MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə25/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   21   22   23   24   25   26   27   28   ...   158
Kamil insan

ÜÇÜNCÜ FƏSİL
İNSANIN DƏRDLƏRİ BARƏSİNDƏKİ MÜXTƏLİF NƏZƏRLƏR
Bildiyimiz kimi, insanın həqiqət və mahiyyəti barəsində müxtəlif nəzərlər vardır. Ümumi baxışda iki nəzəriyyə, 


ni materialistlər və ruhçuların nəzərləri bir-birinin müqabilində dayanıb. Ruhçuların fikrincə insan cism və ruhdan 
ibarət bir həqiqətdir ki, ölməklə fani olmur və əbədi olaraq qalır. Bildiyimiz kimi dini məntiq, xüsusilə islami mətnlər 
bu məsələyə dəlalət edir. İkinci nəzəriyyə isə budur ki, bu, bədəndən başqa bir şey deyil və ölməklə tamamilə məhv 
olur; bədənin dağılaraq aradan getməsi insan şəxsiyyətinin dağılaraq məhv olması deməkdir.
İNSAN MƏ᾽NƏVİYYATI
İnsanın həqiqət və mahiyyəti barəsində belə böyük fikir ayrılığının olmasına baxmayaraq, bu mövzu ilə bağlı 
digər bir məsələ barəsində heç bir ziddiyyət və fikir ayrılığı yoxdur. Həmin məsələ bundan ibarətdir ki, mə

nəviyyat 
adlandırıla bilən bir sıra qeyri-maddi işlər insana dəyər və şəxsiyyət verir. İnsanın insanlığı bu işlərlədir. Belə ki, əgər 
bunlar, insandan alınsa, onun heyvanla heç bir fərqi olmaz. Başqa sözlə desək, insanın insanlığı onun cismi quruluşu, 


ni bir baş, iki qulaq, enli dırnaq və danışmaq kimi xüsusiyyətlərə malik olması ilə deyil. Bəli, bunlar insanlıq demək 
deyildir. Sə

di bu mətləbi öz şe

rində belə açıqlayıb:
Təne adəmi şərifəst be cane adəmiyyət
Nə həmin libas zibast nişane adəmiyyət
Əgər adəmi be çeşməst zəbano quşo bini
Çe miyane nəqşe divar miyane adəmiyyət.
Şe

rin məzmunu:
İnsan bədəni onun insanlıq ruhuna malik olması səbəbilə şərafətlidir. Bu gözəl paltar adamlıq nişanəsi deyil. 
Əgər adamlıq göz, dil, qulaq və burunla olsaydı, adamlıqla divar arasında nə fərq olardı?
Əgər insanlıq bu bədənin olmasıyladırsa, hamı anadan adam doğulur. Amma məsələ belə deyil. Adamlıq bir sıra 
sifət, əxlaq və mə

naların mövcud olması ilədir ki, insan onların nəticəsində dəyər və şəxsiyyət əldə edir. Bu gün 
insana dəyər və şəxsiyyət verən və onlar olmadıqda insanın heyvanla heç bir fərqinin olmaması nəticəsini verən şeylərə 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə