Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə43/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   39   40   41   42   43   44   45   46   ...   163

105

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

BŞ-ın hərbi proqramı, Polşa və Kolumbiya hökümətləri ilə  işləyərək bu 

Paktları onların  əsas hərbi təhcizat  proqramlarına tətbiq edirlər.  Hərbi 

Dürüstlük Paktları silah təhcizatı prosesinin ən ilkin mərhələlərində  işə 

başlamalıdır. Onlar geniş  şəffafl ıq  əldə etmək üçün imkanlar irəli sürür 

və  müqavilə  sənədləşdirmələrini və  nəzarəti təkmilləşdirir,həmçinin 

qiymətləndirmənin mexanizmlərini, alınacaq avadanlığın texniki tələblərini 

daha dolğun ifadə edir və nəticədə sərf olunan pula görə dəyərli avadanlıq 

alınır. Hərbi Dürüstlük Paktları kimi vasitələrdən istifadə, başqa idarələr 

və nazirliklər üçün də islahatlara getmək üçün katalizator rolunu oynayır.

Mənbə: Kolumbiyda Hərbi Dürüstlük Paktları ilə bağlı  ətrafl ı  məlumat üçün,bax: M. 

Pyman, A. Waldron and L. Avelia, “Practical Implication of Defence Integrity Pacts. 

Experience in Columbia” (2006); Transparencia por Co 

lombia and Transparency 

International UK, “An independent review of the procurement of military items” (2006). 

Hər iki yazı bu ünvandadır  www.defenceagainstcorruption.org.




106

Ofset Mexanizmləri


107

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

 8-ci Fəsil

Ofset Mexanizmləri

Hərbi texnika və silah alqı-satqısı zamanı dürüstlüyün təmini və korrupsi-

ya risklərinin azaldılması peşəkar fəaliyyətin aşağıdakı sahələrini əhatə edir: 

texniki tələblərin hazırlanması və onların analizi və qiymətləndirilməsindən 

başlamış, Müdafi ə Nazirliyinin təhcizat funksiyalarının təşkil olunmasına 

qədər. Bu istiqamətlərin çoxunda, dürüstlük praktikasını daha da gücləndirən 

kifayət qədər bilik və bacarıqlar toplanmışdır.  İndiki dövrdə müasir hərbi 

təhcizat prosesində, ofset sisteminin geniş  və sürətlə yayılmasına baxma-

yaraq, ofset anlaşmalarının yoxlanılması çox az miqyasda aparılır və ofset 

mexanizmləri üzrə müzakirələrə və ya qabaqcıl praktikaların hazırlanmasına 

çox az təsadüf  edilir. 

Beynəlxalq  Şəffafl ığın (Transparency International) qiymətləndirmələri 

göstərir ki, hətta inkişaf etmiş ölkələrdə belə,ofset anlaşmaları daha çox kor-

rupsiya riskləri yaradır. BŞ-ın təcrübəsinə görə çox ölkələrin hərbi rəhbərliyi 

bu fi kri bölüşürlər, ancaq onların hökümətləri bu riskləri aradan qaldırmaq 

üçün uyğun hərəkət etmirlər. Ofsetlə bağlı daha güclü şəffafl ıq rejimləri və 

dürüstlük standartları müəyyən edib həyata keçirmək üçün, hərbi sənaye və 

hökümətlərin beynəlxalq müstəvidə birgə səylərinə təcili ehtiyac duyulur.

Bu fəsil müasir ofset müqavilələrinin qısa xülasəsini verir. Son-

ra spesifi k korrupsiya riskləri və ofset müqavilələrinin müasir yoxlama və 

qiymətləndirmə təcrübələri təsvir edilir. Sonuncu bölmə qabaqcıl praktikanın 

minimal standartlarını ifadə edən nümunələr gətirir.



Müasir Ofsetlərdən İstifadə  

Xarici ölkədən avadanlıq və ya xidmətləri almaq üçün şərt kimi tələb 

olunan kompensasiya praktikalarını ofsetlər adlandırmaq olar. Ofsetlər birba-

şa və dolayı olurlar. Birbaşa ofsetlər, hərbi eksport üçün satış müqaviləsində 

yer alan hərbi məmulatlar, müqavilənin maddələri və xidmətlərdən ibarət 

olub müqavilə əsasında hazırlanan sazişlərdir. Birbaşa olmayan ofsetlər isə 

hərbi eksport müqaviləsində yer alan mal və xidmətlərlə bağlılığı olmayan 

maddələr və xidmətlərdir. Ofset əsas eksport müqaviləsinə əlavə olaraq ha-

zırlanır. 

Ofsetləri, II Dünya Müharibəsindən sonra Avropanın iqtisadiyyatını bərpa 

etmək üçün, 1945-ci ildən sonra həyata keçirməyə başlamışlar. Ofsetlər,demək 

olar ki, sırf hərbi məqsədlər üçün istifadə olunur. İndiki zamanda, çoxlu sayda 

ölkələr hərbi texnika və silahla bağlı müqavilə imzaladıqları zaman, ofset 

müqaviləsinin hərbi müqavilənin 100% dəyərini ödəməsini tələb edirlər. Avs-

triya və Hollandiyada bu tələblər 100% -ı da aşır və üyğun olaraq  178% və 



108

Ofset Mexanizmləri

118%-dir. Yəni bu ölkələrdə ofset müqavilələrinin iş dəyəri əsas müqavilədən 

daha yüksəkdir. Aşağı pillələrdə isə ofsetləri istəməyən ölkələrdir,məsələn 

Tayvan 20%-də  və ya Tailand 27%-də durur. Aerokosmik sahədə,ölkələrin 

çoxu ofset paketının ancaq 20%-nın birbaşa olmasını istəyirlər. Ofsetlərin 

çoxu birbaşa olmur; orta hesabla götürsək1995 və 2005 arasında 60% dolayı 

yolla və 40% birbaşa olmuşdur.

Ofsetin istifadəsi son 10 ildə köklü surətdə artmışdır. Ofset dəyərləri 

1995-ci ildə  əsas müqavilə  dəyərlərinin 49%-i olduğu halda, 2005-ci ildə 

103%-ə qalxmışdır.Geniş  hərbi  şirkətlərin böyük ofset idarələri və böyük 

ofset öhdəlikləri mövcuddur. Lockheed Martin,məsələn, dünyanın ən geniş 

hərbi sənaye şirkəti olaraq, dünyanın 12 ölkəsi ilə ofset öhdəliklərinə 19 mil-

yard ABŞ dolları ayırmışdır.

55

 



Bundan başqa, Hindistan və Braziliya kimi ölkələrdə ofsetdən təkcə hərbi 

alış üçün yox, büdcənin başqa sahələrində də istifadə etmək istəyirlər.



Tender Qiymətləndirməsi Zamanı Ofset Təklifl ərinin He-

saba Alınması

Hərbi avadanlıq alan müxtəlif ölkələrin, ofset sazişlərinin qiyməti ilə əsas 

hərbi alışla bağlı müqavilənin dəyəri arasında, fərqli yanaşmaları və tələbləri 

mövcuddur. Yəni ofset sazişləri ilə əlaqədar ölkələr arasında müxtəlif cür he-

sablaşmalar var. Məsələn, Türkiyədə bu 60%; Kanadada isə 40%. Bir çox 

ölkələrdə bu 10-15%-a enir. Həmin ölkələrdə, Müdafi ə Nazirliyi hərbi ava-

danlıq seçiminə ofset təklifl ərinin təsir etmə imkanlarını azaltmağa çalışır.

56

Ofsetlərın Əlavə Xərcləri          

Ofsetlərin əsil qiymətləri ilə bağlı informasiya qıtlığı var. Ofset tenderləri, 

ofsetin dəyərini ümumi hərbi alqı-satqı müqaviləsinin dəyərindən ayırmır-

lar və ofsetin qiymət parametrlərini də açıqlamırlar.  BŞ-nın müşahidələrinə 

görə, bir çox ölkələrdə əsas müqavilənin qiyməti orta hesabla 5-8%  artmış  

və böyük müqavilələrin olduğu başqa ölkələrdə əsas müqavilədə 15-30% ar-

tıma da rast gəlinmişdir.

Bundan əlavə, ofset sazişlərini idarə etmək üçün lazım olan xərclər (alıcı 

ölkədə) yəni ofset ofi sinin xərcləri və onun işçilərinin xərcləri də bura daxil-

dir.

55 


 Building Integrity and Defence Institution Building, Conference Report (Monterey, CA, 

25-27 February2009), 91.

56  

İbid., 91-92




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə