Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə37/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

Linqvistik  tipologiya
125
ÜÇÜNCÜ BÖLMƏ
DİLLƏRARASI MÜŞTƏRƏKLİK
TƏKHECALI KÖKLƏRDƏ DİLLƏRARASI  
MÜŞTƏRƏKLİK
Dillərin quruluşunda sözlərin tərkibi zamana görə dəyişdi-
yindən bütün dillərdə qarşılaşdırılan elementlər quruluşca bir-bi-
rinin eyni olmur. Bir dildəki tam tərkibli köklərin adekvatına ya 
başqa dildə samit birləşməsi şəklində, ya da şəkilçi tərkibli söz-
lərin bu və ya digər elementi kimi rast gəlmək olur. Odur ki, kök 
morfemlər üzrə müqayisədə başlanğıc element kimi Azərbaycan 
dilindəki vahidlər əsas götürülür. Çünki müqayisələr Azərbaycan 
dili elementləri üzrə aparıldığı üçün müqayisə obyekti də Azər-
baycan dili nümunələrindən
 
ibarətdir. Müqayisələr, məsələn, in-
gilis dili vahidləri üzrə aparılsa idi ingilis dili materiallarından 
başlanğıc  element  kimi  istifadə  edilərdi.  Eyni  zamanda,  hansı 
bir dil müqayisə obyekti kimi qəbul olunsa idi müəyyən faktla-
rın araşdırılması və təsdiqi üçün digər dillərin materiallarından 
yardımçı vasitə kimi istifadə edilə bilərdi. Bu mənada Azərbay-
can dilinə məxsus aşağıdakı kimi kök morfemlərin adekvatını 
tapmaq  üçün  mümkün  olan  dillərdəki  elementlərlə  müqayisə 
etmək olar. 
Ağ kökü kökü türk dillərində sinkretik kök kimi başqa 
mənalarla birlikdə (məsələn, ağ rəng, ağı zəhər sözünün kökü 
kimi,  ağlamaq  sözünün  kökü  kimi,  ağac,  ağa  sözünün  kökü 
kimi və s.) yuxarılıq mənası da bildirir. Ağ kökünün yuxarılıq 
mənası  mənbələrdə  də  qeydə  alınmışdır.  “Ağdı  qızıl  bayraq” 


Mübariz Yusifov
126
(Qırmızı bayraq qalxdı) (DTS, 16); “Bulut ağdı” (Bulud qalxdı) 
(DTS,  16).
 kökü müstəqi söz kimi Azərbaycan dilinin lokal ərazilə-
rində də qalxmaq, yuxarılıq mənalarını saxlayır: “Qoyun dağa 
ağdı”  (Qoyun  dağa  qalxdı);  “Qoymaginan  yük  ağmağ  olsun” 
(Qoyma yük birtərəfli yuxarı qalxsın) (Füzuli rayonu, ADDL, 
s. 21)
1*

  sözü  ehtiram  mənasında  uca  tutmaq  kimi  klassik  ədə-
biyyatda da işlənmişdir: “Bir içim su ilə ağırlamadın mehma-
nın” (Qonağını bir içim su ilə uca tutub ehtiram göstərmədin) 
(Məhəmməd  Füzuli). 
  kökünün  ok  şəklində  işlənən  adekvatına  rus  dilində-
ki hündür, yuxarıyüksəkuca mənasındakı высокий, высоко, 
высокость sözlərinin ikinci tərkib hissəsində rast gəlmək olur. 
Rus dili analitik-flektiv dil olduğu üçün bu dilin sözlərinin əvvə-
linə sözdüzəldici ön prefikislərinin artırılması ümumi bir qayda-
dır. Bu mənada rus dilində sözlərin əvvəlinə вы-elementinin ar-
tırılması faktları mövcuddur: выслушать (dinləmək), выслуга 
(xudmət); выслать (göndərmək) sözlərində olduğu kimi.
Eyni zamanda, rus dilində söz əvvəlinə со-prefiksi artırılma-
sına aid nümunələr də vardır: содрать (soymaq), соединение 
(birləşdirmə),  сожрать  (yemək),  создать  (yaratmaq)  və  s. 
Ona görə də hesab etmək olar ki, высокийвысота, высокость 
sözlərindəki  выс  (vı-so)  hissəsi  prefiks  səciyyəlidir,  kök  isə 
Azərbaycan dilindəki kimi hündürlük bildirən  elementinin ok 
adekvatıdır. İngilis dilində hündürlük bildirmək üçün high (hai) 
sözü işlədilir. İngilis yazı dilində qədimlik saxanıldığı üçün he-
sab etmək olar ki, sözün tərkibindəki ig (ag) tərkibi Azərbaycan 
dilindəki  elementinin  adekvatıdır. High sözünün  əvvəlində-
ki h elementi isə flektivizmin əlamətidir.
1
*
 Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1964.


Linqvistik  tipologiya
127
An köküAn-kökü Azərbaycan dilində anmaq (bilmək, xa-
tırlamaq), anlamaq mənasında işlənir. Bu kökdən ilkin mənanı 
saxlayan  anlayış,  anlaşıqlı,  anılmaq,  andırmaq  (yada  salmaq) 
kimi sözlər düzəlir. Anmaq sözünün on (an) adekvatı rus dilin-
dəki  понимать  (anlamaq,  düşünmək),  пониматься  (anlaşıl-
maq) sözlərinin tərkibində müşahidə edilir. Sözün əvvəlindəki 
p elementi isə rus dilindəki flektivizm xüsusiyyətinin göstəricisi 
olan prefiks səciyyəsi daşıyır. İngilis dilində an kökünün müva-
fiq adekvatı understant (anlamaq, düşünmək) sözündəki un (an) 
elementində saxlanılır. Eyni zamanda, an kökünün in şəklində-
ki adekvatına latın mənşəli intellekt (ağıl, düşüncə) və  həmin 
sözlə bağlı olan intellektualintelligensiya kimi sözlərdə təsadüf 
edilir. An kök morfeminin müvafiq adekvatları, həmçinin, latın 
mənşəli annotasiya (şərh, izah, yunan mənşəli analiz (təhlil edib 
nəticə  çıxarmaq)  sözlərində  an  şəklində,  ərəb  mənşəli  intixab 
(seçmə) inkar (danma) sözlərində in şəklində ifadə olunur.
Rus dilindəki знание (bilik) познание (anlayış), знатный 
(məşhur), вспоминать (xatırlamaq), ərəb mənşəli məna (məz-
mun), fars dilindəki dana (bilici), Çin dilindəki doing (xatırla-
maq, yada salmaq) sözlərinin tərkibində də an-kök morfeminin 
an, (ı)n, in, ən kimi adekvatları mövcuddur.
Bor köküBor kökü qədim mənbələrdə şərab mənasında iş-
lənmişdir: “Yemə bor kişikə qor qılur” (Və şərab insana zərər 
verir) (DTS, 112). Bor kökündən düzələn borluq sözünün üzüm-
lük,  borluqçı  sözünün  isə  üzümçü  mənaları  qeydə  alınmışdır: 
“Antı bu erig elitəyin borluqumın küzətsin” (İndi mən bu ada-
mı aparıram qoy o mənim üzümlüyümə baxsın); “Ötrü teqin ol 
borluqçi er birlə bardı borlukta teqmiştə borluqçu erkə inça tep 
tedi” (Sonra şahzadə üzümçü ilə getdi, onlar üzümlüyə çatanda 
o üzümçüyə belə dedi) (DTS, 113).
Bor kökü müasir Azərbaycan dilində müstəqil şəkildə üzüm, 
üzümlük və şərab mənasında işlənmir. Ancaq BorçalıBorsun-


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə