MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


başçısı ləqəb və xitabına qane olub özümü mö



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə35/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   31   32   33   34   35   36   37   38   ...   158
Kamil insan

başçısı ləqəb və xitabına qane olub özümü mö

minlərin ağası adlandırım, amma çətinliklərdə onlarla şərik 
olmayım?!
Diqqət edəndə görürsən ki, burada, bütün sözlər başqalarının dərdlərini duymaqdan gedir.
İDEAL DƏRD
Mən indi sizdən belə bir sual soruşmaq istəyirəm ki, sizcə adamın duyğusuz və bədən üzvlərinin hissiz olması ilə olan 
rahatlığı yaxşıdır, yoxsa hissiyyatlı olub bu dərdi dərk etməsi? Bu dərd həm də ləzzətli bir dərddir, çünki başqalarının 
dərdini çəkərək onların qeydinə qalmaq həmişə ləzzətlidir. Görəsən bu nə sirrdir? Düzünü Allah bilir. Başqalarının 
dərdini çəkmək ləzzətli olduğu kimi, Haqqın hicran dərdi də ləzzətlidir.
İbni Sina «İşarələr» kitabında bu məsələyə toxunaraq yazır ki, bə

zən bir şey ağrılı olmasına baxmayaraq ləzzətli 
olur. O, buna misal olaraq bədənin qaşınmasını gətirir. Deyir ki, bədən qaşınır və onda bir növ acışma və göynəmə olur, 
qaşıyanda həmin yer ağrıyır. Amma ağrısına baxmayaraq adamın ondan xoşu gəlir. Bu ağrı, acı ağrı deyil.
Bu insanın ruh və canını yandıran, göz yaşı çıxaran, amma eyni zamanda sevilən və ideal bir dərddir. İnsan həmişə 
bir sıra qəmlərdən qaçır. Amma bizə deyəndə ki, imam Hüseyn (ə) üçün çox yaxşı bir matəm məclisi keçirilir, biz ora 
getmək istəyirik? İnsanın ürəyi yanmasa və o, dərd çəkməsə göz yaşı tökmür. Amma eyni zamanda həmin əza məclisinə 
getmək istəyir, həmin dərdi hiss edərək göz yaşı tökmək istəyir. Göz yaşı tökəndə səfalı bir hiss keçirir ki, həmin dərd 
bunun müqabilində heç nə olur. İnsanlığın dərdi budur.
Yalnız öz bədənlərinin dərd və ağrılarını hiss edən və ruhu öz cisminin ağrılarını duyan bədənlərin xoş hallarına! 
Çünki həmin ruh həmişə bu bədəndə olan narahatçılıqları aradan aparmaq fikrindədir. Amma ruhu təkcə özünün olmayan 
bədənin işi çox çətindir, çünki onun ruhu bütün bədənlərindir. Bir ruh təkbaşına hamının ağrı-acılarını hiss edir. Bu 
bədən Hicaz və Yəməndə bir nəfər arpa çörəyi yeyən tapıla bilər deyə, bütün imkanlara malik olmasına baxmayaraq, 
iki tikə arpa çörəyi ilə kifayətlənmək məcburiyyəti qarşısındadır. Bu bədən Əli (ə) kimi bir şəxsin ruhu ilə uyğunlaşmaq 
üçün yamanmış ayaqqabı geyinməlidir. Ərəb şairlərindən biri belə deyir:

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə