Mühaz rə 1 relyef haqqinda ümum məlumat relyef formaları V



Yüklə 187,09 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix08.04.2018
ölçüsü187,09 Kb.
#36727
1   2   3   4   5   6

istər  müasir  geosinklinal  sahələrdə,istərsə  də  tektonik  fəal  zonalarda  tangensial 

təzyiqin törətdiyi mürəkkəb hərəkətlərdir. 

  Müasir  geotektonika  elmində  qırışıq  əmələ  gətirən  hərəkətlərin  təbiət  və 

xarakterinə  dair  əsas  iki  fikir  mövcuddur.Birinci  fikrə  görə  qırışıq  əmələ 

gəlməsinin başlıca səbəbi şaquli hərəkətlər,ikinci fikrə görə isə üfüqi hərəkətlərdir. 

  Şaquli 

hərəkətlər 

zamanı 


Yer 

səthinin 

qabarması 

(qalxması) 

nəticəsində,qalxan  sahələrin  yamaclarında  qravitasiya  təsiri  altında  qırışıq  əmələ 

gəlir. 


  Lakin  həddən  artıq  sıxılmış,böyrü  üstə  aşmış  və  izoklinal  qırışıqların,eləcə 

də  bir  çox  zonalarda  müəyyən  edilmiş  tektonik  örtüklərin  yaranmasını  tək  şaquli 

hərəkətlərin,yaxud qalxmaların yamaclarında qravitasiya qüvvəsinin təsiri ilə izah 

etmək  mümkün  deyil.Bu  növ  qırışıqların  və  tektonik  örtüklərin  (xüsusilə  böyük 

miqyasda)  əmələ  gəlməsini  yalnız  üfüqi  hərəkətlərin  təsiri  ilə  izah  etmək 

mümkündür. 

  Ən  böyük  dərəcəli  şaquli  tektonik  hərəkətlər  materik  və  okeanların 

paylanmasını  və  konfiqurasiyasını,dənizlərin  transqressiyasını  və  reqqressiyasını 

şə

rtləndirir,bunların məcmuyu isə Yer səthində iqlimin dəyişməsinə səbəb olur. 



  Müasir  dövrdə  geotektonika  elmində  tektonik  hərəkətlərin  təbiətinə  aid 

müxtəlif  fikirlərin  mövcud  olmasına  baxmayaraq,şaquli  hərəkətlərin  relyefin  ən 

böyük planetar formalarının yaranmasında rolu şübhəsizdir. 

  Q ı r ış ı q l ıq  v ə  o n u  ə m ə l ə  g ə t i r ə n  h ə r ə k ə t l ə r i n  r e l y e f  

ə

 m ə l ə  g ə l m ə s i n d ə  r o l u.Q ı r  ı ş ı q  s t r u k t u r l a r ı n  r e l y e f d ə  t 



ə

 z a h ü r ü.Qırışıq tektonik strukturlar başlıca olaraq geosinklinal qurşaqlar üçün 

səciyyəvidir.Çox mürəkkəb inkişaf yolu keçmiş və milyon,on milyon illər ərzində 

ekzogen  amillərin  təsirinə  məruz  qalmış,peneplenləşmiş  qədim  geosinklinal 

qurşaqlarda  qırışıq  strukturları  müasir  relyefdə  öz  təzahürünü  tapmır.Cavan 

geosinklinal qurşaqlarda olan qırışıq strukturlar,xüsusilə neogen-dördüncü dövrdə 

yaranmış  qırışıqlar  isə  relyefdə  bu  və  yaxud  digər  dərəcədə  təzahür  edir  və  öz 

morfologiyasına uyğun relyef formaları əmələ gətirir. 

Melikov Behruz



  Qırışıq  strukturların  relyef    əmələ    gəlməsində  rolu,həmçinin  həmin 

strukturları  təşkil  edən  süxurların  xassəsindən  (litoloji  tərkibindən,denudasiya 

davamlığından)  çox  asılıdır.Adətən  denudasiya  proseslərinə  az  davamlı 

süxurlardan  qurulmuş  qırışıqlar  isə  uzun  müddət  özünə  məxsus  relyef  formasını 

saxlayır.Bundan  əlavə,qırışıqların  tektonik  fəallığı  da  onların  relyefdə  təzahür 

etməsinin əsas səbəblərindən biridir. 

   Ən sadə tektonik qırışıqlar antiklinal və sinklinallardır.Simmetrik quruluşlu 

antiklinal  və  sinklinal  struturlarda  adətən  az  rast  gəlinir  və  bunlar  denudasiya 

prosesləri  təsirinə  az  məruz  qaldıqda  Yer  səthində  simmetrik  tirələr  və  dərələr 

(çökəklər)  yaradır.Lakin  çox  hallarda  antiklinal  qırışıqları  tektonik  qırılmalar 

kəsir,onların ox müstəvisi bu yaxud başqa qanada meyl edir,yan təzyiq nəticəsində 

antiklinal  qırışıqlar  yayılmışdır.Geosinklinal-orogen  zonalarda  maqmatizm 

prosesləri  də  qırışıq  strukturların  morfologiyasını  dəyişdirir  və  onları 

mürəkkəbləşdirir.Buna  görə  də  qırışıq  strukturların  relyefdə  təzahürü  oduqca 

mürəkkəbdir. 

  Daha böyük və tərkibcə mürəkkəb qırışıq strukturlar a n t i k l i n o r i u m  

və  s  i  n  k  l  i  n  o  r  i  u  m    adlanır.Antiklinoriumlar  Yer  səthində  böyük  dağ 

silsilələri,sinklinoriumlar  isə  çökəklər  əmələ  gətirir.Bir  neçə  antiklinorium  və 

sinklinoriumlardan  ibarət  olan  daha  böyük  qalxmalar  meqantikilinorium 

adlanır.Meqantikilinoriumlara  Yer  səthində  böyük dağ sistemləri  (məsələn,Böyük 

Qafqaz,Alp  dağları  və  s.)  müvafiq  gəlir.Bir  neçə  antiklinorium  və  sinklinoriumu 

ə

hatə  edən böyük  tektonik  əyilmə  zonaları  meqantiklinorium  adlanır.Bunlara  dağ 



sistemlərini  ayıran  böyük  dağarası  çökəklər  müvafiq  gəlir  (məs.Zaqafqaziyada 

Rion-Kür dağarası çökəkliyi). 

  Qırışıq strukturların məcmuyundan təşkil olmuş dağ sistemləri və silsilələri 

eroziya-denudasiya  prosesləri  təsirinə  məruz  qaldıqca  fərdi  strukturların  relyefdə 

təzahürü xarakter cəhətlərini itirir,onlar erozion dərələrlə və başqa ekzogen relyef 

formaları  ilə  çox  parçalanır  və  beləliklə  struktur-denudasion  relyefin  müxtəlif 

tipləri  yaranır.Belə  relyef  üçün  həm  stuktur,həm  də  erozion-denudasion  relyef 

formalarının məcmuyu səciyyəvidir. 

Melikov Behruz



  Dağlıq 

sahələrdə 

qırışıqlarla 

relyefin 

münasibəti 

olduqca 


mürəkkəbdir.Yuxarıda  qeyd  edildiyi  kimi,yalnız  cavan  qırışıqlar  Yer  səthində 

özünə  məxsus  relyef  formaları  yaradır.Antiklinal  qırışığa  yer  səthində 

tirələr,sinklinallara  isə  həmin  ölçüdə  dərələr  uyğun  gəldikdə  düz  tektonik  relyef 

(yaxud  düzgün  morfostruktur)  əmələ  gəlir.  Təbiətdə  əksər  halda  eroziya- 

denudasiya prosesleri terefinden bu və yaxud digər dərəcədə dəyişilmiş antiklinal 

qırışıqlara rast gəlirik. Çox hallarda antiklinal qırışığın tağı boyu çay dərəsi uzanır 

və  bunun  nəticəsində  struktur  ilə  relyefin  arasında  münasibət  pozulur-  müsbət 

struktur  sahəsində  mənfi  relyef  forması  yaranır.  Səth  formasının  struktur  ilə  bele 

uyğunsuz  münasibəti  nəticəsində  yaranan  relyef  “çevrilmiş”  relyef  (yaxud 

inversion  relyef)  adlanır.  Bu  halda  bir  qayda  olaraq  antiklinala  paralel  uzanan 

sinklinallara  relyefin  müsbət  forması  (sinklinal  dağlar,  ya  tirələr)  uyğun 

gəlir.Qırışıqlarla relyefin münasibətini araşdıraraq Y.A.Meşşeryakov düzgün,keçid 

(strukturun  bir  hissəsi  yaxud  qanadı  denudasiya  prosesləri  təsiri  ilə  yuyulub 

dağıldıqda) və çevrilmiş (inversion) morfostruktorlar ayırır.  

 Antiklinal  qırışıqların  morfologiyasından  uzunluğundan,  enindən,  şaquli 

amplitudundan)  və  onun  quruluşundan  möhkəm  və  yumuşaq  çöküntülərin 

növbələşməsindən  asılı  olaraq bir qırışıq üzərində denudasiya  təsiri  ilə  mürəkkəb 

relyef formaları yaranır. 

   ntensiv  qırışıqlıq  sahələrində  antiklinallar  çox  sıxıldığından  ensiz  olur  və 

relyefdə bəzən uzunsov daraqvari tirələr əmələ gətirir. 

  M o n o k l i n a l  strukturda çöküntü süxur layları bir tərəfə eyni yatımlı 

olur  və  yer  səthi  topoqrafiyası  lay  səthi  topoqrafiyasına  uyğun  gəlir,süxur 

qatlarının  başını  dik  yamacda  yer  səthi  kəsir.Monoklinal  strukturda  müxtəlif 

davamlılığı  olan  laylar  növbələşdikdə  daha  möhkəm  laylar  strukturun  uzanma 

istiqamətində  uzanan  tirələr  əmələ  gətirir.Eroziya  və  denudasiyanın  təsiri  altında 

monoklinal  strukturlar  sahəsində  xüsusi  struktur  relyef  tipi-kuest  relyefi  əmələ 

gəlir. 

Melikov Behruz




Yüklə 187,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə