MüƏLLİm peşƏkarliği və pedaqoji SƏRİŞTƏLİLİYİn müASİr problemləRİ



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə55/149
tarix10.02.2022
ölçüsü1,32 Mb.
#83653
1   ...   51   52   53   54   55   56   57   58   ...   149
2018-1050-5

 
 
2.3. Mü
əllimin pedaqoji peşə mədəniyyətinin 
formalaşması yolları 
 
Son ill
ər istər  yaxın  və  uzaq xarici ölkələrdə, istərsə  də 
bizim respublikamızda nəzəri pedaqogika sahəsində xeyli tədqi-
qat
lar  aparılmış  və  bir  sıra  maraqlı  nəticələr  əldə  edilmişdir. 
Lakin t
əhsil prosesində  yeni  informasiya  texnologiyaların  tət-
biqi, t
əlim prosesində  kompyuter  texnologiyasından  istifadənin 
genişlənməsi, yeni-yeni təlim  metodlarının  yaranması,  praktik 
f
əaliyyətdə  müsbət xarici təcrübəyə  geniş  yer  verilməsi nəzəri 
pedaqogika il
ə praktik pedaqogikanın yaxınlaşmasında məsafə-
nin  azaldılmasına  o  qədər də  təsir göstərə  bilməmişdir.  Nəzəri 
t
ədqiqat nəticələrinin praktikaya tətbiqi heç də sürət tapa bilmə-
mişdir. Lakin bu proses praktik pedaqoji fəaliyyəti ləngidə bil-
m
əmiş,  praktika  nəzəriyyədən önə  keçərək bir növ onu qabaq-
lamışdır. Paradoksal hal onda özünü göstərir ki, pedaqoji nəzə-


80 
riyy
ə  ləng  inkişaf  etməkdə  olduğu  halda,  təlim və  tərbiyənin 
metodika v
ə texnologiyası daha da zənginləşmişdir. Məktəblər-
d
ə yeni pedaqoji texnologiyaların tətbiqi nəticəsində əldə olunan 
nailiyy
ətlər, xeyli sayda novator praktik müəllimlərin  olması, 
yenilikl
ərlə  işləyən müəllimlərin  sayının  ilbəil  artması  bunu 
dem
əyə əsas verir ki, nəzəri pedaqogika ilə praktik pedaqogika-
nınuzlaşdırılmasına,  praktik  yeniliklərin elmi-nəzəri cəhətdən 
əsaslandırılması nəticəsində onların bir-biri ilə daha sıx bağlan-
ma
sına  və  əlaqələndirilməsinə  kəskin  ehtiyac  vardır.  Bütün 
bunlar v
ə bu kimi hallar müəllimlərin pedaqoji peşə mədəniyyə-
ti
nin  formalaşdırılması  üçün  yeni-yeni  yolların  və  texnologi-
yaların tətbiqini tələb edir. 

əllimin pedaqoji fəaliyyəti olduqca mürəkkəb texnoloji 
prosesl
ərin həyata keçirilməsi ilə xarakterizə olunur. Bu proses-
l
ərin zənginliyi pedaqoji prosesin  tamlığına  və  bütövlüyünə 
g
ətirib  çıxarır  ki,  bu  da  ayrı-ayrı  müəllimlərin  peşəkarlığının 
f
ərdi və fərqli cəhətləri kimi özünü göstərir. 

əllimin  pedaqoji  peşə  mədəniyyəti müəllimin  yaradıcı 
f
əaliyyəti ilə  sıx  surətdə  əlaqədardır.  Müəllim pedaqoji fəaliy-
y
ətə yaradıcılıqla yanaşdıqda, ona yaradıcı münasibət bəslədikdə 
bunlar h
əm  onun  peşə  funksiyasının  reallaşmasında,  həm də 
müxt
əlif texnoloji əməliyyatların  yerinə  yetirilməsində  yüksək 
n
əticələrə  səbəb olur, pedaqoji fəaliyyət dəyər səviyyəsinə 
yüks
əlir.  Yaradıcı  axtarışların  nəticəsi olan texnoloji yeniliklər 
pedaqoji f
əaliyyəti daha da məzmunlu və məqsədyönlü edir. 
Pedaqoji  peşə  mədəniyyətinin  formalaşması  bir  sıra 
amill
ərləsəciyyələnir. Bunlar müəllimin ümumi mədəniyyətin-
d
ən başlayaraq, onun bilik, bacarıq və vərdişlərini əhatə etməklə 

əllim  şəxsiyyətinin  tamlığında  özünü  büruzə  verir. Müəllim 
bir etalon şəxsiyyət kimi istər təlim-təhsil prosesində, istərsə də 
dig
ər fəaliyyət  zamanı  öz  hərəkət və  davranışını,  danışığını, 
ünsiyy
ət tərzini nizamlamağı bacarmalı, bu bacarıqlardanyüksək 
s
əviyyədə reallaşmasına nail olmalıdır. 

əllim fəaliyyətinin nəticəsi (o, istər yüksək, ali səviyyə-


81 
d
ə olsun, istərsə dəaşağı), yetişdirdiyi, tərbiyə etdiyi şagirdlərin 
biliyind
ə,  bacarığında,  vərdişlərində, davranışlarında  və  fəaliy-
y
ətlərində əks olunur. Buna görədə müəllim fəaliyyətinin nəticə-
sini qiym
ətləndirmək üçün ən yaxşı meyar şagirdlərin fəaliyyət 
göst
əricisidır.  

əllimin  öz  şagirdləri  qarşısında  fəaliyyətinə  yaradıcı 
münasib
ət göstərməsi bir tərəfdən təlim nəticələrinə müsbət təsir 
göst
ərirsə, digər tərəfdən müəllimi  şagirdlərin  gözü  qarşısında 
daha da böyüdür, hörm
ətli edir. Müəlimin belə işgüzar fəaliyyəti 
onun 
peşəkarlığını  göstərməklə  yanaşı,  şagirdlərdə  öyrənmə 
h
əvəsini daha da artırır, onları təlimə ruhlandırır.  

əllimin pedaqoji bacarığı və qabiliyyəti, həmçinin usta-
lıq və peşəkarlığı onun məhz pedaqoji prosesdə iştirakı, şagird-
l
ərlə  bilavasitə  qarşılığlı  təsiri prosesində  meydana  çıxır.  Bu 
zaman  onun  peşə  mədəniyyətinin səviyyəsi də  aydın  görünür. 

əllim uşaqlarla necə davranır, ünsiyyətin hansı tərzindən isti-
fad
ə edir, zəif şagirdlərə münasibəti necədir, uşaqların inkişafını 
nec
ə  istiqamətləndirir,  sinifdə  işgüzar  şərait, nikbin emosional 
fon yarada bilirmi, sinfin idar
ə  olunmasında  hansı  səviyyələr 
özünü göst
ərir, gözlənilməz situasiyalarda necə  hərəkət edir, 
hansı yaradıcı priyomlardan istifadə edə bilir və s.  

əllimin pedaqoji peşə mədəniyyətinin əsas göstəricilə-
rind
ən biri onun standart metod və vasitələrdən əlavə, yaradıcı 
priyomlardan, xüsus
ən də  ənənəvi metod və  priyomlar səmərə 
verm
ədikdə  qeyri-standart metodlardan nə  dərəcədə,  hansı 
s
əviyyədə  istifadə  edə  bilməsidir.İnnovasiyalar,  şəraiti düzgün 
qiym
ətləndirmə, çevik və yaradıcı pedaqoji təfəkkür, şagirdlərin 
psixoloji xüsusiyy
ətlərinə, hər  bir  yaş  dövrünün  xüsusiyyətlə-
rin
ə, böhranlı hallara dərindən bələdlilik kimi məsələlər burada 
mühüm rol oynayır. 
Pedaqoji  peşə  mədəniyyəti nə  birdən-birə  yaranır,  nə  də 

əllimlik diplomu ilə birgə verilir. Buna inqilabla, yəni birdən-
bir
ə  nail olmaq da mümkün deyildir. O, müəllimin pedaqoji 
f
əaliyyəti ilə yanaşı gedərək, onun işgüzarlığı, pedaqoji peşəyə 


82 
olan  sevgisi,  yaradıcı  pedaqoji  təfəkkürə  malik  olması  ilə 
müşayət olunur. Eyni zamanda, burada işgüzar mühitin yaradıl-
ma
sı, yaradıcılıq üçün münbit şəraitin olması, kollektivdə müs-
b
ət psixoloji iqlimin olması və digər bir sıra obyektiv və subyek-
tiv amill
ər də mühüm rol oynayır. Müəllimin pedaqoji yaradıcı-
lığına stimul verən belə amillər həm də pedaqoji peşə mədəniy-
y
əti ilə müşayət olunduqda daha səmərəli nəticələrə səbəb olur. 
 
Bu  baxımdan  müəllimin  pedaqoji  peşə  mədəniyyətinin 
formalaşmasının aşağıdakı göstəricilərini qeyd etmək olar: 
 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə