MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə24/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   20   21   22   23   24   25   26   27   ...   158
Kamil insan

 – 
«
İnsanlar 
yalnız: iman gətirdik – demələri ilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar» – 
ayəsini nazil 
etdikdə, peyğəmbərdən sonra ümmətin böyük fitnələrə düçar olacaqları və böyük imtahanlara çəkiləcəyini başa 
düşdüm. Amma bununla belə peyğəmbərdən soruşdum: Ey Allahın peyğəmbəri, ayədəki fitnədən (imtahandan) məqsəd 


15
Kamilliyə doğru Wap.IXLAS.Az
nədir? Peyğəmbər belə buyurdu: 
«Ey Əli, mənim ümmətim məndən sonra imtahan olunaraq sınanacaqdır.»
Əli 
(ə), peyğəmbər vəfat etdikdən sonra fitnə, imtahan və sınaqların baş verəcəyini eşitdikdə keçmişdə baş vermiş bir 
hadisəni xatırlayaraq belə dedi: «Ey Allahın Peyğəmbəri! Ühüd döyüşündə Həmzə ibni Əbdülmüttəlib başda olmaqla 
müsəlmanlardan 70 nəfəri şəhid olanda və mən şəhid olmaq feyzindən məhrum olanda çox narahat olmuşdum. Mən 
sizdən bu ne

mətdən məhrum olmağımın səbəbini soruşdum. Siz mənə həmin vaxt belə dediniz: Burada şəhid olmasan 
da, başqa vaxt, Allah yolunda şəhid olacaqsan. Bu həqiqətən belə olacaqdır, amma sən şəhid olmağa necə səbr edəcəksən? 
Mən peyğəmbərə belə dedim: Ey Allahın peyğəmbəri, necə səbr edəcəksən yox, necə şükr edəcəksən buyur, ora səbr 
yeri deyil, şükr yeridir!»
Peyğəmbərin verdiyi xəbərlər və Əli (ə)-ın bildiyi əlamətlər və bə

zi vaxtlar işlətdiyi ifadələr nəticəsində onun 
ailə və yaxın səhabələri arasında narahatçılıq və iztirab yaranmışdı. O, çox təəccüblü sözlər danışırdı. Əli (ə) həmin 
Ramazanda övladlarının evində iftar edirdi. Hər axşam onların birinin evində qonaq olurdu. Bir gecə imam Həsən (ə), 
bir gecə imam Hüseyn (ə) və bir gecə də qızı Zeynəb (s)-ın qonağı olurdu, amma həmişəkindən az yemək yeyirdi. 
Uşaqların, atalarına canları yanır və həqiqətən riqqətə gəlirdilər. Bə

zən deyirdilər: Atacan, niyə bu qədər az yemək 
yeyirsən? Həzrət Əli (ə) onların cavabında belə buyururdu: Allahla ac qarınla görüşmək istəyirəm. övladları onun 
nəyinsə intizarını çəkdiyini başa düşürdülər. Bə

zən göyə baxıb belə deyərdi: Mənə xəbər verən sevimli peyğəmbərim 
düz deyib, onun sözü yalan deyil, yaxındır, yaxındır. Ramazanın on üçüncü günü həmişəkindən daha çox narahatlıq 
yaradan bir məsələni açıqladı. Deyəsən həmin gün cümə günü olub və Əli (ə) həmin məsələni açıqlayıb. Bə

zən imam 
Hüseyn (ə)-dan soruşardı: Oğlum, bu ayın qurtarmasına neçə gün qalıb? O cavab vermişdi: Atacan, 17 gün. Əli (ə) 
o zaman belə buyurmuşdu: Bəli, bu saqqalın bu başın qanına bulaşmasına az qalıb, saqqalımın boyanması yaxındır. 
On doqquzuncu gün də çatdı. övladları gecə yarısına kimi Əli (ə)-ın yanında idilər. Gecə imam Həsən (ə) evinə getdi. 
Əli də evində namaz üçün ayırdığı yerdə idi. Səhər açılmamış imam Həsən (ə) ya narahatçılıq və ya hər gecə belə 
olduğu üçün atasının namaz qıldığı yerə qayıtdı. Əli (ə) Zəhra (s)-dan olan övladları imam Həsən və imam Hüseyn 
(ə)-a xüsusi ehtiram göstərirdi və onlara hörmət göstərməyi Peyğəmbər (s) və Zəhraya hörmət hesab edirdi. Həzrət 
Əli (ə) imam Hüseynə belə dedi: Oğlum, bir dəfə yuxuda peyğəmbər qarşımda canlandı. Peyğəmbəri görəndə ona 
dedim: Ey Allahın peyğəmbəri, mən sənin bu ümmətinin əlindən nələr çəkmədim!? Doğrudan da camaatın Əli (ə)-la 
düz gəlməməsi və onların Əlinin göstərdiyi yolla getməyə hazır olmamaları çox təəccüblüdür. Əli onların əlindən nələr 
çəkdi? Ayişə və bey

əti pozanlar bir tərəfdən, Müaviyə və onun hiylə və kələkləri digər tərəfdən!! Müaviyə dünyanın 
dahi hiyləgərlərindən biri olub. O, Əli (ə)-ın qəlbinin, hansı işlərin görülməsindən qanla dolduğunu bilirdi və buna 
görə də məhz həmin işləri görürdü. Sonda da Xəvaric və quru müqəddəslər tam inam və əqidə ilə Əlini kafir və fasiq 
adlandırdılar. Siz onların Əliyə qarşı nələr etdiklərini bilirsiniz. Doğrudan da insan Əli (ə)-ın başına gələn müsibətləri 
görəndə heyrətlənərək dəhşətə gəlir. Dağ belə müsibətlərə dözə bilməz. Əli (ə) ürəyini kimə açmalı idi? Buna görə də 
peyğəmbəri yuxuda görəndə ona belə deyir: Ey Allahın peyğəmbəri, mən sənin bu ümmətinin əlindən nələr çəkmədim!? 
Bunlar mənə qarşı nələr etmədilər?!
Mən bunlarla necə rəftar edim?
Həzrət Əli (ə) söhbətinin davamında imam Həsən (ə)-a belə deyir: Oğlum, cəddin mənə göstəriş verərək belə dedi: 
Əli, onlara nifrin et! Mən də yuxu aləmində onlara belə nifrin etdim: Allahım, tezliklə mənə ölüm ver, onlara isə layiq 
olduqları şəxsi hakim et!
Bu cümlə ilə o həzrətin necə sıxıntı və iztirab keçirməsi mə

lum olur. Əli (ə) evdən çölə çıxanda ördəklər səs-küy 
qaldırır, toyuqlar qaqqıldaşırlar. Amma çox çəkmir ki, orda insanların da növhə səsləri ucalır. övladları Əlinin qarşısını 
kəsib, belə deyirlər: Atacan, səni məscidə getməyə qoymayacağıq, gərək öz yerinə başqasını göndərəsən! Əli, əvvəl 
belə dedi: Bacım oğlu Cö

dət ibni Hübeyrəyə deyin gedib məsciddə camaat namazı qılsın. Amma dərhal sözünü geri 
götürərək deyir ki, yox, özüm gedirəm. Dedilər: Onda icazə ver yanında bir adam getsin. Amma Əli (ə) cavab verir ki, 
xeyir, kiminsə müşayət etməsini istəmirəm.
Həmin axşam Əli (ə) üçün çox səfalı gecə idi. Təkcə Allah bilir ki, o həzrət həmin gecə nə həyacanlar keçirib! 
Əlbəttə özü deyir ki, mən məsələnin sirrini kəşf etməyə çox sə

y göstərdim. Onun «Nəhcül-bəlağə»dəki sözlərindən 
belə mə

lum olur ki, Əli (ə) onu, böyük hadisələrin gözlədiyini ümumi və müxtəsər şəkildə bilirmiş. «Nəhcül-bəlağə»də 
deyir: Bu işin sirr və batinini bilməyə çox çalışdım, amma Allah onu aşkar etməyi əsirgədi.
Sübh azanını özü deyirdi. Səhərin açılmasına yaxın minarəyə çıxaraq «Allahu əkbər» nidasını ucaltdı. Azanı dedi və 
dan yeri ilə vidalaşaraq belə dedi: Ey sübh! Ey dan yeri! Ey günün erkən vaxtı! Əli bu dünyaya göz açandan elə bir gün 
olubmu ki, sənin dan yerin sökülsün və onun gözləri yuxuda olsun? Əlinin gözü bundan sonra həmişəlik olaraq yuxuya 
gedəcək. Minarədən aşağı düşəndə şe

r oxuyaraq özünü mö

min mücahid vəsf edir.
Əhli-beytinin, yerlərindən hərəkət etmək icazəsi yox idi. Əli bu qışqırıq və səs-küyün arxasında növhəçiliyin 
olacağını demişdi. Həmişə olduğu kimi Zeynəb, Ummu Gülsüm və Əhli-beytin digər üzvləri oyaq idilər, amma bu 


16
Kamilliyə doğru Wap.IXLAS.Az
axşam nə baş verəcəyindən çox narahat və nigaran! Birdən bir səs hamının diqqətini özünə cəlb etdi, hər yeri bürüdü: 
Allaha and olsun ki, hidayət və haqq yolun sütunu dağıdıldı, mö

min və təqvalıların ağası yox oldu, ən möhkəm ip 
qırıldı, Mustafanın əmisi oğlu öldürüldü, seçilmiş peyğəmbərin vəsisi qətlə yetirildi, Mürtəza Əli şəhid edildi, onu 
xəbislərin ən xəbisi qətlə yetirdi.


17
Kamilliyə doğru Wap.IXLAS.Az

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə