401
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
cəhdlər edir. Qərbi Avropalıların reallığı odur ki, onları yerli səviyyədə
xəbərləşmə və icmaların özlərinin təşkili formaları, sosial əlaqələr, valideyn
və qonşuluq münasibətləri, nəsillər arasında mərhəmət və həmrəylik, daxili
və dostcasına qarşılıqlı kömək modelləri və ümumi məqsədlərə çatmaq üçün
kiçik addımların atılması modelləri maraqlandırmır. Qeyri rəsmi icmaların
davranış nümunələri onları totalitar sistemlərdə sosial və funksional mühüm-
lük kəsb etməyən fərdlə və həyatın bütün sahələrinə girən və onu tənzimləmək
istəyən –dövlət arasında özünü yerləşdirir.
4. Hakimiyyət institutları ilə ölkənin ümumi vətəndaşları arasında.
Şərqi Avropa cəmiyyətlərində hakimiyyətə qarşı ikili münasibət mövcud-
dur. Bir tərəfdən, onlar gözləyirlər ki, “hakimiyyət” bütün problemləri və ya
ən azı əsas problemləri həll etməlidir.Hakimiyyət idarəçiliyin fəal subyek-
tidir, sıravi vətəndaşlar isə passiv obyektlərdir. Digər tərəfdən, vətəndaşlar
hakimiyyətdəkilərin öz məqsədləri və iddiaları olduğunu,məsələn, yüksək
həyat tərzi və imtiyazlara can atdıqlarını görürlər.
5. Təhlükəsizlik sektoru təşkilatları ilə (güc işlətmək səlahiyyəti olan
təşkilatla ) başqa dövlət təşkilatları arasında. Güc strukturları özlərini
yüksək intizamlı təşkilatlar sayırlar və onların naminə, cəmiyyət ehtiyac və
məhdudiyyətlər içində qalmalı, çünki “kim öz ordusunun qayğısına qalmırsa,
xarici ordunun qayğısına qalacaq”, yəni nə cür təsirli və ya məhsuldar istifadə
olunmasından asılı olmayaraq hərbi strukturlar üçün resurslar zəmanət altına
alınmalıdırlar. Hərbiləşmiş düşüncə milli təhlükəsizliyin müqəddəs olduğunu
təlqin edir və olkənin suverenliyinin və müstəqilliyinin qorunması, təhlükənin
nə qədər real olmasından asılı olmayaraq, ölkənin və silahlı qüvvələrin ən
mühüm və üstün prioriteti sayılır və səhiyyə, təhsil, elm və ətraf mühit nə cür
bərbad gündə olsa da güc strukturları maliyyələşməlidir deyir. Haşiyə 24.1
təşkilati mədəniyyətlə və onun ekspertləri ilə bağlı iki geniş istifadə olunan
tərifdən nümunə gətirir.
6. Müdafi ə sektoru ilə milli təhlükəsizliyin digər təşkilatları arasın-
da.Müdafi ə sektorunun çoxlu sayda nümayəndələri,polis və mülki müdafi ə
xidmətindən fərqli olaraq, müdafi ə strukturlarının öz fəaliyyətlərinin nəticələri
haqqında cəmiyyətə hesabat verməməli qənaətindədirlər.
7. Müdafi ə sektorunda hərbi və mülki qulluqcular arasında. Şərqi və
Mərkəzi Avropa olkələri demokratik hərbi-mülki münasibətlərin qurulma-
sında diqqətəlayiq tərəqqi əldə etmişlər.Buna baxmayaraq, hərbçilər və mül-
ki təşkilatlar korrupsiyaya qarşı mübarizədə özlərini az hallarda bir yerdə
görürlər: əvəzində, onlar bir-birini dürüst olmamaqda günahlandırırlar.
Mülki və təşkilati mədəni özəlliklərlə baglı bütün 7 maddəli təzahürlər,
dürüstlüyü artırmaq, tərcüməçiləri və xəbərləşmə aparanları təlim
402
Dürüstlük Proqramlarının Yerinə Yetirilməsində Mədəni Xüsusiyyətlərin Dərki
etmək,quraşdırılmış qarşısını alma və öncədən xəbərdarlıq sistemlərini təmin
etməyə lazımi diqqət və səylər tələb edir. Seçilən kriteriya və göstəricilərdən
asılı olaraq, hər bir yeddi səviyyə üçün xüsusi çəki müəyyən edilə bilər
və sonra səyləri maksimum qazanc əldə etmək üçün qabaqcıl praktikanın
tətbiqi zamanı baş verən “təhrifl ərin” verəcəyi zərərləri minimumlaşdırmağa
yönəltmək olar.
Mədəniyyət Qatları və Korrupsiya Qavrayışları
Dürüstlüyü təmin etmə təşəbbüslərinə baxarkən, dəyişim fəalları korrup-
siyaya yönəlik xasiyyət və sterotiplərin dörd əsas qatına fi kir verməlidirlər.
Bu, mədəni özəllikləri korrupsiya qavrayışına təsir edən davranışla bağ-
lamaq istədikdə, korrupsiyaya qarşı işlək mexanizmləri qəbul etdikdə və
ona təşkilatın əməkdaşlarının münasibətini dəyişmək istədikdə xüsusilə
əhəmiyyətlidir.
Haşiyə 24.1. Təşkilati Mədəniyyətin Tərifi Haqda
Təşkilati mədəniyyətin qəbul olunmuş bir tərifi aşağıdaki kimidir:
İnanclar, dəyərlər və normalar dəsti dramatikləşdirilmiş hadisələr və
şəxsiyyətlər simvolları ilə birlikdə təşkilatın unikal xarakterini əks etdirir
və onun fəaliyyəti üçün çərçivə müəyyən edir.
Təşkilati mədəniyyət ilə məşğul olan digər aparıcı nəzəriyyəçilər
korporativ mədəniyyətin amillərini nəzərə alan ümumi tərifə üstünlük
verirlər:
“Təşkilat qrupun xarici mühitə alışmaq və daxildə inteqrasiyanı təmin
etmək problemlərini həll etdiyi zaman öyrəndiyi paylaşan əsas fi kirlər və
ideyalar nümunəsidir və onun işlək olması səmərəliliyi ilə ölçülür. Ona
görə də yeni üzvlərə həmin problemlərlə əlaqədar davranmaq, düşünmək
və hiss etmək düzgün yol kimi öyrədilir.
Bu iki tərif məzmununa görə faktiki olaraq eynidir. Başqa sözlərlə,
təşkilatlar zaman keçdikcə, inkişaf etdiyi zaman iki əsas problemlə
üzləşirlər: ayrı-ayrı fərdlərin effektiv bir bütöv halına inteqrə edilməsi
və ayaqda qalıb işləməsi üçün xarici mühitə səmərəli surətdə alışması.
Qruplar bu problemlərə zaman keçdikcə əlac tapdıqlarına görə “kollektiv
öyrənmə”- yə baş vururlar və o da öz növbəsində paylaşan fi kirlər və
inanclar dəsti yaradır və ona da “mədəniyyət” deyirlər.
403
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Təşkilati mədəniyyətin elementlərinə aşağıdakılar daxil ola bilər.
• Bəyan edilən dəyərlər;
• Təşkilat üzvünün acıq və örtülü davranış qaydaları;
• Adətlər və rituallar;
• Təşkilatın tarixi ilə bağlı nağıllar və mifl ər;
• Şop-tok – Qrup daxili və qrup haqqında danışılan tipik dil;
• İqlim – təşkilat üzvləri bir biri ilə söhbət edəndə meydana gələn
hisslər, kənar şəxslərlə onların yaratdığı mühitlə, o cümlədən
onların əhatə etdiyi fi ziki məkan ilə; və
• Obrazlar və simvollar, onlar şüuraltı ola bilir, lakin başqa
mədəniyyət elementlərində ifadə edilə bilər.
Mənbə:
Gareth Morgan, Images of Organization (Thousand Oaks, CA: Sage Publications, 1997);
Edgar Schein, “Organizational Culture and Leadership,” in Classics of Organization Theory, Jay
Shafritz and J. Steven Ott, eds. (Fort Worth: Harcourt College Publishers, 2001); “Organizational
Culture,” www.soi.org/ reading/change/culture.shtml.
• Tarixi qat, çox uzun tarixi və mədəni ənənənin nəticəsində yaranır.
Tarixlərinin uzun bir zamanında Mərkəzi və Şərqi Avropa xalqları kənardan
idarə olunan imperiyalara tabe etdirilmişlər. İnsanlar, onlara korrupsiyanı
qəbul etməyə məcbur edən ənənə və qaydalarla daimi təmasda idilər. Çünki
onlar, imperiyanın yerli nümayəndələri ilə gündəlik əlaqədə, əsas və unikal
vasitə idi. Məsələn, Osmanlı idarəsində fərqli davranış mümkün deyildir; o
zamanlar korrupsiya hakimiyyətin başqa adı idi və hakimiyyətin funksiya-
sının forması idi. Bu cür əsrlərlə davam edən təcrübə fərdlərə, cəmiyyətin
sterotiplərinə, və xasiyyətinə və o da öz növbəsində həyat strategiyalarının
seçilməsinə davamlı, dönməz təsir etmişdir. Korrupsiyaya dözümü təşviq
edən və onu qəbul edən bu cür “təhrifl ə” məşgul olmaq üçün səbr və əzm
tələb olunur. Bunun açarı liderlik, təhsil, etik kodekslər və şəxsi nümunə ad-
lanan yumşaq tədbirlərdir. Uyğun olaraq, dürüstlük nailiyyətlərini mükafat-
landıraraq daha ümidverici stimullardan istifadə etməkdir. Siyasi rəhbərliyin
məsuliyyəti genişdir,çünki korrupsiyanın hər bir yeni halı korrupsiyanın təbii
olduğu haqda ümumi fi kri gücləndirir.
• Kommunist qatı bir partiyalı, mülkiyyətin hamısının dövlətin əlində
olduğu ictimai amirlik iqtisadiyyatının və məhdud insan hüquqlarının hakim
Dostları ilə paylaş: |