MüƏLLİm peşƏkarliği və pedaqoji SƏRİŞTƏLİLİYİn müASİr problemləRİ



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə26/149
tarix10.02.2022
ölçüsü1,32 Mb.
#83653
1   ...   22   23   24   25   26   27   28   29   ...   149
2018-1050-5

humanistlik v
ə 
yaradıcılıq.
 
1.Pedaqoji peşənin humanist xarakteri. 
Müasir m
əktəb 

əllimin “hakimi -  mütləq”  olduğu  və  avtoritar üslublarla 
h
ərəkət etdiyi bir müəssisə  deyildir.Müasir məktəb müəllimin 
bütün pedaqoji m
əharətinin  aşkarlandığı,  gənc nəslin həyata 
hazırlığının formalaşdırıldığı, gələcək cəmiyyətimizin təməlinin 
qoyulduğu, əsaslarının möhkəmləndirildiyi müqəddəs bir yerdir. 
Buradakı fəaliyyətin əsas məzmunu humanizm prinsipi üzərində 
qurulur. 
Humanizm, pedaqoji f
əaliyyətdə humanistlik pedaqoji pe-
şənin bilavasitə daxili mahiyyəti, məqsədi və mərami ilə bağlı-
dır.  Pedaqoji  peşənin bu xarakteri müəllim  şəxsiyyətinin  əsas 
parametrl
ərini, onun necə  olduğunu,  yaradıcılığınınsəviyyəsini 
v
ə fərdiyyətinin əsas mahiyyətini özündə əks etdirir. 


43 

əllim əməyi özü humanist bir missiyanın həyata keçi-
rilm
əsi ilə bağlıdır. Müəllim elə bir fəaliyyətlə məşğuldur ki, bu 
f
əaliyyət bilavasitə tərbiyə olunan şəxsiyyətin və bunun nəticəsi 
kimi c
əmiyyətin gələcəyi  ilə  bağlıdır.  Bu  isə  ümumibəşəri hu-
manist m
əqsəddir.  

əllim bu gün yaşayır, bu gün çalışır. Lakin onun gördü-
yü  işlər gələcəyə  yönələn  işlərdir.  O,  bu  gün  apardığı  təlim-
t
ərbiyə işləri ilə öz xalqının milli-mənəvi sərvətlərinin,eləcə də 
ümumb
əşəri dəyərlərin  qoruyucusu  kimi  çıxış  etməklə 
yanaşı,həm də gələcək cəmiyyətin əsasını qoyur. 
Humanizm ilk növb
ədə  bu məqsədin,bu missiyanin özü-
nün daxilind
ə  və  müəllim ifadəsinin özündə  mövcuddur.Müəl-
lim o zaman 
əsl müəllim  kimi  uşaqların  qəlbinə  yol  tapır 
ki,m
əhz bu keyfiyyət onun biliyi, elmi, öyrətmək həvəsi ilə 
birl
əşərək bir vəhdət təşkil  etsin.Görkəmli  rus  yazıçısı  və 
pedaqoqu L.N.Tolstoy bu münasib
ətlə  yazırdı:  “Əgər müəllim 
yalnız  işi  sevirsə,  o  yaxşı  müəllim  olacaqdır.  Əgər müəllim 
şagirdi yalnız bir ata və bir ana kimi sevirsə, o bütün kitabları 
oxuyan,lakin n
ə  işə, nə  də  şagirdlərə  məhəbbəti olmayan 

əllimdən  daha  yaxşı  müəllim  olacaqdır.  Əgər müəllim 
s
ənətinə  və  şagirdlərə  olan məhəbbətini özündə  birləşdirirsə, o 
kamil mü
əllimdir” (38, 362). 
Görk
əmli Azərbaycan maarifçi-pedaqoqu F.Köçərlinin: 
“Mü
əllim məktəbin canı, camaatın çırağıdır. O, öz peşəsini sev-
m
əli, şagirdlərini övladı kimi istəməli, xeyir verən biliklər aşıla-
maqla 
əhalinin rəğbət və  məhəbbətini  qazanmalıdır”  –  fikri 
L.N.Tolstoyun mü
əllim  haqqındakı  düşüncələri ilə  həmahəng 
s
əsləşir. 
XX 
əsrin  sonlarından  pedaqogikada  humanist  meyllərin 
gücl
ənməsi, insan amilinin önə çəkilməsi,şəxsiyyətyönümlü təh-
sil m
əsələsinə böyük diqqət verilməsi müəllim peşəsinin huma-
nist istiqam
ətinə 
daha ciddi 
yanaşmalara 
səbəb 
olmuşdur.Müəllimin(avtoritar üslubunun əksinə  olaraq) sinifdə 
şagirdləri fəal  əməkdaşlığa  cəlb edə  bilməsi,  şagirdi  obyekt 


44 
s
əviyyəsindən  çıxararaq özünə  tərəf  –  müqabil etməsi, 
f
əaliyyətini “subyekt-subyekt”  əsasında  təşkil  etməsi,təlim-
t
ərbiyə  işlərində  şagird  şəsiyyətinə  hörmətlə  yanaşması  kimi 
m
əsələlər müəllim fəaliyyətinin humanist istiqamətinə  yeni 
çalarların daxil olması zəruriyyətini daha da artırmışdır. Əbdül 
v
ə  Hikmət  Əlizadələr  yazırlar: “Məktəbin humanistləşdirilməsi 
t
əlim prosesində  yeni tipli müəllim  –  şagird  münasibətlərinin 
b
ərqərar olmasını nəzərdə tutur.Şagirdin insan ləyaqətinə hörmət 
etm
ək, ona etibar və  inamla  yanaşmaq,  bir  şəxsiyyət kimi 
onun,t
ələbatları  vəmənafeyi ilə  hesablaşmaq  –  məhz bu 
keyfiyy
ətlər müəllimlərin  şagirdlərlə  münasibət-lərinə  nurlu 
insani çalarlar b
əxş edir”(6, 138 ). 
Şagirdlərdə  inam və  cəsarət  formalaşdırmaq  lazımdır. 

əllim  şagirdlərə  inandığını,  onları  sevdiyini,  hər  bir  şagirdə 
güv
əndiyini özünün sözü, hərəkət və davranışı ilə hiss etdirməli, 
bildirm
əlidir.  Şagirdlərə  elə  münasibət göstərilməlidir ki, onlar 
sad
əcə uşaq və şagird deyil, cəmiyyətin fəal və gərəklibir üzvü 
olduqları inamına gəlsinlər.  
M
əktəblərin birində haqqında məktəb direktorunun və tə-
lim-t
ərbiyə işləri üzrə direktor müavininin xeyli müsbət danışdı-
ğı bir müəllimənin VI sinifdə dərsində iştirak etdikdə şagirdlərin 
intizamlı  olduğu  və  dərsdə  yüksək fəallıq  nümayiş  etdirdikləri 
özünü göst
ərdi. Müəllimənin çoxlu sayda suallarına hamı cavab 
verm
əyə hazır idi. Nə artıq hərəkət var idi, nə yoldaşı ilə söhbət 
ed
ən, nə də dərsə qulaq asmayan. Dərsdən sonra şagirdlərdən bu 

əlliməni və onun tədris etdiyi fənni sevdiklərini soruşduqda 
cavab t
əəccübləndirici oldu: 
- Biz onu sevirik? N
ə danışırsınız! Biz ondan qorxuruq! –
dey
ə hamı bir səsləcavab verdilər. 
- Nec
ə yəni qorxuruq? 
-  Çox sad
ə,  -  deyə  uşaqlar  izah etdilər:  -  nə  isə  düzgün 
olmayanda o d
əqiqə qışqırır, təhqir edir! 
- Valideynl
ərimizə şikayət edir! 
- Onun f
ənnini əzbərləyirik, - deyə oğlanlardan biri fikrini 


45 
gizl
ətmədən söhbətə yekun vurdu. 
B
əs buna səbəb nə idi? 
Bunu yaradan s
əbəblər içərisində çoxluq təşkil edəni məhz 

əllimin  öz  peşəsinin humanist xarakterini nəzərə  almaması 
idi. 
Humanizm pedaqoji peşənin təkcə xüsusiyyəti deyil, eyni 
zamanda onun atributlarından biridir. Süni, avtoritar yolla qaza-
nılan nüfuzdan fərqli olaraq, öz yetirmələrinə hörmətlə, qayğı ilə 
yanaşan, onu şəxsiyyət kimi qəbul edən, onları sevən müəllim-
l
ərin  şagirdlərə  məhəbbəti həmişə  dərin,  şagirdlərin isə  onlara 
inamı möhkəm olur. O müəllim özünü xoşbəxt hesab edə bilər 
ki, uşaqlar onun dərslərinə həvəslə gəlirlər, ayrıldıqda isə onunla 
yenid
ən görüşmək arzusu ilə sabahı gözləyirlər. 
Pedaqoji peşədə humanizm heç də müəllim tələbkarlığını 
inkar etmir v
ə hamıya, hər şeyə güzəşt edilməsi demək deyildir. 
Əksinə, burada hörmət və tələbkarlığınelə bir sintezi reallaşır ki, 
şagird  şəxsiyyətinin  inkişafı  üçün  real  imkanlar  yaranır.Belə 
şəraitdə şagird öyrənməyə, daha çox bilməyə həvəsli və maraqlı 
olur. Yaradılmış şərait, qarşılıqlı münasibət şagirdlərin gələcək 
inkişafına  yeni-yeni  impulslar  verir,  onlarda  stimullar  yaradır. 
Buna gör
ə də “Müəllim – şagird münasibətlərinin humanistləş-
dirilm
əsi böyük bir anlama – şagirdin bir şəxsiyyət kimi forma-
laşmasına, inkişaf etməsinə, özünüaktuallaşdırması üçün şəraitin 
yaradılmasına xidmət etməlidir” (6, 137). 
Şagird şəxsiyyətinə humanist yanaşma mövqeyi həmçinin, 
pedaqoji  ustalığa  gedən  ən mühüm yollardan biri, bəlkə  də 
birincisidir. Qabaqcıl və novator müəllimlərin təcrübəsi göstərir 
ki, pedaqoji prosesin 
əsasında bu varsa pedaqoji ustalığın digər 
yollarını  tapmaq,  onun  incə  çalarlarını  öyrənmək, tətbiq etmək 
bir o q
ədər çətin olmur. Əgər bu yoxdursa hətta ən kəsərli me-
tod
ların,  yolların  tətbiqi belə  faydasız  olacaqdır.  Ən  qabaqcıl 
tex
nologiyaların tətbiqi də, müəllimin öz üzərində daimi işləmə-
si d
ə, özünü təkmilləşdirmə marağı da məhz ilk növbədə bundan 
– humanizmd
ən, öz peşəsini və uşaqları sevməsindən irəli gəlir. 


46 
Bu  gün  adları  hörmətlə  çəkilən  İ.H.Pestalossi,  L.N.Tolstoy, 
Y.Korçak, V.A.Suxomlinski, M.T.Sidqi, F.Köç
ərli,  Ü.Hacıbə-
yov, A.Şaiq və digər klassik pedaqoq və maarifçilərin və bu gün 
müasirl
ərimiz olan onlarla, yüzlərlə ustad müəllimlərin həyatı və 
peşə, sənət uğurları bunu sübut edir.

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə