Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə50/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   46   47   48   49   50   51   52   53   ...   163

127

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

qəbul edərkən mühüm səlahiyyətlər olmasını zəruri edir.

64

İnfrastruktura və kommersiya  xarakterli fəaliyyətlərə, “azad bazar 



şəraitində sınaq” və ya “tender əsasında təhcizatçının seçilməsi” vasitəsilə, 

outsorsinqın potensial obyektləri kimi baxıla bilər. Hərbi yatırımlar üçün şərt 

büdcə  məhdudiyyətləri olduğu hallarda, dövlət-özəl tərəfdaşlığı hökümətə, 

özəl  şirkətlərə məxsus infrastrukturun, texnoloji imkanların və ya özəl ya-

tırım fondunun üstünlüklərindən istifadə edib hökümətin səlahiyyətində 

olan fəaliyyətlərin və ya kommersiya təbiətli fəaliyyətlərin səmərələliyini 

və  məhsuldarlığını artırmağa  şərait yaradar (Şəkil 9.1-bax). Özəl maliyyə 

təşəbbüsü (private fi nance initiative)termini Böyük Britaniyada istifadə olu-

nur.

                   



       Hə

       Hə



Şəkil 9.1:Hərbi Qərar Xəritəsi

Məhsuldarlıq qiymətləndirmələri aparılarkən hökümət daxili nəzarət 

parametrləri sistemini tədbiq etməlidir. Bu parametrlər etalon kimi, hökümət 

sektorundan və ya kommersiya strukturundan lazımi hərbi imkanlar və 

xidmətlər alınan zaman, onların dəyərlərini müqayisə etmək üçün istifadə 

edir. Bu metod xərclərin hesabatını  hər konkret fəaliyyətə görə müəyyən 

edən qiymətləndirmə formasına keçir və əvəzində ictimai funksiya ilə əlaqəli 

olan bütün proseslərin tam dəyərini müəyyən etməyə kömək edir. Bu cür 

“bütöv xərclər”, həyata keçirilən xüsusi funksiyaları  dəstəkləyən “birba-

64  


Mitchell E. Daniels, Jr., Circular A-76 Revised (Washington, DC: US Offi ce of Management 

and Budget, May 29, 2003), www.whitehouse.gov/omb/circulars/a076/a76_rev2003.pdf

Biz düz hərəkət edirikmi?

(Səmərəlilik)

Biz bütün işləri düzgün edirikmi?

(Qənaət və Məhsuldarlıq)

Biz təkmilləşməyə yatırım qoya 

bilərikmi?( Xərc,Fəaliyyət,Cədvəl)

Özəlləşdirmə

Outsorsinq

ÖDT



128

Müdafi ə Sektorunda Outsorsinq, Özəlləşdirmə və Dövlət- Özəl Sektor Tərəfdaşlığının Üstünlükləri və Riskləri

şa olmayan” xərcləri də, o cümlədən, həmin funksiyaya aid olmayan çoxlu 

xərcləri, məsələn, maliyyə, hüquqi dəstək, kadrların idarəedilməsi və s. əhatə 

edir.


65

 Outsorsinq və özəl-dövlət tərəfdaşlıq xərclərini hesabladıqda, təkcə 

hökümətin zəruri mallar və xidmətləri almaq üçün sərf etdiyi xərcləri yox, 

müqavilələrin hazırlanması, monitorinqi və idarəedilməsi ilə bağlı xərcləri, 

həmçinin, hökümət gələcəkdə bu müqaviləni əldə etmiş şirkətdən daha artıq 

dərəcədə asılı qaldığı müddətdə artacaq xərclərin riskini də nəzərə almalıdır.

  

Haşiyə 9.3.  Özəl-Dövlət Rəqabətindən doğan Outsorsing 

Üstünlükləri

Böyük Britaniya Müdafi ə Nazirliyinin  “Azad bazar sınaqı”

• 1987-1992-ci  maliyyə illəri  ərzində Müdafi ə Nazirliyi 246 növ 

fəaliyyətə qatılmaq üçün rəqabətə girmiş və orada büdcə vəsaitlərinin 

1-ci il ərzində qənaəti orta hesabla 24% olmuşdur. 

1966-cı ildə, ABŞ prezidenti yanında Administrasiya və Büdcə  İdarəsi 

A-76 direktivini qəbul etdi. Kommersiya Fəaliyyəti həyata keçirmək 

haqqında olan bu direktiv, hökümətin kommersiya fəaliyyəti üzrə siyasətini  

müəyyən edirdi. 1979-cu ildə Administrasiya və Büdcə  İdarəsi Circular 

A-76 üçün əlavə  xərclərin müqayisəli analizi qayda və prosedurlarını 

müəyyən etdi. Bu analizlər hökümətin, başqa federal idarənin, yoxsa özəl 

sektorun kommersiya fəaliyyəti ilə məşğul olmasını müəyyən edirdi. A-76-

nın məqsədi “ədalətli” dövlət-özəl rəqabətini təşkil edib dövlət sifarişləri 

üçün iştirakçılar seçmək və kommersiya bazarında irəli sürülən xidmətlərin 

daha iqtisadi faydalı yollarını əldə etməkdir.

• 1979 


və 1996-cı maliyyə illəri ərzində  ABŞ quru qoşunları mütəxəssisləri 

486 növ fəaliyyətin analizini keçirmışlər və nəticədə məlum olmuşdur 

ki, bu müqavilələrdən 240-nı Quru Qoşunlarının strukturları almış,qalan 

228-i isə başqa strukturlara verilmişdir. Bu zaman büdcə vəsaitlərinin 

qənaəti orta hesabla 28% təşkil etmişdir. Yəni,rəqabət olmayan dövr 

ilə müqayisədə indi həyata keçirilən fəaliyyətlər əvvəlkindən 28% ucuz 

başa gəlmişdir. Bu zaman ərzində edilən qənaət 4 milyard ABŞ dolları 

həcmində olmuşdur. 

65

  Gansler and Lipitz, Moving Toward Market-Based Government (2003), 11. 




129

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

• 1978 və 1992-ci maliyyə illəri ərzində, Müdafi ə Nazirliyi 2000 rəqabətli 

tender keçirmiş və orta qənaət 30% olmuşdur. 

“Circular A-76” direktivi aşağıdakı  tələbləri irəli sürür: hökümət 

idarələrindən “Performance Work Statement” sənədinin işlənib 

hazırlanmasını və orada konkret layihənin bütün görüləcək işlərinin ətrafl ı 

müəyyən edilməsini; layihəni dəyər baxımından analiz edib az xərclərlə 

keyfi yyətli yerinə yetirə bilən mümkün təşkilatın müəyyən edilməsini, 

özəl sektor arasında tender təşkil edib və  dəyər analizinin nəticələrini 

özəl sektorun təklif etdiyi ən aşağı qiymətlə  və ya maksimum iqtisadi 

səmərələlik gətirən təklifl ə müqayisə edilməsini tələb edir. Hökümət özəl 

sektorun xidmətindən o vaxt istifadə edir ki,özəl sektorun qiymət təklifi  

daxildə edilən qiymət analizinin nəticələrindən heç olmasa 10% aşağı 

olsun, ya da layihənin fəaliyyət dövrü üçün hesablanmış qiymətindən 10 

milion dollar aşağı olsun.  Müqayisəli qiymət göstəriciləri, özəl sektora 

sadəcə bir funksiya verildikdə 24 ay üçün hesablanır, bir çox fəaliyyəti 

əhatə edən çox funksiyalı olduqda isə 48 ay verilir. 

1990-cı illərdə keçirilən Administrasiya və Büdcə  İdarəsinin 

hesablamalarına görə, A-76 direktivi əsasında aparılan müqayisəli dəyər 

qiymətləndirmələri əsasında,büdcədən Müdafi ə Nazirliyinin cari xərclərini 

təmin etmək üçün 1997 və 2005 illəri ərzində edilən qənaət 9,2 milyard 

dollar təşkil etmişdir. 2005-ci ildən başlayaraq illik qənaət 2,8 milyard 

dollar təşkil edir.

Mənbə: Gansler and Lipitz, Moving Toward Market-Based Government (2003). 

Nəhayət,korrupsiya riskləri ilə ilkin qiymətləndirmə prosesi həyata 

keçirilən zaman məşğul olmaq lazımdır, çünki korrupsiya müqavilənin 

qiymətini əhəmiyyətli dərəcədə qaldırar və cəmiyyətin outsorsinq, özəlləşdirmə 

və ya özəl-dövlət tərəfdaşlığı kimi təhcizatçı seçilməsi mexanizmlərinə olan 

inamını itirər.

66

66



  Francois Melese, Raymond Franck, Diana Angelis and John Dillard, “Applying Insights 

from Transaction Cost Economics to Improve Cost Estimates for Public Sector Purchases: 

The Case of U.S. Military Acquisition,” International Public Management Journal 10:4 

(October 2007): 357–85.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə