Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə33/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   29   30   31   32   33   34   35   36   ...   163

82

Hərbi Büdcə Tərtibatı və Maliyyə Resurslarının İdarəetməsi

riskləri qiymətləndirmə metodologiyası mövcuddur və bu metodologiya 

həmən ölkənin ehtiyaclarına uyğun hazırlanır. Ölkə müəyyən edilmiş pro-

sedurlarla: güc tədbiq edilməsi üçün ssenarilər hazırlayır, hər bir ssenari-

nin aydin şəkildə  bəyan edilən fərziyyələr  əsasında baş verməsi ehtimalını 

dəyərləndirir, planlaşdırılmış qüvvələrin həyata keçirəcəkləri  əməliyyatları 

simulyasiya edir, simulyasiya risklərini analiz edir və riskləri azaldır. Daha 

sonra, risklərin qiymətləndirilməsi uyğun vasitələrlə  təmin edilir, bu işlə 

məşğul olan ekspertlər də zəruri bilik və təcrübəyə malik olurlar. Nəhayət, 

risklərin qiymətləndirilməsi müdafi ə və güc planlaşdırma dövrəsinin tam və 

səmərəli surətdə ayrılmaz  hissəsini təşkil edir.

d. Məqsədli hərbi büdcələmə 

Büdcə  tərtibi proseduru ordunun strateji məqsədlərini və proqram 

qərarlarını  əks etdirməyə yönəlmişdir.Bu prosedur,strateji və proqram 

qərarlarını səmərəli və məhsuldar şəkildə budcədə əks etdirməyə imkan verir.



2. Büdcə Planlaşdırılması

a. Hərbi büdcə planlaşdırılması

Hərbi büdcələmə ilə bağlı icra orqanlarının yerinə yetirəcəyi rollar və 

hakimiyyət qollarının məsuliyyətləri çox açıq müəyyən edilmişdir. Bu rol və 

məsuliyyətlər: icra strukturları, qanunvericilik və dövlət başcısı(ali baş ko-

mandan) arasında; ali hərbi rəhbərlik arasında və Müdafi ə Nazirliyinin mülki 

rəsmiləri və Maliyyə Nazirliyi arasında bölünmüşdür. Həmcinin, dövlət sek-

torunun; kommersiya təşkilatlarının və lobbi qruplarının, xüsusilə də Müdafi ə 

Nazirliyinin və digər hökümət idarələrinin tabeliyində olan icra və kommersi-

ya təşkilatlarının rol və məsuliyyətləri də bölünmüşdür;

b. Çeviklik

Hərbi büdcələmənin əsas cəhətlərinin rolları və məsuliyyətləri büdcə siste-

mı qanunu vasitəsilə əhatəli olaraq qanunvericilik, göstəriş və nizamnamələrlə 

müəyyən edilmişdir. Ortaya çıxan məsələlərə çevik yanaşmaq üçün icra struk-

turlarının büdcədən istifadəsinin müəyyən səlahiyyət dərəcəsi olur. Proqram-

ları və hərbi büdcəni müntəzəm planlaşdırma dövrəsindən kənarda dəyişmək 

olar.Bununla bərabər, icra strukturlarının ixtiyarında olan səlahiyyətlər qanun 

aktlarında açıq göstərilir. Büdcə qanununda nəzərdə tutulmamış və ya ehtiyat 

maddələr, büdcədən istifadənin açıq və  sərt  şərtlərini dəqiq müəyyən edir. 

Nəzərdə tutulmayan hal baş verdikdə xərclənən büdcənin hesabatı müstəqil 

surətdə yoxlanılır.

c. Hərbi büdcələr

Geniş mənada hərbi büdcə, bütün maliyyələşdirmə pul ayırmalarını (sub-

sidiyalar və gəlirlər/maaşlar ) və xərcləri əhatə edir. Hərbi büdcə, müfəssəl 



83

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

olaraq, aydın müəyyən edilmiş  mənbələrlə  və aydın işlənib hazırlanmış 

məqsədlə olan program və layihələri maliyyələşdirir. Hərbi büdcə aşağıda-

kıları  nəzərdə tutur:Dövlətin büdcəsindən Müdafi ə Nazirliyinə ayrılan pul 

yardımlarını;dövlət büdcəsindən, hərbi və  hərbi xarakterli fəaliyyətlərlə 

məşğul olan digər təşkilatlara pul yardımlarını, məsələn, müharibə dövrünün 

maddi texniki bazasını saxlamaq və resurslarına xidmət;  başqa ölkə proqram-

larından gələn maliyyə, məsələn, NATO üzvlüyünə hazırlıq üçün; beynəlxalq 

və ikitərəfl i proqramlardan gələn maliyyə( artıq avadanlığın, infrastrukturun  

satışindan gələn gəlir) və kommersiya təşkilatlarının gəlirlərindən və Müdafi ə 

Nazirliyinin mülkiyyətində olan və ya payı olan təşkilatları əmtəə ilə təmin 

edən və onlara xidmətlər göstərən təşkilatlardan.

Ölkə öz imkanları vasitəsilə- metodologiya,müvafi q bilik və təlim gör-

müş mütəxəssisləri ilə -bütün gələcək hərbi xərçləri dəqiq qiymətləndirmək 

imkanına malıkdir.Buraya, həmçinin,  Hərbi Xərclərin Standartlaşmış He-

sabatı üzrə BMT Vəsaiti-nə (UN İnstrument for Standardised Reporting of 

Military Expenditures) uyğun olan xərclər də daxildir:vergilər,sosial və tibbi 

sığorta xərcləri,pensiya xərcləri və ixtisar edilmiş  hərbcilərin yeni ixtisasa 

yiyələnməsi ücün sərf edilən xərclər,hərbi texnikanın və silahların,avadanlıq 

və infrastrukturun istifadəsi üçün xərclər və kredit borcları və həmcinin, hər 

hansı gözlənilməyən hadisələr ortaya çıxan zaman sərf olunan xərclər.

Bütün gəlir və  xərclər beynəlxalq standartlara uygun sistemləşdirilir, 

məsələn GFS

41

 və BMT Vəsaitinə uygun edilir. Büdcə məlumatları, xərclərin 



siyasi analizinə kömək edən və cavabdehlik və  məsuliyyəti artıran tərzdə 

təqdim edilir. Hərbi büdcə ayrılmalar formasında edilir və əhəmiyyətli dərəcədə 

bütün xərclər sadalanır.Büdcə həm hərbi təşkilatlara, həm də hərbi proqram-

lara ayırdığı xərcləri ətrafl ı göstərir. Sonuncu halda, büdcə aydın şəkildə, hər 

proqram və onun tərkib hissələri üçün təlim, təmir, təhcizat,tədqiqat və inki-

şaf üçün ayırdığı resursları təqdim edir.



3. Büdcədən istifadə və Büdcəyə Nəzarət

a. Büdcədən istifadə

Ölkənin geniş mühasibat sistemi uzadılmış borcları qiymətləndirmək 

üçün etibarlı  əsas yaradır. Mühasibat sistemi, büdcə ayrılmaları 

çərçivəsində,həmçinin, proqramlar və təşkilatlar səviyyəsində həyata keçirilən 

”gəlirlər” və ödənişlərin bütün mərhələləri üzrə statistik məlumatları vermək 

imkanındadır.

41

  GFS və ya Hökümət Maliyyə Statistikaları. Ətrafl ı: http://unstats.un.org/unsd/class/



family/family2.asp?Cl=218.


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə