Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə51/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   47   48   49   50   51   52   53   54   ...   163

130

Müdafi ə Sektorunda Outsorsinq, Özəlləşdirmə və Dövlət- Özəl Sektor Tərəfdaşlığının Üstünlükləri və Riskləri

Haşiyə 9.4. Outsorsinq, Özəlləşdirmə  və Özəl-Dövlət Tərəfdaşlığın 

Seçilmiş Nümunələri

Avstraliya Müdafi ə Qüvvələrinin ixtiyarında olan ərazilərin idarəetməsi ilə 

məşğul olan icra strukturunun mərkəzi orqanı  Hərbi  Əmlak Təşkilatıdır 

(Defense Estate Organization- DEO). DEO-nun əsas funksiyası 

müdafi ə resurslarının idarəetməsini, dövlət büdcəsinə  gələn gəlirləri 

optimallaşdırmağa imkan verən iqtisadi fəaliyyət prinsipləri ilə  həyata 

keçirməkdir. Silahlı qüvvələr kirayəçilər kimi hərəkət edirlər, cünki çoxlu 

sayda binalar və torpaq sahələri özəlləşdirilib və onlara kirayə verilib. 

Dövlət əmlakının özəlləşdirilməsi və silahlı qüvvələrə lazım olmayan və 

ya tam istifadə edilməyən mülkiyyətin satılması dövlət büdcəsinə  gələn 

məbləği artırır. 

Polşa Müdafi ə Qüvvələrinin  ərazisində olan obyektlərin idarəetməsi ilə 

məşğul olan mərkəzi orqan Hərbi Mülkiyyət Agentliyidir. Onun missiyası, 

orduya lazım olmayan hərbi texnikadan başlamış hərbi obyektlərə qədər, 

hərbi mülkiyyətin satılmasıdır. Satışdan gələn bütün gəlirlər birbaşa 

Müdafi ə Nazirliyinə gedir və onlar həmin gəliri Polşa silahlı qüvvələrinin 

modernləşməsinə sərf edirlər.

Mənbə: Bonn International Centre for Conversion (BICC), Conversion Survey 2001—

Global Disarma ment, Demilitarization and Demobilization (Germany: NOMOS, 2001)

Özəl-dövlət rəqabətləri həmişə yüksək-keyfi yyətli,etibarlı 

və 

fəaliyyətlərin davamlılığını  təmin edən qaydada hökümətin ehtiyaclarını 



təmin edən şəkildə qurulmalı,həmçinin büdcə vəsaitlərinin qənaəti üçün im-

kanlar yaratmalı və korrupsiya risklərini aradan qaldırmağa yardım etməlidir. 

Məhsuldarlıq səviyyəsinin yoxlayışları yeni texnologiyanı və yatrımların art-

masını dəstəkləməlidir. Müqayisəli analizin, özəl və ya dövlət sektoruna üs-

tünlük verməsindən asılı olmayaraq, Müdafi ə Nazirliyi rəsmiləri qeyd edirlər 

ki, özəl-dövlət rəqabətinin hesabına, qənaətin 20%-dan az olmaması müm-

kündür. Ona görə ki,uyğun qaydalarla aparılan rəqabətlər məhsuldarlığı artı-

rır, korrupsiyanı azaldır və müdafi ə sahəsindəki fəaliyyətləri təkmlləşdirir.

67

 

Outsorsing,Özəlləşdirmə və Özəl-Dövlət Tərəfdaşlığının Korrupsiya 



Riskləri

Lazımsız əmlakın satışı (özəlləşdirilən/ lazımsız əmlakı dəyər-dəyməzinə 

satma) hökümətə özünün əsas fəaliyyətləri istiqamətində işləməyə imkan ve-

rir, əlavə lazımsiz əmlakın saxlanmasına sərf edilən büdcə xərclərini azaldır 

67 

 Commercial Activities Panel, Improving the Sourcing Decisions of the Government (Wash-



ington, DC: Government Accounting Offi ce, 2002).


131

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

və vergi verənlərin yükünü də azaldır. Lazımsiz hərbi əmlak və fəaliyyətlərin 

auksiona çıxarılıb satılması özəl sektor üçün yeni biznes imkanları açır. O, 

həmçinin, hökümətin gəlirlərini artırır və silahlı qüvvələrin modernizasiya-

sına və ya büdcə kəsirinin azalmasına kömək edir. Alternativ olaraq, vauçer 

yolu ilə özəlləşdirmə, səhmdar mülkiyyətinin və sahibkarlıq təşəbbüslərinin 

yayılmasına və artmasına yardım edir, və özəlləşdirilmiş əmlakın və başqa 

fəaliyyət növlərinin səhmdarların maraqlarına uyğun, səmərəli istifadəsinə 

kömək edir. 

Outsorsinq,özəlləşdirmə  və özəl dövlət tərəfdaşlığı mexanizmlərində 

istifadə edilən çoxlu sayda layihələr aşağıdakı ümumi məsələləri həll etmək 

məqsədi güdür. 

•  Məhsuldarlığın təkmlləşdirilməsi və hökümətdən alınan borcların 

azaldılması (xərclər zamanı qənaət); 

•  Səmərəliliyi təkmlləşdirməli (fəaliyyətlərin fəallığı);

•  Səhmdar mülkiyyətinin yayılması və inkişafı;

•  Auksiondan gəlirlər  əldə edib silahlı qüvvələrin modernizasiyasına 

sərf etməli və ya dövlətə olan borcları azaltmalı; və

•  Lazimsiz və faydasız əmlakdan dəyər dəyməzinə satıb əsas fəaliyyət 

üzərində köklənməli.

Outsorsinq,özəlləşdirmə və özəl dövlət tərəfdaşlığının şəffaf və rəqabətli 

gedişlərindən dövlət mühüm qazanclar əldə etsə də, bu sahədə ciddi risklər 

də mövcuddur.

Birinci risk ondan ibarətdir ki, əgər konkret əmlak, fəaliyyət növləri 

və ya resurslar (torpaq,əmək qüvvəsi,kapital) özəl sektor üçün əhəmiyyətli 

dərəcədə qiymətlidirsə, o zaman xüsusi özəl maraqlar çalışa bilərlər ki, dövlət 

orqanlarına qeyri-sağlam təsir yolu ilə outsorsinq,özəlləşdirmə və özəl-dövlət 

tərəfdaşlığı ilə bağlı özünə xeyirli qərar əldə etsin. Risk ondadır ki,qanuni lob-

biçilik və qeyri-qanuni rüşvət və ya satın alma ilə qazanmaq istəyən şəxslər 

və ya şirkətlər çalışacaqlar ki, siyasi və bürokratik gedişlərə təsir edib, dəyərli 

aktivləri silahlı qüvvələr üçün “lazımsız” kimi müəyyənləşdirib özəlləşmə 

yolu ilə özəl əllərə keçirsinlər. Alternativ olaraq, qanuni və qanunsuz siya-

si və bürokratik nüfuz etmə yolu ilə, dəyərli outsorsinq və ya özəl-dövlət 

tərəfdaşlıq imkanlarını da “almaq” üçün istifadə etmək olar.

Başqa amil də eyni səviyyədə mühüm risk yaradır. Müdafi ə Nazirlikləri 

tez-tez gərgin ictimai təzyiq altında olurlar və qanuni və qanunsuz olaraq 

dövlətlər,şəhərlər,bələdiyyələr və xüsusi biznes maraqları  hərbi bazaların 

bağlanmasının və ya özəlləşdirmə, outsorsinq  və ya özəl-dövlət tərəfdaşlığı 

vasitəsilə mülkiyyətinin satılmasının ,hətta həmən əmlakın və ya fəaliyyətlərin 

ölkənin milli təhlükəsizliyinə bir zərurəti olmadığı halda, qarşısını almağa ça-

lışırlar. Bu zaman mövcud iş yerlərinin və gəlirlərin itirilməsi arqumentləri 

gətirilir.  




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə