MüƏLLİm peşƏkarliği və pedaqoji SƏRİŞTƏLİLİYİn müASİr problemləRİ


Pedaqoji peşənin və peşəkarlığın təşəkkülü



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə15/149
tarix10.02.2022
ölçüsü1,32 Mb.
#83653
1   ...   11   12   13   14   15   16   17   18   ...   149
2018-1050-5

1.2. Pedaqoji peşənin və peşəkarlığın təşəkkülü 
 
Pedaqoji  peşənin  –  müəllimliyin  yaranması  çox  qədim 
tarix
ə  malikdir. Hələ  ibtidai icma cəmiyyətində  böyüklər öz 
t
əcrübəsini kiçiklərə öyrətməyə çalışmışlar. Xırda təsərrüfat işlə-
rind
ə  iştirak  etmək, birlikdə  ov etmək kimi fəaliyyətlə  məşğul 
olmaq  uşaqlarda müəyyən  bacarıq  və  vərdişlərin  yaranmasına 
s
əbəb  olmuşdur.  Sonralar  əmək alətlərinin  yaranması,  əməyin 

əyyən qədər çətinləşməsi, yəni ov etmək və qida əldə etməklə 
m
əhdudlaşmaması uşaqların daha mürəkkəb bacarıq və vərdişlər 
əldə etməsinə zərurət yaratmışdır ki, bunu daetmək yaşlı adam-
la
rın üzərinə düşmüşdür. Bu işlə icma və qəbilənin daha təcrübə-
li üzvl
əri məşğul  olmuşlar  və  müəyyən qrup adamlar yaran-
mışdır  ki,  bunlar  uşaqlara  öz  təcrübəsini öyrətməklə,onlarda 

əyyən bacarıq və vərdişlər yaratmaqla məşğul olmağa başla-
mışlar. Beləliklə, öyrətmək, təlim vermək müəyyən bir peşənin 
yaranmasına səbəb olmuşdur. 
C
əmiyyət inkişaf etdikcə tərbiyə və təlim işləri də mürək-
k
əbləşmiş  və  bu  işlə  məşğul  olanyeni  bir  sosial  təbəqə  yaran-
mışdır.  Qədim  Babilstanda, Misirdə, Suriyada müəllimliklə  ilk 
d
əfə  kahinlər, Qədim Yunanstanda pedanomlar, didaskallar, 
pedaqoqlar m
əşğul  olmuşlar.  Onlar  uşaqların  təkcə  təlimi ilə 
deyil, h
əm də  tərbiyəsi ilə  də  məşğul  olmuş,  yeni  nəsli həyata 
hazırlamaq  işində  fəal çalışmışlar.  Tərbiyə  etmək  uşaqları 
b
əsləmək, böyütmək kimi qəbul edilmişdir.  


24 

əllimsözü sonralar, insanlar biliyin dəyər 
olduğunu,uşaqların  bilik  və  bacarıq  əldə  etmələrinə 
istiqam
ətlənmiş  xüsusi  fəaliyyət  olduğunu  dərk etdikdən sonra 
meydana çıxmışdır. Təlim adlandırılan bu fəaliyyət müəllimlərin 
əsas vəzifəsi kimi qəbul edilmişdir. 
Pedaqoji peşə formalaşdıqdan sonra müəllimlər həm təlim, 
h
əm də tərbiyəvi funksiyanı birlikdəhəyata keçirməyə başladılar. 
Buna gör
ədə cəmiyyətdə müəllim təkcə təhsil verən kimi deyil, 
h
əmdə  tərbiyəçi kimi qəbul  edilmişdir.  Müəllimə  müdrik, hər 
şeydən, hətta bütün elmlərdən, həyat hadisələrindən xəbərdar 
olan, hamıya məsləhət verən şəxs kimi baxılmış, ona inam güclü 
olmuş  və  etibar  edilmişdir.Hazırda  da  belədir. Müəllim 
v
ətəndaşdır,  cəmiyyətin  ən etibar edilən  şəxsi və  şəxsiyyətidir. 
O, c
əmiyyətin  memarı kimi bu gün  yaşayır, çalışır və bununla 
g
ələcəyi qurur. Buna görə də onun işi, fəaliyyəti heç kimlə, heç 
n
ə  ilə  müqayisə  edilə  bilməyəcək dərəcədə  zəruri, taleyüklü, 
c
əmiyyətin gələcəyi ilə bağlı olan bir işdir, peşədir. Bəşər tari-
xind
ə  insanların,  xüsusilə  böyüməkdə  olan nəslin tərbiyəsi və 
t
əlimi ilə  məşğul  olan  insanların  şəxsiyyətinə  həmişə  hörmət 
edilmiş və belə şəxslər cəmiyyətdə xüsusi statusa malik olmuş-
lar. Q
ədim yunan filosofu Aristotel (b.e.ə.384-322),böyük Çin 
müt
əfəkkiri, çinlilərin böyük müəllim  adlandırdıqları  Konfutsi 
(b.e.
ə. 551-479),  Şərqdə  “Ulu müəllim”, Aristoteldən sonra 
“İkinci  müəllim”adlandırılan  Əbu  Nəsr Məhəmməd  Əl-Fərabi 
(870-
950),  Şərqin böyük  filosofu Bəhmənyarın  müəllimi  İbn 
Sina (980-1037),h
ər bir əsəri dərin hikmət xəzinəsi, pedaqoji 
poema olan Nizami G
əncəvi (1141-1209), Cəlaləddin Rumi 
(1207-1273) v
ə  Əvhədi  Marağalı  (1274-1338) kimi görkəmli 
müt
əfəkkirlər, böyük çex pedaqoqu Y.A.Komenski (1592-
1670), bütün h
əyatını  uşaqların  təliminə  və  tərbiyəsinə  həsr 
etmiş  görkəmli  İsveçrə  pedaqoqu  İ.H.Pestalossi  (1746-1827), 
alman mü
əllimlərinin müəllimi A.Disterveq (1790-1866), rus 

əllimlərinin müəllimi  K.D.Uşinski  (1870-1924), Cənubi 
Az
ərbaycanda ilk ana dilli məktəblərin  yaradıcısı  Rüşdiyyə 


25 
(1851-1944),yenilikçi pedaqoq A.S.Makarenko (1888-
1939),Az
ərbaycan  ziyalılarının  müəllimi hesab olunan 
H.Z
ərdabi (1837-1907), Azərbaycanlı  müəllim  kadrlarının 
hazırlanmasında 
misilsiz 
xidmətləri olan 
A.O.Çernyayevski(1840-1894) v
ə  F.Köçərli (1863-1920), yeni 
tipli m
əktəblərin  yaradıcıları  S.Ə.Şirvani(1835-1888)və 
M.T.Sidqi(1854-
1903), alman faşistlərinin işgəncələrindən xilas 
olmaq  üçün  son  şansından  istifadədən imtina edərək tərbiyə 
etdiyi  uşaqlarla  ölüm  düşərgəsinə  gedən və  orada  uşaqlarla 
birlikd
ə həlak olan polşalı yəhudi müəllimYanuş Korçak (1879-
1947) v
ə yüzlərlə digərlərini göstərmək olar ki, onlar məhz belə 

əllimlər olmuşlar. 
Az
ərbaycan  xalqının  böyük  mütəfəkkiri Nizami Gəncəvi 
klassik Avropa p
edaqoqlarından  çox-çox  əvvəl, hələ  XII  əsrdə 

əllimi  işq  saçan  günəşə  bənzətmiş  və  onun fəaliyyətinə 
yüks
ək qiymət vermişdir. 
M
əktəbə, təhsilə, tərbiyəyə aid bütün çıxışlarında müəllim 
əməyini yüksək qiymətləndirən,  onun  işinə  və  şəxsiyyətinə 
xüsusi ön
əm  verən Ulu Öndər,  xalqımızın  Ümummilli  Lideri 
Heyd
ər Əliyev müəllim haqqında demişdir: “Müəllim adı dün-
yada 
ən yüksək addır. Şəxsən mən yerüzərində müəllimdən yük-
s
ək  ad  tanımıram.  Çünki  hər birimizə  təhsil, bilik verən, bu 
s
əviyyəyə  çatdıran  məktəbdir, məktəbdə  təhsil verən müəl-
limdir.” (4,301). 
Milli m
ətbuatımızın  banisi,  ilk  ali  təhsilli azərbaycanlı 

əllim H.Zərdabi müəllimlik  peşəsinə  çox yüksək qiymət 
vermiş  və  bu sənətdən  iftixar  hissi  duyaraq  demişdir:  “Əgər 
m
əndən  soruşsalar  ki,  ən  şərəflipeşə  hansıdır,  mən o zaman 
iftixarla dey
ərdim: - Müəllimlik!”  
XIX 
əsrin 80-ci illərindən başlayaraq XX əsrin 20-ci ilinə 
q
ədər ilk azərbaycanlı  müəllim  kadrlarının  hazırlanmasında 
böyük xidm
ətləri olan, məşhur  Zaqafqaziya  (Qori)  müəllimlər 
seminariyasının  ilk  məzun-larından  olan  Firudin  bəy Köçərli 

əllimi yüksək qiymətləndirərək,  onun  peşəsinin həm də 


26 
ictimai 
əhəmiyyətli bir peşə olduğunu, əhalinin savadlanmasında 
bir işıq olduğunu qeyd etmişdir.  
Az
ərbaycanda müəllim kadrlarının hazırlanmasında xüsusi 
əməyi  olan S.M.Qənizadə  də  müəllimi  bağbana  bənzədərək 

əllimliyi dünyanın ən nəcib, ən şərəfli peşəsi adlandırmışdır. 
O, b
əşəriyyətin inkişafını məhz müəllimdən görərək yazmışdır: 
“Mü
əllimlik dünyanın ən nəcib peşələrindən biri, bəlkə də birin-
ci
sidir.  Bağ  bağbansız  keçinə  bilmədiyi kimi, bəşəriyyət də 

əllimsiz keçinə bilməz....Hünərli usta dəmirdən səbr ilə misri 
qılınc yona bildiyi kimi, yaxşı müəllim də kəctab millətdən xoş-
b
əxt cəmiyyət hazırlayır.“(12, 3).S.M.Qənizadə xalqın məhəbbət 
v
ə  etimad qazanmasını  müəllim üçün ən böyük var –  dövlət 
hesab edir v
ə bunu qazanmaqüçün müəllimin özünü bu peşəyə 
h
əsr etməsini vurğulayaraq yazır: ”Müəllimin evi kitabxanadır, 
dövl
əti kiçik şagirdlərdir, sazı və nəğməsi şagirdlərin sədasıdır, 
istirah
əti dəftərlərin təshihi,  qazancı  isə  millətin məhəbbət və 
etimadıdır.” 
Rus  elmi  pedaqogikasının  banisi  K.D.Uşinski  yazırdı: 
“Mü
əllim zahirən təvazökar görünməklə  tarixin  ən  böyük  işlə-
rind
ən birini görür. Dövlətin özü isə bu işə söykənir və nəsillər 
onunla yaşayırlar” (32, 32).  
Pedaqoji peşənin təşəkkülü və inkişafı pedaqoji peşəkarlı-
ğın  təşəkkülü və  inkişafına  əlverişli  şərait  yaratmışdır.  Zaman 
keçdikc
ə pedaqoji prosesin mürəkkəbləşməsi və pedaqoji fəaliy-
y
ətin hüdudlarının genişlənməsibu sahədə peşəkarların və peşə-
kar
lığın  formalaşmasına  səbəb  olmuşdur.  Pedaqoji  fəaliyyətlə 
xüsusi adamlar m
əşğul  olmuşlar  ki,  onlar  da  müəllim adlan-
mışlar.  
İlk baxışda sadə görünən müəllim peşəsi olduqca mürək-
k
əb struktura malik peşədir. Bu mürəkkəblik ilk növbədə onun 
obyektinin canlı insan, predmetinin isə onların təhsili, tərbiyəsi 
v
ə  bir  şəxsiyyət  kimi  formalaşdırılması  olmasından  irəli gəlir. 
Bu strukturda mü
əllim fəaliyyətinin obyekti, predmeti, vasitələ-
ri, metodları, istifadə edilən metodikalar və texnologiyalar özünə 


27 
yer  alır  ki,  bunların  da  düzgün  seçilməsi, müəyyənləşdirilməsi 
v
ə  tətbiqi  pedaqoji  peşəkarlığı  səciyyə-ləndirən amillər kimi 
özünü göst
ərir. Bu proses isə  daim  inkişafda  və  yeniləşmədə 
olduğundan müəllim fəaliyyətində uğur qazanmaq,bu inkişaf və 
d
əyişmələrlə  ayaqlaşa  bilmək üçün daim irəliyə  doğru  hərəkət 
etm
ək,  bilik,  bacarıq  və  vərdişləri təkmilləşdirmək, pedaqoji 
t
əcrübənizəngin-ləşdirmək lazım gəlir.  
Pedaqoji  peşəkarlıq  sosial  mədəni hadisə  kimi müəllimin 
peşə fəaliyyətini ustalıqla, elmi əsaslarla, malik olduğu peşənin 
sosial statusunu d
ərk etməklə və öz fəaliyyətində yenilikləri tət-
biq etm
əklə həyata keçirməsidir.Pedaqoji peşəkarlığın əsası ilkin 
peşə  təhsili prosesində  qoyulur və  müəllimin  bütün  peşə 
f
əaliyyəti prosesində  yeniləşir,  inkişaf  edir,  formalaşır,  yeni  - 
yeni keyfiyy
ətlərin yaranması ilə daha da mükəm-məlləşir. 

əllimin pedaqoji fəaliyyəti bütün dövrlərdə vahid məq-
s
əd  daşısa  da,  onun  məzmunu,  reallaşması  şərtləri, prinsipləri, 
metodları  daim  dəyişməkdə  və  inkişafda  olmuşdur.  Öz  işini 
yüks
ək səviyyədə  yerinə  yetirən, yeniliyə  meyl edən, novator 

əllimlər olmuş və onlar özlərinin peşəkarlığı ilə böyük nüfuz 
qazanmışlar. Əsl müəllimlər öz peşələrini sevməklə yanaşı, onu 
daha da mük
əmməl etməyə  çalışmışlar.Müəllimin öz fəaliyyə-
tin
ə yeniliklər gətirməsi, qabaqcıl təcrübəni və ya innovasiyaları 
t
ətbiq etməsi  pedaqoji  peşəkarlığın  özünün  də  təkmilləşməsinə 
v
ə inkişafına səbəb olmuşdur.Buna görə də pedaqoji peşəkarlıq 
pedaqoji f
əaliyyət kimi daim inkişafda olmuş və müəllim peşə-
kar
lığı  ayrı-ayrı  müəllimlərin  işini  səciyyələndirən,  onu  başqa-
sından fərqləndirən, daha mükəmməl edən bir göstəriciyə çevril-
mişdir.  

əllimin pedaqoji fəaliyyətini  peşəkarlıqla  yerinə  yetir-
m
əsi bir sıra göstəricilərlə xarakterizə olunur. Bütün bunlar onun 
bir peşəkar kimi fəaliyyətində uğurlar qazanmasının əsas amillə-
rind
ən birinə  çevrilir. Buamillər  əsasən  aşağıdakılardan  ibarət-
dir:  

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə