Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə31/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

Linqvistik  tipologiya
107
yaratmanın bu növü təkcə fonetikanın yox, şəkilçilərin yox, həm 
də fonosemantikanın məhsulu kimi qəbul edilməlidir. Belə söz-
lərdə vurğunun fərqlən diri ci rolunun mövcudluğunu ilkin mər-
hələyə məxsus to nal lı ğın keyfiyyətcə aqlütinativlik mərhələsin-
dəki ənənəvi davamı ki mi nəzərə almaq lazımdır.   
Təfəkkürün inkişafının dilə daim təsiri ilə eyni nitq hissələ-
ri daxilində kök sinkretizmləri ətraf aləm hadisələrinin sadəcə 
olaraq təfəkkürdə qavranılması nəticəsində yaranmır. Belə kök 
sinkretizmlərinin formalaşmasında   artıq  mücərrəd təfəkkürün 
rolu və fəaliyyəti başlıca yer tutur. Bir kökün daxilində elə mə-
nalar  toplaşır  ki,  onların  arasında  ilkin  anlayışların  müəyyən 
əlaqələri görünür. Bu anlayışların bir kök daxilində toplaşma-
sında isə məcazi mənalılıq aparıcı olur. Zaman kecdikcə bir kök 
daxilində  toplaşan  anlayışların  özü  də  müstəqilləşmiş,  onların 
arasındakı məna əlaqələri tədricən aradan çıxmışdır. Eyni nitq 
hissələrinə dair kök sinkretizmlərinin izlərini aşağıdakı kimi nü-
munələrdə müşahidə etmək olur: kök (meyvə), kök (iri, şişman), 
göy (rəng), göy (səma), yaş (ömür), yaş (nəm), yal (yem), yal 
(dağın üstü), yal (atın yalmanı), iy (qoxu), iy (iş aləti), ay (göy 
cismi), ay (vaxt), sağ (tərəf), sağ (diri), qaş (gözə aid əlamət), 
qaş (üfüq).
 Qohum dillərdə də bu tipli sinkretizmlər mövcuddur: dal 
(sahə), dal (budaq), top (oyun aləti), top (silah), biz (bez), biz 
(alət),  qol  (əl),  qol  (eniş),qut  (xoşbəxt),qut  (çirk)  (türk),  kör 
(kor), kör (qəbir), kur (yağlı), kur (kəmər, qurşaq), oy (fikir), oy 
(eniş)(qırğ) və s. 
İlkin köklərin mənaca inkişafında sinkretizm əlamə ti nin çox 
mühüm təsiri olmuşdur. Belə ki, bu təsir, hətta, dilin son rakı şə-
kilçiləşmə mərhələsində də öz izlərini davam et dirə bil mişdir. 
Məsələn, aşağıdakı kimi ikihecalı sözlərdə il kin sinkre tizmlərin 
izlərini görmək olur: bağır (daxili bədən üz vü), bağır (qışqır-


Mübariz Yusifov
108
maq), tala (cöl), tala (talamaq), böyür (yan), bö yür (uca səslə 
qışqırmaq), qabar (şiş), qabar (kobud danış maq), kürək (iş alə-
ti), kürək (arxa, bel), parça (hissə), parça (pal tarlıq) və s.
  Birhecalı köklərin inkişafında semantik amillərin rolu nun 
artması dilin informasiya imkanlarının çoxalması de mək dir. Di-
lin informasiya imkanları genişləndikcə özünə daim yeni ifa də 
formaları yaradır. 
Köklərin əvvəlində səs dəyişməsi baş  
verməsi  ilə söz yaranması
  Kök  sözlərin  əvvəlindəki  səsin  dəyişməsi  ilə  yeni  söz-
lərin  əmələ  gəlməsi  fonetik  söz  yaradıcılığının  mühüm  əla-
mət lə rindən  biridir.  Köklərin  əvvəlindəki  ilk  səslərin  mə na-
fərqləndiriciyə xidmət etməsi dilçiliyə aid tədqiqatlarda təqdir 
edilir və bu məsələ mütəxəsislərin heç birində şübhə yaratmır. 
Çün ki dil faktlarının özü ilk səsin bu funksiyasını təsdiq edir. 
Məsələn, bax, çax, yax, tax, qax kimi sözlərin əv və lin dəki b, ç, 
y,  t,  q  samitlərinə  görə  həmin  sözlərdə  özü nə məx sus  mənalar  
ifa də  olunur.  Bunun  kimi  qar,  dar,  yar,  var,  tar  kimi  söz lərdə 
də ilk sə sin fərqlənməsi ilə müxtəlif müstəqil mənalar bil dirilir. 
Bi rin ci samitin mənafərqləndiricilik funksiyası möv cud olmasa 
idi dil dəki sözlərin xüsusi mənalarını da fərq lən dir mək mümkün 
ol  mazdı.
 Bu tipli sözlərdə birinci səsin fərqlənməsi ilə müstəqil məna 
bildirən xüsusi sözlər formalaşmışdır. Fonetik söz yaradıcılığı-
nın səciyyəvi əlaməti isə ondan ibarətdir ki, sözün əvvəlindəki 
səsin dəyişməsi ilə eyni kökdən məna əlaqələrini mühafizə edən 
başqa  sözlər  yaranır.  Bu  proses  dilin  ilk  sözyaratma  mərhələ-
sini  əks  etdirir.  İlkin  mərhələdə  bir-birindən  tamam  fərqlənən 


Linqvistik  tipologiya
109
sözlərin yaranmasında dil imkanları az olduğundan eyni kökdən 
məna əlaqələrini saxlayan başqa sözlərin əmələ gəlməsi prose-
si  aparıcılıq  təşkil  etmişdir.  Bu  prosesdə  iştirak  edən  samitlər 
keyfiyyətcə eyni səs yuvasını təşkil edən fonemlərdən ibarət ol-
muşdur. Məhz eyni yuvadan törəyən səslərin keçid istiqamətləri 
üzrə baş verən dəyişmələrdə məna əlaqələrinin saxlanması əsas 
əlamətlərdən biri olmuşdur. Nəzərə almaq lazımdır ki, təkhecalı 
sözün əvvəlində baş verən səs dəyişmələri həm samitlə, həm də 
saitlə başlayan sözlərdə müşahidə edilir. Təkhecalı sözün orta-
sında isə saitlər dəyişir. Sözün sonundakı samit dəyişməsi isə 
dəyişən samitin affiksallıq funksiyasını təcəssüm etdirir.
Samitlə başlayan köklərdə səs dəyişməsi ilə  
yeni sözlərin yaranmasi
Azərbaycan dilində dilarxası və dilortası samitlərin söz əv-
vəlindəki dəyişməsi yolu ilə aşağıdakı kimi sözlərin formalaş-
masını nümunə göstərmək olar:
Söz  əvvəlində  q-x  səslərinin  dəyişməsi  ilə  xart,  xart,  qır 
kökündən  qırtlaq,  qırıq,  qırıltı,  çırıltı  sözləri  yaranmışdır.  Xır 
kökündən isə xırt, xırıltı, xarıltı kimi sözlər düzəlmişdir. Qır kö-
kündən  həmçinin  qırıq,  qırış,  qırışdamaq  (əzmək)  kimi  sözlər 
yaranmışdır. Buna müvafiq olaraq Azərbaycan dilində q-x keçi-
di əsasında xırda, xışda, xırışda kimi sözlər formalaşmışdır.
   Q-x keçirdi  ilə  qot kökündən qotma (bir qucaq ot) xot 
kökündən  xotma  (ot  topası)  kimi  sözlər  yaranmışdır.
K-g  samitlərinin  keçidi  əsasında  kir  kökündən  kirtik  (iş-
lənmiş sabun qalığı, qırıq), kirkirə (dən üyütmək üçün məişət 
əşyası), gir sözündən isə gird (bir əşyanın dəyirmi bölünməsi, 
gird yarı), girdə (yumru) kimi sözlər yaranmışdır. Bunları ümu-


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə