Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə30/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   53

Mübariz Yusifov
104
antları digər türk dilləri ilə müqayisə edir.
14
 Aydın Ələkbərov kö-
kündə kö, gö elementləri olan sözləri (köz, gövdə, gödək, gödən, 
kökə,  kömbə,  köpəşik)  təhlil  edərək  onların  yumruluq  anlayışı 
üzrə bir-biri ilə bağlı olduğunu göstərir.
25
 
Erden Kajibekov türk dillərində eyni köklü sözləri xüsusi 
semantik  ardıcıllığa  malik  vahidlər  kimi  tədqiq  edir.
36
 
Bəzən söz tərkibində səs dəyişməsi yolu ilə yaranan va hid-
lərin fonetik variantlılığa aid edilməməsi fikirləri ilə də rastlaş-
maq olur.
41
Fonetik söz yaradıcılığı haqqında tədqiqatların şəbəkəsi çox 
da geniş deyildir. Ancaq qohum dillərdə kök sözlərin struk tur 
və semantik əlaqələrinin öyrənilməsi üçün ilkin köklərdən baş qa 
sözlərin törəmə üsullarının araşdırılması üçün, qohum dillərdə 
quruluşca  və  mənaca  bir-birindən  uzaqlaşmış  sözlərin  bər pası 
üçün, ən əsası isə qohum dillərdə leksik ümumiləşmə yarat mağa 
nail olmaq üçün fonetik söz yaradıcılığının tədqiqi çox mühüm 
əhəmiyyətə malikdir. Fonetik söz yaradıcılığı baza sın da qohum 
olmayan  dillər  arasındakı  struktur  və  semantik  ya xınlıqların 
elmi əsaslarla müəyyənləşdirilməsinin də çox böyük əhə miyyəti 
vardır. Qohum olmayan dillər arasındakı struktur və se mantik 
yaxınlıqlar təsadüfi sayıla bilməz. Yaxud bu dillərin ara sındakı 
oxşarlıqları “nə zamansa baş vermiş alınma” prosesinin üstünə 
1
4
  А.А.Нагаев.  Чередование  звуков  как    средство,  словообразование 
(на материале узбекского и некоторых других тюркских языков) АКД, 
Самарканд,  1969,  с.  26.
2
5
  Бах:  А.К.Алекперов.  Лексические  значение  в  семасиологической 
структуре  слова.  СТ,  1976,  №2,  с.  37.
3
6
    Бах:  Е.З.  Кажибеков.  Глагольно-именная  корреляция  гомогонных 
корней  в  тюркских  языках.  Алма  –  Ата,  1986,с.  77  –  245.
4
1
  Бах:  Г.  Садвакасов.  Имеется  -  ли  в  совремонном  уйгурском  языке 
фонетический  способ  словообразования?  СТ.  1972,  6,  с.  80-82;  М.М. 
Трофимов.  О  фонетическом  способе  словообразования  в  современном 
уйгурском  языке.  Ст  1979,  №4,с.  48-50.


Linqvistik  tipologiya
105
qoymaq  olmaz.  Bu  mühüm  hadisənin  başqa  səbəbləri  vardır. 
Ona görə də ifrata varmadan həqiqət yolunu axtarıb tapmaqla 
müxtəlifsistemli dillərdəki oxşarlığın obyektiv səbəblərini araş-
dırmaq tamamilə mümkündür.
 Azərbaycan dilində fonetik söz yaradıçılığının mühüm is-
tiqamətlərini aşağıdakılardan ibarət hesab etmək olar: 1) struk-
tur köklərin yaranması. 2) sözün əvvəlində, ortasında və sonun-
da fonetik dəyişmə baş verməsi yolu ilə yeni sözlərin yaranması.      
                                  
Struktur köklərin yaranması
Sinkretik  köklər  müxtəlif  nitq  hissələrinə  aiddir.  Sinkre-
tizm sözü mənşəcə yunan dilinə məxsusdur. Mənası birləşmək 
deməkdir.  Sinkretik  köklər  üçün  səciyyəvi  cəhət  də  müxtəlif 
mənaların eyni kök daxilində birləşməsindən ibarətdir. Bu tip-
li  sinkretik  köklər Azərbaycan  dilində  olduğu  kimi  digər  türk 
dillərində də mövcuddur: at (heyvan), at (atmaq); tut (meyvə), 
tut (tutmaq); daş (isim), daş (daşmaq); dan (üfüq), dan (dan-
maq); qan (maddə), qan (qanmaq); yay (fəsil), yay (yaymaq); 
sağ (diri), sağ (sağmaq); yağ (maddə), yağ (yağmaq); qaz (quş 
növü), qaz qazmaq); it (heyvan), it (itmək); qız (insana məxsus 
cins),  qız  (qəzəblənmək);  yan  (böyür),  yan  (yanmaq);  al  (qır-
mızı), al (almaq); qır (maddə), qır (qirmaq); bit (həşərat), bit 
(bitirmək)  kimi  sözlər  bu  cəhətdən  səciyyəvidir.
  Müxtəlif  nitq  hissələrinə  məxsus  kök  sinkretizmlərini  öz 
xarakterinə görə sözyaratmanın ən ilkin mərhələsi hesab et mək 
olar. Ona görə ki, onların arasında məna əlaqələri möv cud de-
yildir. Ümumiyyətlə, müasirlik baxımından yanaşıldıq da bu cür 
sinkretik köklərdə məna əlaqəsi təsəvvürə də gətirilmir. Dildə 
yeni  anlayışların  ifadəsinə  yaranan  təlabat  bir  kökdən  tamam 
başqa  məna  bildirən  sözlərin  yaranmasını  şərtləndir mişdir.  


Mübariz Yusifov
106
Ad və fel nitq hissələrinə aid birhecalı kök sinkretizmlərinin 
nitqə  görə  fərqlənməsində  tonallıq  mühüm  əhəmiyyət  daşıyır. 
Belə ki, məsələn, çat (isim), çat (fel); tut (isim), tut (fel); it (isim), 
it (fel) və s. nümunələrdəki sait səslər tonallığın fərqləndirilmə-
sində əsas vasitədir. İsmi tonallıqda sait səs bir qədər zəif, feli 
tonallıqda güclü hiss olunur. Bu da dilin ilkin sözyaratma mər-
hələsində eyni kök daxilində ismin və felin fərqləndiricisi kimi 
digər vasitələrin mövcud olmadığını göstərir. Feli sinkretizmlər-
də tonallıq öz səslənmə təsirinə görə əmr formasının ikinci şəx-
sinin təkinin ifadəsinə bərabərdir. Yəni, məsələn, tut sözü isim 
kimi işlədiləndə ton adi qayda səslənir. Fel kimi işlədildikdə isə 
əmr formasının tonu öz gücünü və təsirini göstərir.
Ümumiyyətlə, həmin tipli köklərdə dil əşyalılığa və hərəkətə 
görə xüsusi bir fərq qoymur. Ona görə də nitq təfəkkürün gücü 
ilə məcburən iki anlayışı bir strukturda birləşdirir. Tonallıq isə 
sözün  strukturunu  yox,  mənasını  fərqləndirməyə  xidmət  edir. 
Bütün  bunlar  göstərir  ki,  dilin  ən  qədim  dövrlərində  təfəkkür 
imkanları dil imkanlarından güclü olmuşdur. Dil daim təfəkkü-
rün arxasınca gedərək nitqin intensiv fəaliyyəti ilə özünə yeni 
strukturlar  formalaşdırmışdır.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bəzi tədqiqatlarda 
ikihecalı sözlərdə də vurğu onları ismə və felə görə fərqləndi-
rir: alma-a
/
lma, bölmə-bö
/
lmə, vurma-vu
/
rma, çıxma-ç
/
ıxma, gə
/
lmə-gəlmə,  yarma-ya
/
rma,  boğma-bo
/
ğma,  qırma-qı
/
rma,  gə-
lin-gə
/
lin və s.
Buna  istinad  edərək  tədqiqatların  bəzilərində  belə  sözlər 
də fonetik söz yaradıcılığına aid edilir. Nəzərə almaq lazımdır 
ki, bunlar sadə kök sözlər yox, düzəltmə sözlərdir. Ona görə də 
nəzərə almaq lazımdır ki, burada tonallıqla birlikdə sözyaratma-
da şəkilçilərin də rolu vardır. Yəni burada tonallığın funksiyası 
nə qədərdirsə şəkilçilərin funksiyası da o qədərdir. Odur ki, söz-


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə