Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə33/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

Linqvistik  tipologiya
113
li  semantik  əlaqə  müşahidə  edilir.  Bu  mənada,  qaş,  baş,  yaş, 
daş kimi sözlərdə birinci element, bil, bal, bol, bat, baş kimi 
sözlərdə üçüncü element fərqlənirsə onları bir kökdən fonetik 
dəyişmə yolu ilə yaranan sözlər hesab etmək mümkün deyildir. 
Çünki onların arasında heç bir semantik əlaqənin mövcudluğu 
müşahidə edilmir. Eyni kökdən səs dəyişməsi yolu ilə yeni söz 
düzəlməsinə aid buna oxşar nümunələrin verilməsi ilə fonetik 
söz yaradıcılığı barədə fikir söylənilməsi yanlışlıqdır.
Semantik əlaqə fonetik söz yaradıcılığının başlıca əlamət-
lərindəndir.  Belə  bir  əlaqə  əvvəlinə  samit  qoşulmuş  kök  mor-
femlərdən  analitik  yolla  düzələn  sözlərdə  də  müşahidə  edilir. 
Məsələn, Azərbaycan dilində an kök morfemi bilmək, başa düş-
mək, anlamaq mənası bildirir. Azərbaycan dili ilə qohum olma-
yan  başqa  dillərdə  də  an  –  kök  morfeminin  adekvatları  möv-
cuddur. Məsələn, ingilis dilindəki understant (bilmək, başa düş-
mək), yunan mənşəli analiz (təhlil edib anlamaq), latın mənşəli 
annotasiya  (şərh,  aydınlaşdırmaq),  ərəb  mənşəli  intixab  (seç-
mə), inkar (danmaq), inşirah (açılma, zahir olma) kimi sözlərdə 
an kökü ilə səsləşən semantik uyğunluqlar vardır. Azərbaycan 
dilindəki inam (etibar), inan (etibar etmək) kimi sözlərin daxili 
mənaları da an – kök morfemindən uzaq deyildir. An kökünün 
əvvəlinə analitik qayda üzrə d samiti əlavə etməklə dan (inkar 
etmək), t samiti əlavə etməklə tan (ı) (bilmək), q samiti əlavə 
etməklə qan (başa düşmək), s samiti əlavə etməklə san (bilmək, 
başa düşmək) mənalı sözlər əmələ gəlir. 
An – kök morfeminin analitik derivatları başqa dillərdə də 
mövcuddur. Məsələn, rus dilindəki знане (bilik), рознане (an-
layış), знатный (məşhur), всромнатъ (xatırlamaq), ərəb dilin-
dəki məna (məzmun), fars dilindəki dana (bilici), Çin dilindəki 
doinq (xatırlamaq, yada salmaq) sözlərinin kö kündə an – morfe-
minin müvafiq adekvatları durur.


Mübariz Yusifov
114
An kök morfeminin in variantı inləmək sözündə öz mə nasını 
həzin  səs  çıxarmaq  anlayışı  ilə  bildirir.  Bu  kökə  d  samiti  qo-
şulduqda  din  (mək)  sözü  yaranır.  In  –  kökünün  un  –  variantı 
rus dilində unılo (qəmgin, həzin), unılıy (həzin, hüzünlü), unı vıy 
(həzin,  kədərli)  sözlərində  işlənir.  Buna  yaxın  məna Azərbay-
can dilindəki ün (səs) variantında da ifadə olunur. Çin dilində in 
kökünün əvvəlinə t əlavəsi ilə tinq (dinləmək),  əlavəsi ilə yin 
(səs) sözü əmələ gəlir. 
Azərbaycan  dilindəki  ay  kökü  əsasında  ayrı  (hissə-his sə), 
ayırmaq (bölmək) kimi sözlər düzəlir. Ay kökünün əv və linə p 
samiti əlavə edildikdə isə bölünmək mənasını saxlayan pay sözü 
düzəlir. 
Azərbaycan dilində iri tikələrə bölmək (ayırmaq) məna sında 
işlənən alışma sözü vardır. Sözün al kökünün ül variantı əsa-
sında ülüş (xırda tikələrə bölmək) sözü yaranmışdır. Bu söz nitq 
areallarında ülüş və ürüş variantlarında işlədilir: Qon şu muz bizə 
bir ülüş halva verdi (Sabirabad); Yas yerində həriyə bir ülüş hal-
va verdilər (Şuşa); Yanı o xərtənə ölü oldux kun, bir ürüş halvanı 
da yeə bilmədix? (Ağdam).
Ülüş sözü «Kitabi-Dədə Qorqud»da da xırda hissələrə bö-
lüb paylaşmaq mənasında işlənir: “Kafər dəxi düşübən bir yerdə 
axça ülüşməkdəydi” (KDQIL, 179).
Ülüş sözü həmin mənada qədim mənbələrdə də işlənmişdir: 
“Tənrilərkə ön ülüş bolsin” (Əvvəlcə tanrılara pay olsun) (DTS, 
625).
Ül kökünün öl variantının üzərinə b samiti qoşulduqda böl 
sözü alınır. Burada da bölmək mənası ül kökü ilə öz əlaqəsini 
saxlayır.
Azərbaycan dilində ül kökünün il variantının üzərinə d sa-
miti əlavə olunduqda bu kökdən yaranan dilim, dilik söz lə rində 
də bölük, kəsik mənaları bildirilir. Il, ül, öl köklərinin el variantı 


Linqvistik  tipologiya
115
əsasında rus dilində əvvəlinə d əlavə olunmaqla delitğ (bölmək), 
delta (quru hissənin su ilə bölündüyü yer), ingilis dilində delimit 
(bölünmək) sözləri yaranmışdır. 
Azərbaycan dilindəki az kökü əsasında azmaq sözü yara nır. 
Az kökünün əvvəlinə y artırmaqla yaz(ın) (itmək) sözü dü zəlir. 
Ay kökünə y əlavə etməklə düzələn yay kökündən az maqla bağlı 
olan yay (ın) (uşaqlaşmaq, aralanmaq) sözü dü zəlir.  kökünə 
y əlavəsi ilə yaşın (gizlənmək), yaşır (giz lət mək) sözləri düzəlir.
Rus dilində az kökünün iz variantından iliznutğ (giz lən mək, 
gözdən  kənar olmaq) sözü düzəlmişdir.
Azərbaycan  dilindəki  –  iz  variantından  izləmək  sözü  dü-
zəlir. Kökün üzərinə  g samiti əlavə etməklə, əks mənalı giz kö-
kü  yaranır ki, onun da mənası gizlin, gizlən, gizli  sözlərindən 
bəl li  olur.
Azərbaycan dilindəki ar  kökünün əsasında arı (təmiz) sözü 
yaranmışdır. Ar kökünə q samiti əlavə etməklə qar kökü yaranır. 
Bu kökdən isə əks mənalı qarışıq (təmizin əksi) sözü düzəlir.
Türk dillərinə aid qədim mənbələrdə ör kökü əsasında yan-
maq bildirən ört sözü işlənir: örtça qızıp kelti (od kimi alov lanıb 
gəldilər); ört üzə örtənip (odda yanmaq) (DTS, 389).
Azərbaycan dilində ört sözünün əvvəlinə p əlavə olun ma sı 
ilə yanmaq, bişmək, qızarmaq mənasında pörtmək sözü dü zəlir. 
Azərbaycan  dilində  üt  (ütülmək  yanmaq)  kökündən  ütü  sözü 
əmələ gəmişdir. Üt kökünə t əlavəsi ilə tüt kökü yaranmışdır ki, 
bundan da tütsü (tüstü), tütün (tüstülənib yanan) tutuşmaq (yan-
maq) sözləri düzəlmişdir.
Ör kökünün ar-or variantı əsasında rus dilində qarğ (ya nıq), 
qoretğ (yanmaq), razqar (alovlu) sözləri düzəlmişdir. Azərbay-
can dilində isə or variantının üzərinə əlavə olunmaqla qor (od) 
sözü əmələ gəlmişdir.
Oğru  sözünün    kökün  üzərinə  isə  d  samiti  əlavə  olun-


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə