Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə49/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   45   46   47   48   49   50   51   52   ...   163

124

Müdafi ə Sektorunda Outsorsinq, Özəlləşdirmə və Dövlət- Özəl Sektor Tərəfdaşlığının Üstünlükləri və Riskləri

şəbəkələrin elementlərinə texniki dəstək; 

2.  Artıq mülkiyyətin və avadanlığın satışından gəlir  əldə etmək; və, 

xüsusilə də, büdcə problemi yarananda,

3.  Hərbi layihələrə və əməliyyatlara özəl sektor yatırımı qoymağa sövq 

etdirmək (özəl- dövlət tərəfdaşlıqları) .



Haşiyə 9.1. Tədarükcü Seçimlər

Outsorsinq:Təşkilatçılıq işlərinin ayrı-ayrı sahələri (adətən, rəqabət 

əsasında) bu sahələr üzrə ixtisaslaşan istehsalçıya və ya təhcizatçıya verilir. 



Rəqabətli əsasda təhcizatçının seçilməsi:  Dövlət və özəl təşkilatları bir-

biri ilə dövlət alqı-satqısında payçı kimi iştirak etməyə rəqabətdə olurlar. 

(bu hala həmçinin “özəl- dövlət yarışı”və ya “azad bazar şəraitində sınaq”-

da deyirlər).



Özəlləşdirmə: Dövlətin mülkiyyətində olan istehsalat gücləri və infrastruktur 

elementləri və işçilər rəqabət əsaslı auksionlar vasitəsilə və ya alternativsız 

olaraq özəl sektora keçirlər.

Özəl-dövlət tərəfdaşlığı: (ÖDT): Bu tərəfdaşlıq  əməkdaşlıq üzərində, 

dövlət və özəl sektor arasında qurulmuşdur. ÖDT birgə müəsisə olub, 

hər bir tərəfdaşın təcrübəsi üzərində qurulan, dövlətin açıq-aydın ifadə 

olunmuş ehtiyaclarını resursların,risklərin və gəlirlərin düzgün paylanması 

yolu ilə, ən yaxşı formada təmin edə bilən əməkdaşlıqdır. Bir çox ölkələr 

tender rolu ilə və ya alternativ olmadan dövlət və özəl sektorun ən yaxşı 

nümayəndələrindən ibarət birgə müəsisələr qurmağa çalışırlar.Özəl dövlət 

tərəfdaşlıgının bir başqa forması da özəl maliyyə  təşəbbüsüdür.  Özəl 

maliyyələşmədə yatırım dövlət tərəfi ndən yox, özəl sektor tərəfi ndən 

qoyulur və əvəzində büdcədən qənaət edilmiş maliyyəyə payçı olur və ya 

hökümət alqı-satqısında iştirak üçün təminat alır. 

Hökümət sahibkarlığı (Franchising): Rəqabət  əsasında və ya alternativ 

olmadan,hökümətin bir idarəsi müəyyən funksiyalar üzərində ixtisaslaşır 

və onları digər hökümət idarələrinə və ya hətta özəl sektora ötürür.

Sources: Jacques S. Gansler and Roger C. Lipitz, Moving Toward Market-Based 

Government: The Changing Role of Government as the Provider, New Ways to Manage 

Series (Arlington, VA: IBM Endow ment  for the Business of Government, 2003), 

10, http://www.businessofgovernment.org/pdfs/ Gansler_Report.pdf; The Canadian 

Council for Public-Private Partnerships, www.pppcouncil.ca




125

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Outsorsinq, özəlləşdirmə  və ÖDT hərbi qüvvələrin səmərəliliyinin və 

məhsuldarlığının artırılması üçün geniş imkanlar açsa da, bütün bunların 

arxasında qara işlər-korrupsiya da vardır. Outsorsinq,özəlləşdirmə və ÖDT-

dan arzuolunan nəticəni  əldə etmək üçün savadlı  və etik liderliyin, güclü 

institutların (rəqabətli bazarlar, açıq qaydalar və təlimatlar, səriştəli hüquq/

məhkəmə sistemi) və səmərəli nəzarətin (qiymətləndirmə və monitorinq/au-

dit qabiliyyətləri) vasitəsilə, optimal balansı  təmin edib, silahlı qüvvələrin 

səmərəliliyini və məhsuldarlığını zəifl ətmədən, korrupsiyanın qarşısını almaq 

olar. Başlıca dürüst və səmərəli institutların birgə hərəkət etməsi outsorsinq, 

özəlləşdirmə və ÖDT-ın mümkün ən yaxşı nəticələrinin alınmasına təminat 

verir. 


İdeal baxsaq, hər bir NATO və  tərəfdaş ölkənin məqsədi dürüstlü-

yün təmin edilməsi,şəffafl ığın artırılması  və cavabdehlik və  məsuliyyətin 

təkmilləşdirilməsinin optimal ortağını tapıb, başqa NATO üzvləri və tərəfdaş 

ölkələrlə birgə,outsorsinq,özəlləşdirmə və ÖDT-dan doğa biləcək korrupsiya 

risklərini minimuma endirməkdir. Koordinasiyalı anti-korrupsiya təşəbbüsləri 

–məsələn, BŞ-ın “Hərbi Dürüstlük  Paktları” (nümunə üçün 7-ci və 17- ci 

Fəsillərə bax)- aparıcı ölkələri fəal təşəbbüslərə yönəldərək, ölkələrin milli 

və kollektiv təhlükəsizlik öhdəliklərinin səmərəliliyinin və məhsuldarlığının 

artırılmasına kömək edir.  

Silah və Texnika Almaq yoxsa İstehsal Etmək Qərarlarında 

Korrupsiya Riskləri

Hər bir Müdafi ə Nazirliyinin(MN) üzləşdiyi problem hərbi avadanlıq, 

hərbi infrastruktur, ehtiyat,maddi texniki baza və dəstəkləyici xidmətlər al-

ması, yoxsa özünün istehsal etməsi ilə bağlı seçim qarşısında qalmasıdır. Baş-

qa sözlə, MN-i hərbi biznesə girişməlidir(istehsal) və ya hərbi biznesi özəl 

sektora həvalə etməlidir(satın alma)?.                                                                                     

İki həlledici addım “düzəlt-və ya al” seçiminə təsir edəcəkdir:  Birinci ad-

dım “səmərəliliyi” nəzərdən keçirməyi irəli çıxarır; ikincisi isə “məhsuldarlıq” 

baxımından yanaşmadır.  Səmərəliliyi yoxlamaq nümunəsi ABŞ-ın Müdafi ə 

Nazirliyinin keçirdiyi “dördillik hərbi yoxlama (US “Quadrennial Defense 

Review”-QDR) və ya “hərbi baza qurulması və bağlanması” (“Base realign-

ment and Closure”) prosesləri ola bilər. Səmərəlilik yoxlamaları  hərbi inf-

rastrukturun uyğun həcmini və tərkibini  qiymətləndirir və ittifaq və tərəfdaş 

ölkələri ilə birgə mövcud və ortaya çıxan təhlükələrlə bağlı  tədbirlər keçi-

rir. Məhsuldarlıq yoxlayışları  hərbi qüvvələrin uyğun döyüş qabiliyyətini 

və müdafi ə strukturunu müəyyən edir, xərclərin azaldılması  və ya  hərbi 




126

Müdafi ə Sektorunda Outsorsinq, Özəlləşdirmə və Dövlət- Özəl Sektor Tərəfdaşlığının Üstünlükləri və Riskləri

fəaliyyətin təkmilləşdirilməsini nəzərdən keçirir. 

Səmərələlik yoxlaması zamanı bütün əldə olan resurslar və  fəaliyyət 

növləri iki kateqoriyaya bölünür: “lazımlı” və “lazımsız”. Lazımsız infrast-

ruktur və ona xidmət fəaliyyəti silinmə və ya özəlləşdirməyə məruz qalır. La-

zımlı resurslar və texniki tədbirlər gələcəkdə iki yerə bölünür:   biri hökümətə 

aid, digərləri isə daha çox kommersiya xarakterli olur.

Haşiyə 9.2.  Hərbi İnfrastruktur və Tədarükçü Seçimlər

Hərbi “infrastruktura” tipik olaraq aşağıdakılar daxildir:

•  Alqı-satqı təşkilatları;

•  Mərkəzi maddi texniki təminat;

•  Baş kadrlar idarəsi;

•  Xəbərləşmə;

•  Hərbi qüvvələrin qurulması və inkişafı;

•  İnfrastruktur obyektləri;

•  Tibbi funksiya;

•  Elm və texnika;

•  Təhsil və təlim.

Bu fəsildə müzakirə olunan bütün üç təhcizatçı bütün dünyanın hərbi 

qüvvələri tərəfi ndən istifadə olunur. Məsələn:

•  Outsorsinq təminat və maddi texniki baza üçün istifadə olunur;

•  Özəl-dövlət tərəfdaşlığı hərbcilər üçün evlər və hərbi infrastruktur 

obyektləri üçün istifadə olunur;

•  Özəlləşdirmədən isə çoxlu sayda tibbi funksiyalar üçün istifadə 

olunur.


ABŞ-ın  İdarəetmə  və Büdcə  İdarəsinin “Circular A76”  direktivi “sırf 

hökümət tədbirlərinin”  aşağıdaki kimi tərifi ni verir.

  ....o fəaliyyət ki,dövlətin marağı ilə elə  sıx bağlıdir ki, ancaq dövlət 

xidmətinin nümayəndələri tərəfi ndən həyata keçirilməsini tələb edir. Bu cür 

fəaliyyət dövlət idarəetməsini həyata keçirərkən və ya hökümət üçün qərar 



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə