gülüşdülər (KDQ, 58); Ayağım başmaq, üzüm 
yaşmaq görmədi (KDQ, 33). Banuçiçək yaşmaqlandı, xəbər sor-
du (KDQ, 54).
Yaş  kökündən  düzəlmiş  yaşırmaq  sözündə  də  gizlətmək-
lə  bağlı  məna  çalarlığı  bildirilir:  “Ol  ər  ol  nənin  yaşurğan” 
(O adam o əşyaları gizlətdi) (DTS, 247); “Zəfim eldən yaşırıb 
əhvalımı saxlar, vəli, Naleyi biixtiyarımdır qılan rüsva məni”. 
(Məhəmməd Füzuli); Yaşır muyi bir möhkəm yerdə (Bunu bir 
möhkəm  (etibarlı)  yerdə  gizlət  (ADDL,  242).
Yaz kökü də yay və yaş kökləri kimi gizlənmək mənasına 
müvafiq çalarlıqla səciyyələnir. Həmin məna çalarlığı yaz kö-
kündən düzələn yazınmaq (Əkdiyim şitillərin biri də yazınmadı) 
sözündə ifadə edilir. Yazınmaq sözü mənbələrdə günah etmək və 
azmaq mənalarında qeydə alınmışdır: “Tanrıqa yazınıb” (DTS, 
251). (Allaha xoş getməyən)
 günah edib). 
Yaz sözünün özü də mənbələrdə səhv etmək mənasında qeydə 
alınmışdır. Yazmas atım bolmas yanılmaz bilgə bolmas (səhvsiz 
nişançı olmaz, səhvsiz müdrik də olmaz (yoxdur). (DTC, 250).
Yaz kökündən düzəlmiş yazıq sözü mənbələrdə günah etmiş 
adam mənasında da qeydə alınmışdır: Emti bu on türlüq yazuq-
da boşunu ötünür biz. (Indi biz yalvarırıq ki, on cür günahdan 
təmizlənək) (DTC, 251).
Yazıq sözü müasir dilimizdə öz əvvəlki mənasını dəyişərək 
günahsız, fağır, sadəlövh mənasında işlədilir: “Bu yazığın nə gü-
nahı var?”.
Y – z səs dəyişməsi quy-quz köklərində də müşahidə edilir. 
Bu köklərə aid ümumi anlayış qazılmaq, qazılıb aşağı düşmək, 
uçub aşağı tökülmək kimi çalarlardan ibarətdir. Quy kökü əsa-
sında düzələn quyu, quytul kimi sözlərdə bu mənalar ümumi xa-
rakter daşıyır.


Mübariz Yusifov
120
Quz kökündən düzələn quzulamaq sözünə aid uçub tökülmək 
mənası isə yerli nitq areallarında saxlanılır (Bax: ADDL, 152).
Ş – l səslərinin keçidi deş-dəl, döş-döl, beş-bəl köklərində 
müşahidə edilir. Deş-dəl kökləri müstəqil mənalı olduğu üçün 
bu sözlərə məxsus ümumi anlayışı duymaq çətin deyildir. Hə-
min köklərə aid olan derivatlarda da ümumi məna anlayışı aydın 
görünür:  deşmək-dəlmək,  deşik-dəlik
Döş və döl sözlərində isə məna anlayışı döl ilə bağlı döş-
dən süd sağmaq, süd əmmək, süd əmizdirmək kimi ifadələrə aid 
mənalardan  ibarətdir.  Beş  və  bəl  kökləri  isə  onları  birləşdirən 
ümumi məna anlayışını birbaşa bildirə bilmir. Onların ümumi 
mənaları bələk-beşik sözlərində ifadə edilir. 
Ş – l səslərinin keçidini yıl və  (yış) köklərində də müşa-
hidə etmək olur. Yıl kökü qədim mənbələrdə yıldırmaq sözünün 
daxilində  parıldamaq,  işıldamaq  mənasında  qeydə  alınmışdır: 
Yıltırar ay (Ay parıldayar, işıldayar), (DTC, 267).
Yıl kökü özünün işıldamaq mənasını yıldız (ulduz) sözündə 
saxlayır.  Yıl  kökündən,  həmçinin,  istilik  mənasını  bildirən  yı-
lıq (ilıq) (DTC, 266) yılır (isinmək) (DTC, 267) kimi sözlər də 
düzəlmişdir. 
Yıl  kökü  əsasında  düzələn  yıldır  sözünə  “Kitabi-Dədə 
Qorqud”da da rast gəlmək olur: “Gördü kim, bir yığnaq yatır, 
yıldır-yıldır  yıldırır”  (KDQ,  98).
Yıl kökündən, həmçinin, əvvəlindən samit ixtisar olunan va-
riant üzrə ilıq, ilınmaq kimi sözlər də yaranmışdır. 
Yıl kökü əsasında isə işıq, işıltı, işıldamaq sözləri formalaş-
mışdır. Bu kökdən düzələn işıltı və onunla bağlı sözlər dilimizdə 
intensiv işlənir. Güman ki, belə sözlərdə əvvəlki y samiti qey-
ri-sabit olduğu üçün sözün əvvəlindən ixtisar olunmuşdur. 
Kökün sonunda ş – s samitlərinin əvəz olunması ilə yış (yı-
şıq-işıq) // yıstı-yisti // is kökündən, həmçinin isti, istilik, eyni za-


Linqvistik  tipologiya
121
manda münasibət bildirən istək sözü də yaranmışdır. Söz sonun-
da s – l səslərinin dəyişməsi ilə eyni zamanda qoşa söz şəklində 
formalaşmış kol-kos ifadəsi də yaranmışdır. S – l keçidi, həmçi-
nin, mənaca bir-biri ilə daxili əlaqəyə malik olan kosa (tüksüz) 
və kola (buynuzsuz) sözlərində də müşahidə edilir. Kosa sözü 
eyni mənada müasir dilimizdə işlənir, kola sözü isə buynuzsuz 
keçi mənasında areal nitqdə işlədilir (ADDL, 265).
Səslərin ş-s-l istiqamətində dəyişməsini bir-biri ilə daxili məna 
əlaqəsi mövcud olan aşağı-alt kimi sözlərdə də müşahidə etmək 
olur. Sözlərin hər ikisində onları aşağılıq anlayışı birləşdirir. Fo-
netik cəhətdən oxşar olan üst sözündə isə yuxarılıq mənası vardır. 
Oxşar köklü sözlərdə hər hansı səsin dəyişməsi ilə məna dəyiş-
məsi tamamilə qanunauyğun bir haldır. Məsələn, al kökü müəy-
yən  məqamda yuxarılıq və aşağılıq bildirir. Bu kökdən düzələn 
alp sözündə böyüklük anlayışı vardır: Məsələn, alp igid, alp ərən 
ifadələrinin nü mu nə sində həmin məna müşahidə edilir. Alp sözü-
nün böyüklük mənası mənbələrdə də qeydə alınmışdır: DTC, 37; 
Alplar başı Qazana zərbə urdu, dünya başına dar oldu. (KDQ, 99).
Al kökü həmçinin, müəyyən derivatlarda aşağı mənası bildi-
rir: alçaq, alçalmaq, alçaqlıq və s. 
Az kökündə də belə bir xüsusiyyət müşahidə edilir. Bu kök-
dən düzələn azman sözü böyüklük bildirir. Azacıq, azca sözlə-
rində isə azlıq mənası vardır. 
Bu mənada, as kökündən düzələn astar sözündə aşağılıq
ondan əvvəlki sait səsin dəyişməsi ilə yaranan üst sözündə isə 
yuxarılıq mənası ifadə edilir. 
R- l samitlərinin keçidi
R-l  samitlərinin  keçidi  əsasında  soraq  (məlumat,  sorağını 
almaq), salıq (xəbər), yıldırmaq – yarılmaqqultaşa (xəbərçi), 
qırıldatmaq  (gileylənmək,  qeybət  etmək)  bələmək-  bürümək 
kimi  sözlər  düzəlmişdir.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə