Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə39/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   53

Linqvistik  tipologiya
131
lis dilində pikture formasında işlənərək şəkil mənasını bildirir. 
Fransız dilində mənzərə mənasında işlənən peyzaj sözündə də 
pikto formasının izi müşahidə edilir. İngilis dilində işlənən və bir 
çox dillərə daxil olan seyr etmək mənasındakı piknik sözündə də 
şəkil, mənzərə anlayışını saxlayan pikto tərkibinin izini görmək 
olur. Rus dilində bitik sözünün kökünə uyğunluq письмо (yazı), 
писать (yazmaq) писарь (yazan, katib) və s. sözlərdə görmək 
olar. Qayıdaq türk dillərinə, o cümlədən, Azərbaycan dilinə ai-
diyyəti olan bitik sözünün bit kökünə. Bit kökü türk dillərində 
sinkretikdir. Onun yazı ilə bağlı mənasını da şəkil anlayışında 
axtarmaq lazımdır. Qədim mənbələrdə bit kökü surət, şəkil, fizi-
onomiya mənasında qeydə alınmışdır: “Biti üzə urğu ol” (Hərf-
ləri  üzə  bərkitmək  lazımdır)  (DTS,  103).  Qədim  mənbələrdə, 
həmçinin, müqəvva (surət, obraz) mənasında but sözü də qeydə 
alınmışdır: “Öz elgin but etip idim bu dedi” (O öz əli ilə büt 
(surət, obraz, şəkil) yaradıb dedi: Bu mənim ağamdır!).
Buradan belə nəticəyə gəlmək olar ki, türk dillərinin qədim 
mənbələrində  qeydə  alınan  və Azərbaycan  dilinə  də  aidiyyəti 
olan bitik sözünün kökü (bitşəkil, obraz, surət (şəkli yazı) mə-
nasında pikto formatı ilə səsləşir. Belə çıxır ki, ilkin şəkli yazı 
başqa dillərdə olduğu kimi Azərbaycan dilinin yazı mədəniyyə-
tinə də təsir etmişdir. Bunun əyani nümunəsini QobustandaGə-
miqayada və başqa ərazilərdə aşkar olunan təsvirlərdə görmək 
olar. Yazı sözünün özü isə türk dillərində, o cümlədən, Azərbay-
can dilində cızmaqla, nəqş etməklə (yarmaqla) bağlı şəkildə for-
malaşmışdır.
Bağ  kökü.  Bağ  kökü  də  öz  quruluşuna  və  anlamına  görə 
sinkretik  səciyyəvi  vahidlərdəndir.  Bağ  kökü  mənbələrdə  ti-
tul  mənasında  qeydə  alınmış  bağa  sözünün  tərkibində  işlənir: 
Bağa ben er” (Mən yüksək titulu döyüşçüyəm). “Qutluq bağa 
tarqan ödə buyruqi men” (Mən uğurlu bağa tarkanın ökə buyru-
ğuyam)  (DTS,  77).


Mübariz Yusifov
132
Türk  dillərində  bağ  kökünün  varlı,  dövlətli,  nüfuzlu,  ad-
lı-sanlı mənası daşıyan bay adekvatı vardır. Bay sözü müstəqil 
bir vahid kimi qədim mənbələrdə də qeydə alınmışdır: “Bay ər 
koyu” (Varlının qoyunu); “Bay meņiliq qılğay biz” (Biz onları 
varlı və xoşbəxt edərik) (DTS, 79). Bu kökdən olan bayu sözü 
varlanmaq  mənasında  işlənir:  “Esizlər  bayusa  qılınc  artatur” 
(Axmaq adamlar varlansa onların əhvalı korlanar) (DTS, 79).
Bayumaq sözü «Kitabi-Dədə Qorqud»da da varlanmaq mə-
nasında işlənir: “Qadir tanrı verlməyincə ər bayımaz” (Qadir Al-
lah verməyincə insan varlanmaz) (KDQ, 62, 11).
Bağ – kökü əsasında baxıcı sözü də düzəlmişdir ki, bu söz, 
qeybdən  xəbər  verən,  taleyi  görən  və  qeyri-adi  qabiliyyətinə 
görə cəmiyyətdə xüsusi ehtirama layiq olan adamlara aid edil-
mişdir. Bağ kökünün ümumi anlayışında ilahi qüvvə mənasının 
ifadə  edilməsini  bu  kökün  başqa  dillərdəki  adekvatlarında  da 
görmək olur. Rus dilində baq kökünün boq variantı Allah mə-
nasında  işlədilir.  Boq  kökü  və  onun  boq  variantı  ilə  əlaqədar 
rus dilində uca, əzəmətli, böyük, şan-şöhrətli mənalarına uyğun 
bir qrup sözlər formalaşmışdır. Onlara aid bu nümunələri misal 
göstərmək olar: бог (Allah, tanrı), богатей (varlı), богатеть 
(varlanmaq), богато (zənginlik), богатый (varlı, bahalı, qiy-
mətli, qəşəng), богач (zəngin, varlı), богиня (ilahə), богослов 
(ilahiyyatçı), боярин (zadəgan, varlı əyan) və s.
Azərbaycan dilində bağ kökünün əvvəlki mənaları unudul-
muşdur. Bu format indi QarabağBağmanlar kimi yer adlarının, 
o cümlədən, baxıcı sözünün tərkibində işlənir. Baxıcı sözü qeyb-
dən xəbər verən, taleləri oxuyan, qeyri-müəyyənlikləri, qaran-
lıqları xüsusi bir qabiliyyətlə işıqlan-dıraraq cəmiyyətdə ehtiram 
sahibi kimi tanınmış adamlara aid edilir. Qarabağ sözündə də 
bəzən deyildiyi kimi “böyük bağ” anlayışı yox, qeyri-müəyyən-
liyi, qaranlıq qalan işləri aydınlaşdıran baxıcıkahinilahiyyat-


Linqvistik  tipologiya
133
çı mənası cəmlənir. Bu mənada, bəzən, “Bağmanlar” yer adını 
bağçılıqla məşğul olan adamlar kimi izah edirlər. Ancaq burada 
da qədim tanrıçılıq inamının izlərini saxlayan və bağ kimi for-
malaşmış ilahi anlayışının izləri yaşayır. Bu mənada Bağmanlar 
sözünün  dərinliyində  ilahi  anlamlarla  məşğul  olan  müqəddəs 
insanlara (kahinlərlə, ilahiyyatçılarla) dair anlayışın izləri yaşa-
maqdadır. 
Al köküAl kökü də genetik cəhətdən sinkretik köklər qru-
puna  daxildir.  Al  kökünün  anlayış  mühitinə  başqa  mənalarla 
birlikdə daxili əkslik (ziddiyyət) bildirən mənalar da daxil olur. 
Bunlar alçaqlıq və onun əksi olan ucalıq mənalarından ibarətdir. 
Al kökünə  ç elementləri qoşulduqda aşağılıq mənası bildirən 
sözlər əmələ gəlir: altalç(aq). Al kökünə p elementi qoşulduqda 
isə əzəmətlilik, böyüklük, ucalıq, cəsurluq, igidlik bildirən alp 
sözü  düzəlir.  Alp  sözü  alt  və  alç(aq)  kimi  sözlərlə  müqayisə-
də müasir dilimizdə işləklik cəhətdən fəal deyildir. Ancaq mən-
bələrdə alp sözünün qeyd olunan mənalarına aid müvafiq nü-
munələrə rast gəlmək olur: “Bilqə kağan ermiş alp kağan ermiş 
birqərü yemə bilqə ermiş erinc alp ermiş erinc” (Bumın kağan 
və İstəmi kağan) müdrik kağanlar idi, cəsur (igid, qoçaq, qəh-
rəman) kağanlar idi, görünür, onların köməkçiləri də müdrik və 
cəsur idilər (DTS, 36).
Alp  sözü  “Kitabi-Dədə  Qorqud”  dastanlarında  da  böyük, 
igid, cəsur şəxs, qəhrəman mənasında işlədilmişdir: “Alplar başı 
Qazana  zərbə  urdu,  dünya  başına  dar  oldu”.  Dözən  oğlu  Alp 
Rüstəm şəhid oldu (KDQ, 62, s. 114)
1*
.
Alp sözünə Alpanlar, Alpout kimi yer adlarının tərkibində 
də rast gəlmək olur. Mənbələrdə Alpan sözü Alpal şəklində qo-
çaqlıq,  qəhrəmanlıq  mənasında  qeydə  alınmışdır  (DTS,  87). 
Alpağut sözü isə qəhrəman, pəhləvan, yenilməz igid mənasında 
1
*
 KDQ- 62- “Kitabi-Dədə Qorqud”, Bakı, 1962.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə