Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə35/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   31   32   33   34   35   36   37   38   ...   163

86

Hərbi Büdcə Tərtibatı və Maliyyə Resurslarının İdarəetməsi

hid kompleks mexanizmləri çərçivəsində həyata kecirilir. Büdcə planlaması za-

manı ortaya çıxan bütün əsas gümanlar, məsələn büdcə riskləri,qeyri müəyyən 

xərclər,spesifi k xərclərə görə öhdəliklər və s. açıqca sənədləşdirilir va lazımi 

qaydada diqqətə alınır.Daha sonra,əsas ortaya çıxan gümanlar,məsələn mak-

ro ekonomik proqnozlar və maliyyə ili üçün proqnozlar, müstəqil ekspertlər 

tərəfi ndən qiymətləndirilir. 

Bütün hərbi proqramlar, müstəqil milli statistika idarəsinin nəticələri ilə 

ayaqlaşan,qiymətə təsir edən amillərdən istifadə edilərək hesablanır. Büdcə 

tərtibi prosesində dürüstlüyə riayət məlumat sistemi vasitəsilə həyata keçiri-

lir. Hərbi proqramlaşdırma və büdcə tərtibi prosesi sistematik olaraq məlumat 

sistemi ilə dəstəklənir. Bu zaman birgə əməkdaşlıq işləri üçün münbit şərait 

yaradan avtomatik hesablama və  qərar vermə proseslərini dəstəkləyən 

vasitələrdən istifadə olunur.

Müxtəlif gümanlara uyğun olaraq alternativ proqramlar və büdcələr 

açıq- aydın müəyyən edilir və sənədləşdirilir. Bir alternativdən digərinə ke-

çid üçün açıq və yazılı prosedur mövcuddur və keçid nöqtələri də açıq aşkar 

sənədləşdirilir. Həm planlar və fəaliyyət nəticələri, həm də qiymətləndirmələr 

haqda məlumat asanlıqda əldə edilə bilir.

 İllik daxili maliyyə hesabatları bir- biri ilə ziddiyət təşkil etmir və başqa 

mənbələrin göstəriciləri ilə uzlaşdırılır. Mühasibat hesabatları, bank hesab-

ları və büdcə ayrılmaları ilə səmərəli surətdə və vaxtlı- vaxtında uzlaşdırılır.  

Mühasibat hesabatlarının audit yoxlamaları da vaxtlı vaxtında və səmərəlidir. 

İllik maliyyə və pul göstəriciləri arasında möhkəm uzlaşma olur. Milli sta-

tistik idarəsinin təşkilati müstəqilliyi, büdcədən istifadənin göstəricilərinin 

keyfi yyətini yoxlamağa imkan verir.Büdcə göstəricilərinin dürüstlüyü və 

keyfi yyəti beynəlxalq standartlara uyğun olmalıdır.                    

                                   




87

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

7-ci Fəsil

Hərbi Təhcizat

Hərbi təhcizat iki fərqli prosesin tərkib hissəsidir:

1. Daha qabaqcıl silahlar sistemi əldə etməklə yeni müdafi ə imkanları 

qazanmaq prosesi; və ya 

2. Ehtiyat hissələri,yanacaq, rabitə xidmətləri təmin etməklə ordunun 

mövcud hərbi qabiliyyətlərini saxlamaq, və s.

Təşkilatlarda, prosedurlarda və işə cəlb olunan şəxslərdə dürüstlük olma-

sa, hər iki proses korrupsiyaya meylli olacak. Bu fəsil bir çox səbəblərə görə 

birinci prosesə daha çox diqqət edir:

•  Bu proses geniş miqdarda büdcəni əhatə edir;

•  Müdafi ə ehtiyaclarını cari hərbi təhcizatla  əlaqələndirmək qeyri 

ənənəvi yanaşmalar tələb edir;

•  Qabaqcıl texnologiyanın olduğu zaman potensial satıcıların da sayı 

az olur;


•  Hərbi texnikanın alınması  və  gətirilməsi ilə baglı  təhlükəsizlik 

məsələləri ortaya çıxanda və başqa milli təhlükəsizlik məsələləri gündəmə 

gələndə təhcizat variantları da azalır;

•  Qiymətlər üzrə statistika məhduddur, əldə etmək çətindir və ya möv-

cud deyil;

Bü və digər səbəblərin nəticəsi olaraq silah alqı-satqısı çox yüksək kor-

rupsiya riskləri daşıyır.Hərbi anti-Korrupsiya Hesabatına 

44

görə (Defence Anti 



Corruption Digest), korrupsiya hallarının yarıdan çoxu olkələrarası yeni silah 

sistemləri və avadanlığı alqı-satqısı zamanı baş verir. Bu fəsil silah təhcizatı 

perspektivlərinə  həsr olunsa da,əldə olunan nəticələr və tövsiyələrin çoxu 

mövcud hərbi qabiliyyəti saxlamaq üçün lazım olan təhcizat məsələlərinə də 

tətbiq olunur. 

Təhcizat xarakterli korrupsiya ilə bağlı araşdırmalarda problemlər 

daha çox müqavilə ilə bağlı  məsələlərdə ortaya çıxır. Burada, təhcizatın 

bu mərhələsində  hərbi avadanlıq və xidmətlər üzrə  təhcizatçı ilə hökümət 

rəsmiləri arasında hazırlanan, imzalanan və yönətilən müqavilələr nəzərdə 

tutulur. Lakin korrupsiya mexanizmlərini açmaq üçün təhcizat prosesi ətrafl ı 

surətdə öyrənilməlidir və uyğun olaraq korrupsiyanı azaltmaq tədbirləri ha-

zirlamaq lazımdır.



Təhcizat Prosesinin Dürüstlüyü

44  


Bu xülasə BŞ tərəfi ndən daimi dərc olunur. Bax: www.defenceagainstcorruption.org/news/

digest-navigationmenu-111.




88

Hərbi Təhcizat

Hərbi təhcizat müdafi ə qabiliyyətinin mövcud səviyyəsini qaldırmağa və 

ya yeni silahlar əldə etməklə, xüsusilə də,yeni texnologiyalar tətbiq edilməsi 

ilə müdafi ə qabiliyyətini artırmağa yönəlmiş prosesdir. Haşiyə 7.1 bu termi-

nin tərifi ni verir və alqı-satqı fəaliyyətinin üç əsas sahəsini təqdim edir.  

Təhcizat xarakterli korrupsiyanın potensial azaldılması üçün açar qərar- 

qəbul etmə  mexanizminin dürüst olmasıdır. Qərar qəbul etmə prosesləri elə 

qurulmalıdır ki, qəbul edilən təhcizat qərarları  və cari təhcizatlar müdafi ə 

siyasətinin tələblərinə cavab versin və maliyyə ilinin resurs məhdudiyyətlərini 

və digər məhdudiyyətləri nəzərə alsın.Alqı-satqının norma və prosedurları 

müdafi ə məqsədlərindən başlamış alqı satqıya qədər baş verən proseslərə ay-

dın səbəbiyyat əlaqəsi qurmalıdır.



Haşiyə 7.1. Hərbi Təhcizatın Miqyası 

“Hərbi təhcizat” geniş mövzu və tapşırıqları  əhatə edən tədbirlərdir və 

onları üç geniş sahəyə bölmək olar.

•  Nə əldə etməyi qərar vermək;

•  Necə əldə etməyi qərar vermək;

•  Əldə etmək.



Nə əldə etməyi qərar vermək sadə iş kimi görünür, ancaq bu həqiqətdə cətin 

bir prosesdir və qeyri-ənənəvi metodların tətbiq edilməsini tələb edir və bu 

metodlardan necə istifadə edilməsi alınan silahların nə qədər uğurlu olmasını 

təmin edir. Müdafi ə xərcləri, dövlət büdcəsinin önəmli  bir hissəsini təşkil 

etdiyinə baxmayaraq bütün müdafi ə  tələblərini və silah alışı layihələrini 

ödəməyə az hallarda mümkün olur və ona görə  də hansı layihələrin 

prioritet təşkil etdiyini müəyyənləşdirib mümkün qədər balanslaşdırılmış 

və hərtərəfl i bir ümumi müdafi ə proqramı hazırlamaq lazımdır(və əlbəttə, 

ayrı-ayrı layihələr düzgün idarə olunmalıdırlar ki, onlar ödənilən qiymətə 

görə dəyərli olsun və müdafi ə resurslarına uyğun istifadəni təmin etsin). 

Rəqabətli tələblərin yaxından öyrənilməsi və yaradıcı düşüncə vasitələri 

ilə bu tələblərə yanaşılması lazımlı və uğurlu alış üçün əsas sayılır. Bu cür 

tədbirlərə yatırım qoymaq layihə risklərini azaldar və bütövlükdə silah alışı 

şansını uğurla başa çatdırar.

Hərbi avadanlıqları və ya xidmətləri necə əldə etmək qərarı vermək hazırlıq 

prosesi ilə müşaiyət olunan alqı-satqı strategiyasının qurulmasından keçir.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə