Mühaz rə 1 relyef haqqinda ümum məlumat relyef formaları V



Yüklə 187,09 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix08.04.2018
ölçüsü187,09 Kb.
#36727
1   2   3   4   5   6

ə

n  böyüklərini,yəni  meqaformaları  .P.Gerasimov  geotektura,makroformaları  isə 

morfostruktur  adlandırır.Morfostrukturlar  böyüklüyünə  görə  birinci,ikinci  və  i.a. 

dərəcələrə ayrılır. 

  Ekzogen 

geomorfoloji 

proseslərin 

ə

mələ 



gətirdiyi 

relyef 


formalarını 

(mezoformalar,mikroformalar) həmin alim morfoskulptura adlandırır. 

Melikov Behruz



MÜHAZ RƏ 2 

 

SÜXURLARIN XASSƏLƏR  VƏ RELYEF N  

NK ŞAFINDA ONLARIN ƏHƏM YYƏT  

 

  Yer  qabığı  müxtəlif  xassəli  süxurlardan  təşkil  olunmuşdur.Relyefin 

inkişafında  və  formalaşmasında  süxurların  özləri  bilavasitə  passiv  rol 

oynayır.Lakin  süxurlar  çox  müxtəlif  xassələrə  malik  olduğuna  görə,ekzogen 

amillərin fəaliyyətinə də müxtəlif dərəcədə məruz qalır və nəticədə dolayı da olsa 

mürəkkəb relyef formalarının  yaranmasına səbəb olur. 

  Süxurlar ekzogen qüvvələrin təsirinəməruz qalmalarına görə iki əsas qrupa-

çoxdavamlı və azdavamlı süxurlara ayrılır. 

  Geomorfoloji  nöqteyi-nəzərdən  süxurların  xarici  amillərin  dağıdıcı 

fəaliyyətinə  davamlılığı  aşağıdakı  xassələrdən  asılıdır:  quruluşunun  eyni  və  ya 

müxtəlif 

olması,istilik 

keçirməsi,sukeçirmə 

qabiliyyəti,çatlılığı,suda 

həll 

olması,kimyəvi  davamlılığı  və  s.Bu  qeyd  edilən  xassələrdən  asılı  olaraq  müxtəlif 



süxurların  aşınmaya,həll  olmaya  ,eroziyaya  və  s.  proseslərə  qarşı  davamlılığı 

müxtəlif  olur.Buna  görə  də  xarici  amillərin  yer  səthinə  təsiri nəticəsində  müxtəlif 

relyef formaları və tipləri əmələ gəlir. 

  Yer  səthində  xarici  amillərlə  çoxdavamlı  olan  süxurlar  adətən,relyefin 

müsbət  formalarını-yüksəklikləri,tirələri  təşkil  edir.Azdavamlı  süxurlar  yayılan 

sahələrdə isə çökəklər və dərələr yaranır. 

  Süxurların  göstərilən  xassələri  fiziki  aşınmanın  intensivliyinə  böyük  təsir 

edir.Eyni  tərkibli  süxurlar  fiziki  aşınmaya  qarşı  davamlı  olur,müxtəlif  tərkibli  və 

quruluşlu  süxurlar  isə  asan  aşınırlar.Süxurlarda  fiziki  aşınma  (xüsusilə  termik 

aşınma) laylılıq,çatlılıq,rəng və teksturdan asılı olaraq müxtəlif intensivlikdə gedir. 

   Süxurların  kimyəvi  tərkibi  və  davamlılığı  relyefin  formalaşmasında 

görkəmli  rol  oynayır.Suda  asan  həll  olan  karbonatlı  süxurlarda  karstın  geniş 

yayılması  buna  misal  ola  bilər.Vulkanik  sahələrdə  maqmanın  kimyəvi  tərkibinin 

fərqli  olması  relyefdə  özünü  göstərir.Əsas  lavalar  sıyıq  olduğuna  görə  ətrafa 

asanlıqla  axır,böyük  lava  yaylaları  ,çölləri  əmələ  gəlir.Turş  lavalar  qatı  və  az 

Melikov Behruz




hərəkətedici  olduğuna  görə  püskürmə  mərkəzi  ətrafında  qalaqlanaraq  ekstruziv 

gümbəzlər əmələ gətirir ki,bu da relyefdə ətraf sahələrdən kəskin fərqlənir. 

  Süxurların  sukeçirmə  qabiliyyəti  onun  başlıca  xassələrindən  biridir.Bunun 

da  geomorfoloji  əhəmiyyəti  böyükdür.Adətən,asan  sukeçirən  süxurlarda  atmosfer 

suları  yerin  alt  qatlarına  süzülür  və  səthdə  eroziya  formaları  inkişaf  edə  bilmir 

(Avstraliyada  Nallarbor  yaylası).Sukeçirməyən,yaxud  çətin  sukeçirən  süxurlar 

üzərində  atmosfer  suları  səth  axını  əmələ  gətirərək  erozion  relyef  formalarının 

geniş yayılmasına səbəb olur. 

 

Melikov Behruz




MÜHAZ RƏ 3 

 

ENDOGEN PROSESLƏR VƏ ONLARIN RELYEF ƏMƏLƏ 

GƏLMƏS NDƏ ROLU 

 

  Endogen  proseslər  Yer  səthi  relyefinin  müxtəlif  ölçülü  formalarının 

yaranmasında  fəal  iştirak  edən  əsas  amildir.Bu  proseslərin  təsiri  altında  Yer  səthi 

relyefinin həm planetar və regional və həm də,bir çox lokal formaları yaranır.Lakin 

relyefin planetar formalarının yaranması əsasən bu proseslərlə bir başa bağlıdır.Bu 

formalara  hər  şeydən  əvvəl  materiklər  və  oken  çökəklikləri  və  bunların  səthində 

yerləşən  böyük  (meqa)  formalar  aiddir  (platorma  düzənlikləri,yaylaları,orogen 

qurşaqlar,orta okean silsilələri,okean dibinin çökəklikləri və i.a.). 

  Endogen  qüvvələr  yerin  dərin  qatlarında  (mantiyada)  gedən  mürəkkəb 

proseslərin  nəticəsi  olub,Yer  qabığı  quruluşuna  və  onun  səth  relyefinə  bilavasitə 

təsir göstərir.Bu proseslər həm Yer qabığının əsas tiplərini (materik,okean və keçid 

tiplər)  ,həm  də  onun  böyük  və  kiçik  struktur  formalarını(tektonik  strukturları) 

yaradır. 

   

Beləliklə



,

endogen  proseslərin  məcmuyu  Yer  səthində  həcminə  (ölçülərinə) 

və  morfologiyasına  görə  olduqca  müxtəlif  relyefin  formaları  yaratmaqla 

yanaşı,ekzogen  proseslərin  xüsusiyyətini  və  intensivliyini  müəyyən  edir.Endogen 

proseslər  Yer  səthi  relyefinə  bir  başa  təsirinin  tektonik  hərəkətlər,maqmatizm  və 

zəlzələlər nəticəsində göstərir. 

Melikov Behruz



MÜHAZ RƏ 4 

 

MORFOSTRUKTUR ANLAYIŞI HAQQINDA 

 

  Əmələ  gəlməsi  əsasən  endogen  proseslərin  fəaliyyəti  ilə  bağlı  olub,yer 

səthində  müəyyən  geoloji  strukturlara,  yaxud  onların  məcmuyuna  uyğun  gələn 

relyef formalarını  .P.Gerasimov  m o r f o s t r u k t u r adlandırır. 

  Təbiidir  ki,hər  hansı  bir  relyef  formasının  yaranmasında  endogen  proseslər 

də iştirak edir.Buna görə də yer səthində sırf endogen mənşəli relyef formasına rast 

gəlmək  çətindir.  Ekzogen  qüvvələrin  təsiri  ilə  dəyişilməmiş  (yaxud  əsasən 

dəyişilməmiş)  endogen  mənşəli  relyef  formalarına  çox  intensiv,  cavan 

(məsələn,dördüncü  dövr  yaşlı)  qırışıqlıq,yaxud  aktiv  fəaliyyətdə  olan  maqmatik 

proseslər sahəsində rast gəlmək mümkündür. 

  Endogen  qüvvələrin  təsiri  ilə  dəyişmə  dərəcəsindən,başqa  sözlə,geoloji 

strukturlara  uyğunluğu  (nə  dərəcədə  tuş  gəlməsindən)  dərəcəsindən  asılı  olaraq 

Y.A.Meşeryakov  morfosrukturlarının  aşağıdakı  əsas  növlərini  (yaxud  tiplərini) 

ayırır: 

  1.Stuktura uyğun morfosruktur. 

  2.Stuktura  tam  uyğun  olmayan,dəyişilmiş,yaxud  uyğunsuzluq  yaradan 

morfosruktur 

  3.Stukturla  əkslik  təşkil  edən  “çevrilmiş”  morfosruktur  (bunu  bəzən 

inversion da adandırırlar). 

  Düzgün 

morfostruktura 

denudasiyanın 

az 


təsir 

göstərdiyi 

cavn 

antiklinal,monoklinal  dağları  və  tirələri,sinklinal  dərələri,yaxud  struktur  platoları 



(lay  düzənlikləri  və  yaylaları),cavan  qırılma  sahələrində  yaranmış  relyef 

formalarını misal göstərmək olar. 

  Stuktura  tam  tuş  gəlməyən  morfostruktura  bir  qanadı,yaxud  uzanma 

istiqaməti üzrə  bir  hissəsi  relyefdə  əksini tapmayan  morfostrukturlar  aid edilir.Bu 

növ  morfostrukturların  özü  də,relyef  ilə  strukturun  uyğunsuzluğu  dərəcəsindən 

asılı olaraq bir neçə növə ayrıla bilər. 

Melikov Behruz



Yüklə 187,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə