Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə41/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   37   38   39   40   41   42   43   44   ...   163

100

Hərbi Təhcizat

Təhcizat dürüstlüyünü artırmaq üçün hökümətlərin istifadə etdiyi digər 

vasitə, hərbi təminatçıların etik standartları yerinə yetirmələri ilə bağlı 

tələblər müəyyən etməkdir. Haşiyə 7.7, 2009-cu ildə  əhəmiyyətli dərəcədə 

gücləndirilmiş ABŞ hərbi norma və prosedurlarını təqdim edir.

Fərdi Davranışın Dürüstlüyü

Təhcizat xarakterli korrupsiyanın qarşısını almaq üçün tətbiq edilən me-

todların, bu işə  cəlb olunan fərdlərin dürüstlüyü olmadığı  təqdirdə, heç də 

səmərəsi olmayacaqdır. Bir çox ölkələr çox vaxt həm “sərt” həm də “yumşaq” 

tədbirlərdən istifadə edib hərbi təhcizat məsələlərində korrupsiyanı azaltma-

ğa cəhd edirlər. 

Maraqlar toqquşmalarında və birbaşa və ya vasitəçilər vasitəsilə baş tutan 

rüşvət hallarında sərt tədbirlərdən istifadə olunur. Hərbi sektorun rəsmilərinin 

maraq toqquşmalarını  tənzimləyən təlimatlar bütün təhcizat mərhələlərini, 

həmçinin ayrı-ayrı  şəxslərin hərbi təminatçılarla  əvvəlcədən olan görüşləri 

və müdafi ə nazirliyi və ya təhcizat idarəsində bir daha işləmədiyi halda hərbi 

podratçı şirkətlərlə əlaqədə olmasını əhatə edir.

Məsələn, bir çox ölkələr o halları maraq toqquşması kimi adlandırırlar ki, 

orada hər hansı müdafi ə nazirliyi rəsmisi- mülkü və ya hərbi- nazirlikdən ay-

rıldıqdan sonra bir,iki və ya çox illər ərzində hərbi təminatçı şirkətində işləyir, 

ya da ondan faydalanır.

52

 Bu qaydalar təkcə müqavilələrlə işləyən rəsmilərə 



yox, həmçinin hərbi təhcizatda rolu olan çoxlu mülki və  hərbi qulluqçula-

ra, yəni tələbatları hazırlayan qrupdan başlayaraq, təhvil verilən məmulat və 

xidmətlərin keyfi yyətini qiymətləndirən qruplara qədər tətbiq edilir. 

Şəxsi dürüstlük üçün edilən yumşaq tələblər həmçinin korrupsiya 

risklərinin azalmasına kömək edir. Etik kodekslər həm yumşaq tələblərə daxil 

olan hökümət təşkilatlarına, həm də hərbi təminatçılara tətbiq olunur. 

Sərt və yumşaq tədbirlərin arasında duran başqa tədbir, fəaliyyət 

dönəmində korrupsiya hallarına rast gəlinirsə  və ya bu hallar hökümət 

müqavilələrində görünürsə, o zaman adamları bu haqda hakimiyyət 

dairələrində xəbər verməyə həvəsləndirmək və ya onlardan tələb etməkdir. 

Bu cür həvəsləndirmə ,“xəbər verənlər”-in təhlükəsizliyini qorumağın bütün 

müddəalarını özündə ehtiva edir. 

7.7 haşiyəsi ABŞ-ın təlimatlarını  təqdim edir. Bu təlimatlar etik 

52 


 Çox işıqlandırılan iş və həmçinin podratçının və hökümətin reaksiyası ilə bağlı, bax www.

iasa.com.au/folders/Publications/Legal_Issues/unethicalboeing.html or www.huizenga.

nova.edu/6240/cases/Boeing_AirForceEthicsScandal.htm. For the reaction in Congress, see 

www.defense-aerospace.com/article-view/verbatim/49262/mccain-exposes-usaf-role-in-

tanker-lease.html



101

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

proqramları,səxsi heyətin təlimini,xəbər verməni və xəbər verənlərin qorun-

masını bütün hərbi podratçılar üçün məcburi edir. Uyğun xəbər vermə tələbləri 

dövlət qulluqçularına da tətbiq edilir və hər hansı xəbər poçtla,onlayn və ya 

telefonla edilsə də anonim qalır və əgər xəbər verən istəsə izsiz qalır.

Haşıyə 7.7. Hərbi Podratçıların Etik Proqramları üzrə ABŞ Federal 

Alqı-Satqı Təlimatı 

Hələ 2007-ci ildən öncə,hərbi sifarişləri yerinə yetirən podratçı təşkilatların 

yüksək dərəcədə dürüstlüyə  və düzgünlüyə riayət etmələri ABŞ-dakı 

hərbi xarakterli nizamnamələrin tələblərindən biri idi. Spesifi k  olaraq, 

podratçıların aşağıda qəbul edilmiş  təlimatları yerinə yetirmələri tələb 

olunurdu: (1)etik davranışla bağlı yazılı kodeks;(2)bütün işçilər üçün etik 

təlim; (3)işçilərin etik davranış kodekslərinin periodik uyğunluğunun 

yoxlanılması;(4)daxili və xarici audit və ya hər ikisi;(5)pis davranışa 

görə inzibati addımlar;(6)hökümət müqavilələrində qanunun pozulması 

ilə  əlaqədar  şübhələrin vaxtında uyğun hakimiyyət strukturlarına xəbər 

verilməsi;və (7)pozuntuları araşdıran və ya onları aradan qaldıran cavabdeh 

hökümət idarələri ilə tam əməkdaşlıq. Təlimat, sifarişləri yerinə yetirməli 

olan podratçılara bütün bu yuxarıda sadalananlara riayət etmələrini tələb 

etsə də, onlar daha çox tövsiyə xarakteri daşıyırdı.

 2007 və 2008-ci illərdə  qəbul edilmiş iki düzəlişlə Federal Alqı-Satqı 

Qanunu(Federal Acquisition Regulation-FAR) etik qaydaları həm məcburi 

etdi,həm də onların tətbiq sahəsini genişləndirdi. İndi bu qaydalar hökümət 

strukturlarına da şamil edilir. Qanunun müddəaları,hökümətin podratçı 

təşkilatlarının iş kodekslərinin yazılı surətdə olmasını  tələb edir və eyni 

zamanda podratçı təşkilatın işçilərinin etik qaydalara uyğunluğu ilə bağlı 

təlim proqramları tələb edir və podratçının iş yerində “fırıldaq qaynar xətti” 

plakatlarının olmasını tələb edir.  Bu plakatlar, podratçı təşkilatın işçilərini 

müqavilənin icrası ilə bağlı və ya hökümət müqaviləsi ilə bağlı baş verən 

hər hansı fırıldaqçı fəaliyyəti xəbər verməyə həvəsləndirir.

Əlavə olaraq düzəliş edilmiş FAR podratçı etik qaydaları, indi müharibə 

dövrünün müqavilələrini, məsələn,  İraq və  Əfqanıstanı da əhatə edir 

və podratçılardan, cinayət hüququnun pozulduğu halları,məsələn, 

fırıldaq,maraq toqquşmaları,rüşvət və  hədiyyə vermə kimi pozuntuları 

və ya hökümət müqavilələrini və ya submüqavilələrin imzalanması və ya 

icrası ilə bağlı mülki “saxta tələblər aktı” (False Claims Act) –na düşən 

pozuntuların açıqlanmasını da tələb edir. Qeyd etmək lazımdır ki, bu 

tələblər müqavilələrin maddələri əsasında təmin edilir və onlar məcburidir.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə