MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«[Ya Məhəmməd!] Yoxsa [kafirlər] bu Qur



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə33/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   29   30   31   32   33   34   35   36   ...   158
Kamil insan

«[Ya Məhəmməd!] Yoxsa [kafirlər] bu Qur

ana inanmasalar, [səndən üz çevirib getdiklərinə 
görə] arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!»
(Kəhf-6).
Peyğəmbər (s) xalqın hidayət və səadəti, onların dünya əsirlikləri və giriftarçılıqlarından qurtarmaları və axirətlərinin 
yaxşı olmasına o qədər rəğbət bəsləyirmiş ki, sanki özünü bu yolda həlak etmək istəyirmiş. Buna görə də ona xitab 
edilir ki, nə olub? Nə xəbərdir? özünü xalqa görə həlak edəcəksənmi? 
«Biz Qur

anı sənə məşəqqət çəkməyin üçün 
nazil etmədik!
[Biz onu Allahın əzabından] qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik.»
(Taha-2-3).
Digər bir ayədə isə belə buyurur: 
«[Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə 
düşməyiniz ona ağırdır, o, ;sizin iman gətirməyinizi] çox istəyir, mö

minlərə şəfqətli və mərhəmətlidir.»
(Tövbə-128).
Siz bu ayədə Qur

anın ifadəsinin nə qədər maraqlı və ali olduğuna diqqət edin. Camaat! Sizin öz aranızdan və öz 
cinsininzdən olan peyğəmbər gəlib. Onun birinci xüsusiyyəti budur ki, sizin çətinlik, məşəqqət və narahatçılıqlarınız 
ona ağır gəlir və o, sizin dərdinizi çəkir. Deməli, müsəlman həm Allah və həm də Allah bəndələrinin dərdini çəkən 
şəxsdir. Qur

an həris kəlməsindən istifadə edib. Bə

zən valideynlər uşaqlarının ruhani olmalarını istəyirlər və bu 
məsələdə o qədər ifrata varırlar ki, onlar barəsində belə deyilir: Filankəs uşağının savadlı olmasına hərisdir. Bu hərislik, 
istəyin çoxluğu baxımından eynilə dünyapərəstlik və pulpərəstlik kimidir. Peyğəmbər xalqın nicat tapmasına, onların 
dərdlərinin yaxşılaşmasına həris olub. Xalqın dərdini çəkmək budur.
Əli (ə)-ın özü də bu ifadədən istifadə edib və dərd ifadəsi ona məxsusdur.
Bəlkə də bu məsələni dəfələrlə eşidibsiniz. Osman ibni Huneyf Bəsrədə bir qonaqlıqda iştirak edibmiş. Həmin 
məclisdə nə olmuşdu? Allah eləməmiş, orada araq içilmişdimi? Xeyir! Qumar oynanılmışdımı? Xeyir! Pozğunçuluq 
olmuşdumu? Xeyir! Bəs nə olmuşdu? Osman ibni Huneyfin günahı tam əşraf, bu günkü dillə desək, aristokratlar 
məclisində iştirak etməsidir. Belə ki, həmin məclisdə yoxsullardan heç kəs olmayıb. Təəssüflər olsun ki, bizlər bu gün 
belə şeylərə tamamilə laqeyidliklə yanaşırıq. Əli (ə)-a xəbər çatır ki, sənin nümayəndə və hakimin yoxsullardan bir 
nəfərin belə iştirak etmədiyi varlı, əşraf və pulluların qonaqlıq məclisində iştirak edib. Əli (ə) belə buyurur: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə