Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə36/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

Mübariz Yusifov
122
Salıq sözünün xəbər mənası “salıq vermək” ifadəsin-dən ay-
dın olur: (Salığını vermişəm, gedif alajam) (ADDL, 354).
Yıldırmaq sözü “Kitabi-Dədə Qorqud”da işlənir: Gördü ki, 
bir nəsnə yatır, yıldır-yıldır-yıldırır (KDQ, 98).
Yıl kökündən yıldırım sözü də düzəlmişdir. Yarılmaq sözü-
nün işıqlıq mənası isə “yarım-yarım yarılmaq” (işım-işım-işıl-
damaq, par-par parıldamaq) ifadəsindən anlaşılır. Qultaşa (xə-
bərçi) sözünün qırıldatmaqla əlaqəsi bu sözün xəbərçilik məna-
sından aydınlaşır: Xoşun gəlir ki, munu qırıldadırsan?  (ADDL 
140). Bələmək  bürümək sözlərində də r-l keçidi ilə oxşar mo-
tivlilik müşahidə olunur.
Kök  sözlərin  sonunda  z  –  r  samitlərinin  keçidi  xüsusi  bir 
yer tutur. Bu səslərin affuksal xarakteri müəyyən qrup sözlərdə 
müşahidə edilir. Səslərin z – r keçidi üzrə formalaşmış vahid-
lərdə  onların  özlərinə  məxsus  məna  əlaqələri  müşahidə  edilir. 
Bu səslərin keçidinə uyğun olaraq yaranmış dir-duz köklərində 
dir morfemi müstəqil mənalı deyildir. Diz sözü isə müstəqildir. 
Dir kökü əsasında yaranmış dirsək, dirək, dirəncək kimi sözlər-
də dayaq mənası ifadə olunur. Diz sözündə də həmin mənaları 
əlaqələndirən ümumi  anlayış vardır. Yəni diz sözündə də əsas 
məna onun funksiyası ilə (dirənmək, dirəncək) bağlıdır.
R  –  z  keçidi  ilə  yaranan  gör-göz  köklərinin  məna  bağlılı-
ğı görmək anlayışından ibarətdir. Bu köklərin əsasında yaranan 
görkəm, görünmək, görüşmək, gözəl, gözləmək, gözlük kimi söz-
lərdə də görmək anlayışına aid məna yaxınlığı bildirilir.
Z – r  keçidi büz-bür köklərində də müşahidə edilir. Onların 
arasındakı məna yaxınlığı büzüş-bürüş, büzüşük-bürüşük, büz-
mə-bürmə, büzülmək-bürülmək (bükülmək) kimi sözlərdə mü-
şahidə edilir.
Z  –  r  samitlərinin  keçidinə  yoz-yör  köklərində  də  təsadüf 
edilir.  Yoz  kökü  yozmaq  feli  kimi  dilimizdə  müstəqil  işlədilir. 


Linqvistik  tipologiya
123
Daha  çox  yozmaq  sözündən  yuxu  yozmaq  ifadəsində  istifadə 
olunur.  Yozmaq  sözünün  özü  isə  aydınlaşdırmaq,  izah  etmək, 
bəzən  də  yozuşdurmaq  (uydurmaq)  mənalarında  da  işlədilir. 
Yormaq sözü isə buna uyğun mənada müasir dilimiz üçün ümu-
mişlək deyildir. Mənbələrdə isə yozmaq anlayışına uyğun məna 
bildirir: Tüş yordu (yuxu yozdu); Yorayın bu sözni könültəqi teq. 
(Bu sözü başa düşüləcək kimi yoz) DTS, 274; Xanım, qardaş, 
mənim düşümü yorğul mana dedi (KDQ, 44).
Z- r samitlərinin keçidi qızıl-qırmızı sözlərinin köklərində 
də (qız-qır) müşahidə edilir. Z –r samitlərinin keçidinə sözün şə-
kilçi hissəsində də rast gəlmək olur: yedizdir-yedirt, yatızdır-ya-
tırt, damdır-damızdır, almazsam-almarsan və s. 
Söz sonunda dodaq samitlərinin keçidi üzrə bir-biri ilə se-
mantik  əlaqəsi  olan  sözlər  formalaşır.  Bunlara  aid  aşağıdakı 
kimi keçidlər əsasında əmələ gələn sözləri misal göstərmək olar:
P-b  samitlərinin  keçidi  əsasında  qap  və  qab  kimi  köklər 
formalaşır. Bunların arasındakı ümumi semantik əlaqə qapalı-
lıq, örtülülük anlayışı ilə bağlıdır. Qap və qab kökləri əsasında 
düzələn qapaq, qapı, qabıq, qabaq (balqabaq), qabar, qabarcıq 
kimi sözlərdə daxili semantik əlaqə müşahidə edilir. P-b samit-
lərinin  keçidini  köplük  anlayışı  əsasındakı  semantik  əlaqəyə 
daxil olan köp-qab-gəb kökləri əsasında yaranan köpmək, köpə-
şik, köpdürmək, qabarıq, qabarmaq, gəbərmək (köpüb ölmək) 
kimi sözlərdə müşahidə etmək olar.
P-b keçidi, həmçinin təp-dab köklərindən yaranan təpik, tə-
pinmək- daban, dabrımaq (dabanla iti yerimək) kimi sözlərdə 
də baş verir.
M-v samitlərinin keçidi əsasında yaranan köklərdə ümumi 
semantik  bağlılıq  yumruluq,  dəyirmilik,  girdəlik  anlayışı  əsa-
sında  formalaşır.  Belə  məna  əlaqəsi  yum-yuv  kökləri  əsasında 
düzələn  yumru,  yumaq,  yumurta,  yumruq-yuva  kimi  sözlərin 


Mübariz Yusifov
124
arasında  müşahidə  edilir.
P-m samitlərinin keçidi yap-yam kökləri üzrə düzəlmiş ya-
pışmaq, yapmaq, yapışıq-yamaq, yamamaq kimi sözlərdə mü-
şahidə edilir. Belə sözlərdə semantik əlaqə yapışmaq, bitişmək 
anlayışına  əsaslanır.
Kök morfemlərdə daxili səs dəyişmələri ilə söz yaradıcılığı 
Azərbaycan dilində sözyaratmanın qədim və daha aktual bir nö-
vünü təşkil edir. 
Fonetik  söz  yaradıcılığı  müasir  dövrdə  türk  dilləri  və  o 
cümlədən, Azərbaycan dili üçün aktual deyildir. Ancaq fonetik 
söz  yaradıcılığının  izləri  tamamilə  itməmişdir.  Müasir  dövrdə 
fonetik söz yaradıcılığının izləri təqlidi yolla yaranan sözlərdə 
saxlanılır. Fonetik söz yaradıcılığının izləri aşağıdakı imitasiya 
mühitində  müşahidə  edilir:
1)  təbiət səslərinin imitasiyası bazasında yarananlar: şaq(-
şaqqıltı), şıq (şıqqıltı), şar (şarıltı), şır (şırıltı), gur (gurultu), vıy 
(vıyıltı) və s.
2)  fiziki  proseslırin  imitasiyası  bazasında  yarananlar:  taq  
(taqqıltı), tıq(tıqqıltı), tap (tappıltı), tıp (tıppıltı), çaq (çaqqıltı), 
çıq(şıqqıltı) və s.
3)  bioloji varlıqlara aid səslərin imitasiyası bazasında ya-
rananlar: cik(cikkilti), böy(böyürtü), məə(mələrti), qur (qurultu) 
və s.
4)  insanların  daxili  emosiyalarının  ifadəsi  ilə  yarananlar: 
çığ(çığırtı),  qış(qışqırtı), sız(sızıltı), in(inilti), bağ(bağırtı) və s. 
İmitasiya əsasında yaranan gur – gur, guruldamaq, xır – xır xı-
rıldamaq, şaq-şaq  şaqqıldamaq, sızım-sızım sızıldamaq, ilim-i-
lim itmək, üzüm-üzüm üzülmək kimi təkrarlarda da fonetik söz 
yaradıcılığının izləri qalmaqdadır. 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə