IIFƏSİL. CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİK VƏ ONUN TƏYİNATI
5.
Xüsusi icraatlar:
LII fəsil
- məhkəmə nəzarətinin həyata keçirilməsi;
LIII fəsil
- hüquq və azadlıqlann pozulması ilə bağlı yeni
hallar üzrə icraat;
LIV fəsil
- yeni açılmış hallar üzrə icraat;
LV fəsil
- anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər
barəsində tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi üzrə icraat;
LVI fəsil
- cinayət törətdikdən sonra psixi xəstəliyə
tutulmuş şəxslər barəsində tibbi xarakterli
məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat;
LVII fəsil - cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi üzrə
icraat;
LVIII fəsil - hökm və ya məhkəmənin digər yekun qərarlannm icrası
qaydasında icraat.
Beləliklə,
Azərbaycan
Respublikasının
Cinayət-Prosessual
Məcəlləsi: 2 hissədən;
11
bölmədən;
58 fəsildən;
521 maddədən ibarətdir.
Mirağa Cəfərqııliyev
III
FƏSİL
AZƏRBAYCAN CİNAYƏT-PROSESSUAL
QANUNVERİCİLİYİNİN İNKİŞAFI
§1. XIX əsrin II yarısında Azərbaycanda
məhkəmə islahatının həyata keçirilməsi
İnsan tarixi qədim olduğu qədər hüquq məfhumu da onunla bahəm
öz kökləri ilə qədim dövrlərə gedib çıxır. Hüquq insan həyatının bütün
istiqamətlərini tənzimləyərək, ictimai münasibətlərin qurulmasına,
fəaliyyət göstəmıəsi üçün ən vacib bir realizəedici mexanizmi təsbit
edir.
İnsan həyatını hüquqsuz, hüquqi dövlətin yaradılmasını və inkişafını
isə onu tənzimləyən qanunlarsız təsəvvür etmək qeyri-mümkündür.
Azərbaycan dövlətində də hüquq elmi yarandığı gündən ona böyük
maraq göstərilmiş, daima diqqət mərkəzində olmuş, onun müxtəlif
sahələri ilə bağlı intensiv tədqiqat işləri aparılmışdır.
Hüquq elminin yaranması və inkişafı hüquqşünasların,
sosioloqların, siyasətçilərin, politoloqların, tarixçilərin və digər sahələr
üzrə elmi araşdırmalarla məşğul olan alimlərin daima diqqət
mərkəzində olmuşdur. Hüquq elmlərinin vacib sahələrindən biri olan
cinayət prosesi hüququ da yarandığı tarixdən bu günə qədər çoxsaylı
elmi-tədqiqat proseslərinə və bununla bağlı dəyişikliklərə məruz
qalmışdır.
Cinayət-prosessual qanunvericiliyi özünəməxsus zəngin bir tarixi
inkişaf yolu keçərək, müasir dövrümüzdə ədalət mühakiməsinin həyata
keçirilməsini tənzimləyən milli qanunvericilik bazasına çevrilmişdir.
Qeyd
olunanlara
əsaslanaraq
Azərbaycan
Respublikasının
cinayət-prosessual qanunvericiliyinin, qısa da olsa, tarixi inkişaf
mərhələlərinə diqqət yetirməyi məqsədəmüvafıq hesab edirik.
III FƏSİL. AZƏRBA YCAN dNAYƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI
Tarixdən bizə bəllidir ki, Azərbaycan XIX əsrin birinci yansında
Rusiya tərəfindən işğal edildikdən və burada komendant idarəçilik
sistemi tətbiq edildikdən sonra bütün inzibati və məhkəmə orqanlannm
fəaliyyəti üzərində nəzarəti komendantlar həyata keçirirdilər. Belə
vəziyyət, demək olar ki, 1841-ci ilə kimi davam etmişdir. Lakin 1840-cı
il aprelin 10-da imperator tərəfindən təsdiq edilən və 1841-ci il yanvar
ayının 1- dən qüvvəyə minmiş qanunvericilik aktına əsasən,
Zaqafqaziyada inzi- bati-məhkəmə islahatı həyata keçirilməyə
başlamışdu*. Bununla əlaqədar komendant idarəçilik sistemi ləğv edilir
və onun əvəzində ümumrusiya mülki idarəetmə sistemi tətbiq edilir. Bu
islahata əsasən, məhkəmə idarəsinin nəzdində prokuror nəzarəti təsis
edilir. Belə ki, Gürcüstan- İmeretiya quberniyasında və Kaspi
vilayətində cinayət və mülki məhkəmə palatalan və müvafiq
prokurorluq hissələri yaradılır.
Bu dövrlə əlaqədar hüquq ədəbiyyatında çox maraqlı faktlara rast
gəlmək olur
(93,95,47, 80,39).
Həmin qaynaqlardan görünür ki, adı
çəkilən dövr hər bir hökmü yoxlayan və təftiş edən çoxsaylı instansiya-
lann mövcudluğu ilə səciyyələnirdi. Belə ki, sahə iclasçısı formal olaraq
istintaq apanr və materiallan qəza rəisinə təqdim edirdi. Qəza rəisi
həmin materiallara baxdıqdan sonra işi qəza məhkəməsinə göndərirdi.
Qəza məhkəməsi isə öz növbəsində az əhəmiyyətli cinayətlər üzrə
hökm çıxanr, daha mühüm cinayətlər üzrə isə yalnız rəy verirdi. Hökm
və ya rəy qəza stryapçisinə, yəni məhkəmə nəzarəti üzrə məmura
baxılmağa təqdim edilirdi və sonra isə iş sonuncunun rəyi ilə birlikdə
quberniya və ya vilayət cinayət və mülki məhkəmə palatasına daxil
olurdu. Məhkəmə palatası əlavə arayış və məlumatlar topladıqdan sonra
öz qərannı çıxanr və müvafiq olaraq quberniya və ya vilayət
prokuroruna göndərirdi. Prokuror isə işi öz göstərişləri ilə birlikdə
palataya qaytarırdı. Bundan sonra palata prokurorun iradlarına baxaraq
hökmə düzəlişlər edirdi. Bütün bu prosessual hərəkətlərdən sonra iş
qubernatora göndərilirdi,
0
isə 6 həftə müddətində ya hökmü təsdiq
edir, ya da onu öz etirazları ilə palataya göndərirdi.
Onu da qeyd etmək
lazımdır ki, palata bu etiraza baxmağa prosessual cəhətdən məcbur idi
və zəruri hallarda işə yenidən baxmalı, sonradan işi təkrar prokurora və
qubernatora təqdim etməli idi. Əgər qubernator bu dəfə hətta hökmlə
razılaşsa da onu təsdiq etməyə səlahiyyətli deyildi və bütün işi az
əhəmiyyətli cinayətlər üzrə baş idarə rəisinə, daha mühüm cinayətlər
üzrə isə Hökumət Senatına göndərməli idi
(80.S.307-308).