MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə31/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   27   28   29   30   31   32   33   34   ...   158
Kamil insan

«...Bilin ki, qəlblər [mö

minlərin ürəkləri] yalnız Allahı zikr etməklə aram tapar!»
(Rə

d-28).
Qur

an demək istəyir ki, qəlblər yalnız və yalnız bir şey ilə iztirab və narahatçılıqlardan uzaqlaşaraq aram ola bilər
bəşər bir şey vasitəsilə sakitləşər və o, Haqqı zikr edərək yada salmaq və Onun zatı ilə ünsiyyətdə olmaqdır. Ariflər bu 
dərd üzərində çox tə

kid edir və digər dərdlərə çox az əhəmiyyət verirlər.
MöVLANANIN TƏMSİLİ
Mövlana «Məsnəvi»də əslində təmsil olan bir hekayət nəql edib. Deyir ki, bir kişi həmişə öz Allahı ilə raz-niyaz 
edərək Allah-Allah deyirmiş. Bir dəfə şeytan zahir olaraq onu vəsvəsəyə salıb elə bir iş görür ki, həmin şəxs həmişəlik 
olaraq susur. Şeytan ona belə deyir: Ey kişi, sən ki, bu qədər Allah-Allah deyərək səhər axşam nalə və yanğı ilə Onu 
çağırırsan, heç bir dəfə ləbbeyk (bəli) cavabı eşitmisənmi? Şeytanın bu sözü kişinin ağlına batır, susaraq bir də Allah-
Allah səslənmir. Bir dəfə yuxuda qeybdən gələn bir səs ona deyir: Nə üçün Allahla münacatını tərk etdin? Kişi cavab 
verir: Mən nə qədər münacat etdim və Allaha yalvardımsa bir dəfə belə, ləbbeyk cavabı eşitmədim. Qeybdən gələn 
səs yuxuda ona belə deyir: 
Mənə əmr edilib ki, sənə Allah tərəfindən cavab verim və o, budur ki, sənin Allah-Allah 
deməyin bizim ləbbeyk deməyimizdir.
Sən, bizim sənin qəlbində yaratdığımız dərd və şövqin, məhəbbət və aşiqlərin ləbbeykimiz olduğunu bilmirsən.
Nə üçün Əli (ə) Kumeyl duasında belə deyir: 
«İlahi! Mənim dua etmələrimin qarşısının alınmasına (və dua və 
münacat dərdinin məndən alınmasına) səbəb olan günahlarımı bağışla!»
Buna görə də deyirlər ki, dua həm arzu və məqsəd və həm də vasitədir. Yə

ni dua, həmişə icabət edilərək cavab 
verilməsi üçün deyil, onun icabət edilməməsinin özü də icabətdir. Məqsəd duanın edilməsidir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə