Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə34/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

Mübariz Yusifov
116
maqla  əks  mənalı  doğru  sözünün  kökü  düzəlir.
Üz kökünə d əlavə etməklə düz(ül), s əlavə etməklə süz(ül), 
b əlavə etməklə büz(ül), ay(aq) kökünə d əlavə etməklə day(aq), 
uy kökünə d əlavə etməklə duy(uq), duy(ğu), duy(um); öy(un) 
mək kökünə əlavə etməklə söy(mək); an(rı) kökünə y əlavə 
etməklə yan (böyür), yan(akı), ad kökünə y əlavə etməklə yad 
(özgə), yad(xatırlamaq) yad(ırğa) kimi monosullablar düzəlir. 
Azərbaycan dilində fonetik söz yaradıcılığının izlərini sax la-
yan nümunələr çoxdur. Müqayisə yolu ilə belə sözlərin araşdırıl-
ması dillərarası genetik oxşarlıqların müəyyənləş dirilməsi baxı-
mından maraqlıdır.
Kök daxilindəki sait dəyişmələri ilə  
yeni sözlərin yaranması
Kökdaxili sait dəyişməsi ilə yeni kök sözlərin yaranması fo-
netik söz yaradıcılığının səciyyəvi əlamətlərindən biridir. 
Söz köklərinin daxilində a-ı səslərinin dəyişməsi ilə sarıq 
(sarımaq) sözündən sırıq (yorğan və döşəyin içəridən tikilməsi), 
yarıq sözündən yırtıqqay-qıy köklərindən qayçı, qıyıq, qap-qıp 
köklərindən qapaq-qınıq, çağ-çığ köklərindən çağır-çığır; a-o 
səslərinin  dəyişməsi  ilə  bağ-boğ  köklərindən  bağlamaq-boğ-
maq,  qap-qop  köklərindən  qapı, qapalı, qopuq,  o-ö  səslərinin 
dəyişməsi ilə boy-böy köklərindən böylu (hündür), böyüko-u 
səslərinin  dəyişməsi  ilə  boy-buy  köklərindən  boyun-buynuz, 
ə-ü səslərinin dəyişməsi ilə kəs-küs köklərindən kəsilmək (ara 
vermək,  fasilə  vermək),  küsmək,  təp-tüp  köklərindən  təpə-tüp 
(mərkəz),  ə-ü  səslərinin  dəyişməsi  ilə  dəl-dil  köklərindən  də-
lik-dilik, dilim, u-ö səslərinin dəyişməsi ilə çux-çök köklərindən 
çuxur-çökək, ı-i sələrinin dəyişməsi ilə cız-ciz köklərindən cı-


Linqvistik  tipologiya
117
zıq-cizik,  e-i  saitlərinin  dəyişməsi  ilə  bel-bil  köklərindən  bel-
ləmək-bilək,  e-ü  səslərinin  dəyişməsi  ilə  yer-yür  köklərindən 
yerimək-yüyürmək, i-ü səslərinin keçidi ilə bit-büt köklərindən 
bitkin-bütün, bütöv, u-y səslərinin keçidi ilə tut-tüt köklərindən 
tutuşmaq  (yanmaq)-tütün  kimi  sözlər  yaranmışdır.
 Kök  sonundakı  samit  dəyişmələri  ilə  
yeni sözlərin yaranması
Sözun əvvəlində və ortasında səs dəyişməsi ilə yaranan kök-
lərdə və onların derivatlarında ümumi məna anlayışı saxlandığı 
kimi sonuncu səsin dəyişməsi nəticəsində yaranan köklərdə və 
onların derivatlarında da məna ümumiliyi müşahidə edilir.
Bu xüsusiyyəti aşağıdakı kimi səs dəyişmələri əsasında ya-
ranan kök morfemlərdə və onların əsasında formalaşan sözlərdə 
müşahidə etmək mümkündür:
Kök sonunda x-ğ səslərinin dəyişməsi sıx-sığ, yıx-yığ, box-
boğ kök morfemlərdə müşahidə edilir.
Sıx-sığ köklərində ümumi məna anlayışı sıxılmaq, yığılmaq 
kimi məna çalarlıqlarında özünü göstərir. Həmin anlayışlara aid 
müvafiq mənaları bu köklərin əsasında yaranan, sıxmaq, sıxıl-
maq, sıxlaşmaq, sıxdırmaq, sığışmaq, sığamaq sığdırmaq, sığal-
lamaq kimi sözlərdə də görmək mümkündür.
Yıx-yığ köklərində isə ümumi mənalılıq yerə yıxmaq və top-
lamaq kimi çalarlıqlardan ibarətdir. Bu cür məna çalarlıqları hə-
min köklərin əsasında yaranmış yıxılmaq, yıxdırmaq, yığışmaq, 
yığdırmaq kimi sözlərdə müşahidə edilir.
Box-boğ  köklərində  isə  boğmaq,  sıxmaq,  sıxıb  bağlamaq 
kimi  məna  xüsusiyyətləri  ifadə  olunur.  Box  kökü  öz  məna 
müstəqilliyini saxlamasa da, onun əsasında düzələn boxça sözü 


Mübariz Yusifov
118
boğ kökü və bu kökə məxsus düzəltmə sözlərlə qarşılaşdırıldıq-
da yaxın məna çalarlıqları müşahidə edilir: boğulmaq, boğdur-
maq, boğaz, boğunuq və s.
Kök sözlərin sonunda x – n səslərinin dəyişməsinə də rast 
gəlmək olur. Bu dəyişmədə x samiti, əslində, dilarxası, genetik 
kar n, (velyar n) səsinin relikti kimi iştirak edir. Bu səs dəyişməsi 
əsasında yan-yax kökləri, onların əsasında isə yandırmaq, yan-
dırıb-yaxmaq kimi məna ümumiliyi bildirən sözlər düzəlmişdir.
Dilortası samitlərdən k samiti kök morfemin sonunda digər 
bir samitlə dəyişmir. K  samitinin dəyişməsi ikihecalı kök so-
nunda daha çox müşahidə edilir. G samiti kök morfemlərin so-
nunda norma kimi daim y ilə əvəzlənir. Y samitinin özü isə tək-
hecalı kök morfemlərin sonunda, başlıca olaraq, dil-diş samitləri 
ilə keçid təşkil edir. Ona görə də dilortası samitlərin funksiyası, 
demək olar ki, birhecalı kök morfemlərin sonunda y samitinin 
üzərinə düşür. Odur ki, dilortası samitlərin kök sonundakı dəyiş-
məsindən daha çox, dil-diş samitlərinin keçidi ilə söz yaranması 
barədə bəhs etmək daha məqsədəuyğundur.
Söz kökü sonunda y-ş, y-z, ş-l, ş-s, ş-s-l, r-l, z-r, p-b, m-b, 
p-m səslərinin keçidi ilə aşağıdakı kimi sözlərin formalaşmasına 
təsadüf edilir:
Söz kökü sonunda y – ş səs dəyişməsi yay-yaş-yaz köklə-
rində müşahidə edilir. Bu köklərin əsasında düzələn yayın-ya-
şın  sözlərində  kənarlaşmaq,  gözdən  aralı  olmaq  kimi  mənalar 
bildirilir. Konkret olaraq, yayınmaq sözündə kənar olmaq (göz-
dən yayınmaq), yaşınmaq sözündə isə gizlənmək, özünü göstər-
məmək mənaları ifadə olunur. 
Yaş  kökü  əsasında  düzəlmiş  yaşmaq  sözü  də  gizlənmək 
mənası  bildirir.  Yaşmaq  sözü  dilimizdə  indi  fəal  işlənməsə  də 
mənbələrdə onun «qadınların yad kişilərdən üzünü gizlətməsi» 
mənasında işlədildiyi müşahidə olunur. Xatunları qas-qas yaş-


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə