Mühaz rə 1 relyef haqqinda ümum məlumat relyef formaları V



Yüklə 187,09 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix08.04.2018
ölçüsü187,09 Kb.
#36727
1   2   3   4   5   6

xəritəsi  izoxətlər  vasitəsilə  də  tərtib  edilir.Bu  kvadratların  daxilində  yazlmış  eyni 

qiymətli rəqəmləri olan nöqtələrin birləşdirilməsi üsulu ilə aparılır. 

  Bu üfüqi parçalanma xəritəsi tətibinin ən sadə üsuludur.Həmin xəritə başqa 

üsullarla  da  tərtib  edilə  bilər.Bunlardan  biri  suayrıcı  xətlərlə  ən  yaxın  erozion 

formanın  (məsələn,dərənin  talveqi)  arasında  məsafənin  ölçülməsidir.Bu  yolla 

parçalanma sıxlığı xəritəsi tərtib edilir. 

  D ə r i n l i k  p a r ç a l a n m a  x ə r i t ə s i.Bu xəritəni tərtib etməyin əsasa 

üsullarından  biri  topoqrafik  xəritədə  kvadratlarda  ən  uca  məntəqənin 

hündürlüyündən ən alçaq məntəqənin hündürlüyünü çıxıb,alınan rəqəmi kvadratın 

ortasında yazmaq,sonra isə birinci xəritədə olduğu kimi ştrixləmə,rəngləmə,yaxud 

izoxətlər  üsulu  ilə  dərinlik parçalanma  xəritəsinin,yaxud kartoqrammanın  (bu  hər 

kvadratı ştrixləmə,yaxud rənglənmə yolu ilə tərtib edilir) tərtib edilməsi üsuludur. 

  S ə t h  m e y i l l i y i  x ə r i t ə s i. Səth meyilliyi xəritəsini tərtib etmək 

üçün  topoqrafik  xəritədə  səthin  meyl  bucağı  α  və  tgα-a  bərabər  olan  kəmiyyət-

maillik  ί  müəyyən  edilir.Sonra  müxtəlif meyilliyə  malik  olan  sahələrin sərhədləri 

arasındakı sahələr ştrixlənir,yaxud rənglənir. 

  B a z i s  s ə t h i  x ə r i t ə s i. Bu xəritəni tərtib etmək üçün topoqrafik 

xəritədə  dərə  şəbəkəsi  qaldırır  və  həmin  şəbəkədə  1,2,3  və  s.  dərəcəli  qollar 

ayrılır.Daha  sonra  topoqrafik  xəritədəki  horizontalların  eyni  dərəcəli  qolların 

birləşdiyi  nöqtəni  kəsdiyi  sahənin  mütləq  yüksəkliyi  müəyyən  edilib,həmin 

kəsişmə  nöqtəsində  yazılır.Eyni  kəmiyyətli  nöqtələr  ixoxətlərlə  birləşdirilir  və 

bazis  səthi  xəritəsi  relyefin  struktur  formalarını,bəzi  hallarda  dərinlik  tektonik 

strukturları müəyyən etməkdə böyük əhəmiyyət kəsb edir.Adətən ən kiçik dərəcəli 

qollara əsasən tərtib edilmiş bazis səthi xəritələri ilə topoqrafik xəritə arasnda fərq 

çox az olur.Bu halda təretib edilən xəritənin izoxətləri bir növ topoqrafik xəritədəki 

horizontallara  uyğun  gəlir  (məsələn,birinci  dərəcəli  qollara  əsasən  tərtib  olunan 

bazis səthi xəritəsi) 

  Morfometrik  xəritələrin  yuxarıda  göstərilənlərdən  savayı  bir  sıra  başqa 

növləri məlumdur.Bunlardan qalıq relyef xəritəsi,hidroqrafiya şəbəkəsi xəritəsinin 

təhlili  dərə,yarğan  ,qobu  şəbəkəsi  tiplərinin  təhlili  və  s.  relyefin  morfostruktur 

Melikov Behruz



təhlilində  olduqca  faydalıdır.Bu  üsullarda  n  kompleks  istifadə  etməklə  məlum 

olmayan,yaxud  başqa  üsullarla  aşkar  edilməsi  çətin  olan  tektonik 

qırılmaları,gömülmüş  strukturları.dərinlik  tektonik  quruluşun  bəzi  əlamətlərini  

müəyyən etmək mümkündür. 

  Morfometrik  tədqiqatların  nəticələri  insanın  təsərrüfat  fəaliyyətinin  bir  sıra 

sahələrində  (meliorasiya  işlərində  müxtəlif  məqsədli  tikinti  işlərində  və  i.a.)geniş 

istifadə edilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Melikov Behruz




MÜHAZ RƏ 7 

 

RELYEF VƏ  QL M 

 

 



  Relyefin inkişafında və əmələ gəlməsində iqlimin rolu böyükdür. qlim xarici 

(ekzogen)  amillər  sırasında  ən  mühüm  yer  tutmaqla  relyefə  bilavasitə  təsir 

göstərir.Yer  səthi  qatına  təsir  göstərən  bu  amil  çox  müxtəlif  hadisə  və  proseslər 

törədərək  olduqca  mürəkkəb  relyef  formalarının  yaranmasına  səbəb  olur. qlim  və 

relyef  arasında  mürəkkəb  əlaqə  vardır.Onların  bir-birinə  qarşılıqlı  təsiri,yer 

səthində əmələ gəlməsi prosesindən uzaq olan digər prosesləri də müəyyən edir. 

   qlim  relyefə  təsir  etdiyi  kimi,relyef  də  iqlimə  təsir  edir.O,eyni  zamanda 

dolayı  yolla  öz-özünə  də  təsir  göstərir. qlim  amilləri  yeni  relyef  formaları  əmələ 

gətirməklə  ərazini  çox  parçalayır  və  bu  parçalanmış  sahələrin  özünəməxsus 

mikroiqliminin  yaranmaüsına  səbəb  olur.Beləliklə,bu  iki  amil-iqlim  və  relyef 

nəinki bir-birinə,hətta biri başqası vasitəsilə özünə də təsir göstərir. 

  Yer  qabığının  geomorfoloji  landşaftları  birbaşa  iqlimin  təsiri  nəticəsində 

yaranmışdır.Hər  bir  iqlim  qurşağında  özünəməxsus  relyef  əmələ  gətirən  amillər 

mövcuddur.Başqa sözlə desək,ayrı-ayrı iqlim qurşaqlarında relyefin inkişafı(xarici 

amillərin təsiri ilə) müxtəlif istiqamətlərdə gedir. 

  Relyef əmələ gəlməsində iqlimin rolunun təsnifatını A.Penk vermişdir.O,üç 

ə

sas iqlim tipi ayırmışdır: 1)nival; 2)humid (rütubətli); 3)arid (quru və isti) 



   .S.Şukin  relyef  əmələ  gəlməsində  iqlimin  mürəkkəb  fəaliyyətini  nəzərə 

alaraq onun daha dəqiq təsnifatını vermiş və hər iqlim tipində baş verən proseslərin 

mahiyyətini göstərmişdir. 

  1)N i v a l  iq l i m-bütün fəsillərdə yağıntıların sülb halında (qar) düşməsilə 

xarakterizə  olunur.Yer  səthinə  düşən  sülb  yağıntının  miqdarı  qısa  yay  fəslində 

ə

riyən  həcmdən  xeyli  artıq  olduğuna  görə  toplanaraq  buzlaq  əmələ  gətirir.Nival 



iqlimdə qaimi qar xətti qütblərdə dəniz səviyyəsinə qədər düşür,quruda böyük sahə 

tutan  qalın buzlaq kütləsi  əmələ  gəlir  (Qrenlandiya,Antarktida və  s.).Adətən,qalın 

buzlaq örtüyünün relyefi onun altında yatan qurunun relyefinə uyğun gəlmir. 

Melikov Behruz




  Nival  iqlimə  qar  xəttindən  yüksəyə  qalxan  dağlarda  da  rast  gəlmək 

olur.Adətən,relyefdə 

yüksək 

dağların 



nival 

iqlimi 


sahəsində 

buzlaq 


formaları:sirklər,karlar,tabağaoxşar  dərələr  (troqlar),iti  yallar,piramidaya  oxşar 

zirvələr və s. əmələ gəlir. 

  Qütb  iqlimi,yaxud  çoxillik  donuşluq  qruntları  iqlimi-kontinental  tundralar 

zonası  üçün  (Şərqi  Sibir)  xarakterdir.Bu  iqlim  uzun  sürən  sərt  qışı,qısa  və  sərin 

yayı,yağıntılarının azlığı (300 mm-dən az),çox buludluluğu,günəş radiasiyasının az 

intensivliyi  və  güclü  küləklərlə  səciyyələnir.Qütb  iqlimi  zonasında  qalınlığı  bir 

neçə  yüz  metrə  çatan  çoxillik  donuşluq  qatı  yerləşir.Bu  hadisə  ilə  relyefin  xüsusi 

mikro və mezoformaları əlaqədardır.Bu iqlim şəraitində bütün il boyu,hətta yayda 

belə fiziki aşınma qüvvətli gedir və bol iri qırıntılı məhsul toplanır.Kimyəvi aşınma 

isə  olduqca  zəif  gedir.Bu  zonanın  dağlarında  soliflükasiya  və  şaxta  aşınması 

dağüstü terrasların (qolslar) və hamarlanmış səthlərin əmələ gəlməsinə səbəb olur. 

  Qışda  küləyin qarı sovurması  nəticəsində  şaxta  açıq qalan  qruntun  səthində 

çatlar  əmələ  gətirir.Yazda  çatlara  dolan  sular  ecələr  donur  və  onları 

genişləndirir,həm  də  yeni  çatlar  sisiteminin  yaranmasına  səbəb  olur.Bu  proses 

nəticəsində qrunt çox parçalanır,yer səthində “daş çoxbucaqlıları”,daş zolaqları və 

s. əmələ gəlir. 

  Çoxillik  donuşluq  şəritində  sula  əhəngdaşı  qatlarında  karst  əmələ  gətirə 

bilmir.Bunun  əvəzinə  həmin  zonada  termokarst  hadisəsi-müəyyən  dərinlikdə 

donuşluğun əriməsi və üst qatın uçaraq çökəklər yaratması hadisəsi baş verir. 

  2)H  u  m  i  d    i  q  l  i  m-il  ərzində  düşən  yağıntların  buxarlanması  və  yerə 

hopan suların çox olması ilə xarakterizə olunur.Qalan atmosfer suları isə yamacla 

axaraq  səthi  denudaisyanı  əmələ  gətirir  və  çaylar  şəklində  axaraq  eroziyanın 

müxtəlif  növlərini  törədir.Bununla  əlaqədar  olaraq  humid  iqlimlərdə  relyefin 

eroziya formaları geniş yayılmışdır. 

  Humid iqimi üç yarımtipə ayırmaq olar: 

  a)M ü l a y i m  e n l i k l ə r i n  h u m i d  i q l i m i-həmin qurşağın daha 

ş

imal  (şimal  yarımkürəsində)  və  cənub  (cənub  yarımkürəsində)  zonaları  üçün 



xarakterdir.Hər  il  qışda  qar  örtüyü  əmələ  gəlir  və  bir  neçə  ay  suyun  torpağa 

Melikov Behruz




keçməsi  dayanır.Qarlar  əriyəndə,çaylar  daşır.Onlar  böyük  dağıdıc  və  toplayıcı  iş 

görür. llik yağıntılar 300-650 mm arasında dəyişir,hətta bundan da artıq olur.Qışd 

temperatur  -20°-25°  düşür,iyulda  +10°  ilə  +20°  arasında  dəyişir.Yayda  kimyəvi 

aşınma  çox  qüvvətli  gedir.Ağac  bitkilərinin  (iynəyarpaqlı  və  enliyarpaqlı)  və 

çəmənlərin  yayılması  yarğan  eroziyasının  inkişafına  mane  olur.Eroziya  şəbəkəsi 

orta  sıxlığa  malikdir.Karbonatlı  süxurlarda  karst  hadisəsi  inkişaf  edir.Əksər  halda 

karstın  örtülü  forması  yayılmışdır  ki,bu  da  üstdən  karstlaşmayan  süxur  qatları  iə 

örtülmüşdür. 

  b)M ü l a y i m  e n l i k l ə r i n  s e m i h u m i d  i q l i m i-kəskin fərqlənən 

rütubətli və quru dövrlərə bölünür (musson iqlim sahələri,subtropiklər və s.Rusiya 

çölləri  iqlimini  də  bu  tipə  aid  etmək  olar).Rütubətli  dövrdə  eroziya  və  kimyəvi 

aşınma,quraq  dövrdə  isə  fiziki  (termik)  aşınma  sürətlə  gedir.Relyefin 

formalaşmasında  daimi  axar  sularla  bərabər,müvəqqəti  axar  sular  da  böyük 

fəaliyyət  göstərir.Çöllər  zonasında  müvəqqəti  axar  sular  xətti  eroziyanı  (yarğan 

eroziyasını) inkişaf etdirərək,ərazini çox parçalayır. 

  c)E k v a t o r i a l  m e ş ə l ə r i n  h u m i d  i q l i m i.Bu iqlim zonasında 

illik  yağıntıların  miqdarı  1500-2000  mm  və  daha  artıq  olur:Temperaturun  illik 

amplitudu (qitə daxilində 6°,dəniz sahillərində 1°-2°) sutkalıq amplitudundan xeyli 

az olur.Torpağın və qayaların səthində bu fərq daha yüksəkdir.Orta illik temperatur 

+23° +28°-dir.Belə bir şəraitdə fiziki aşınma olduqca zəif,kimyəvi aşınma isə çox 

sürətlə gedir.Dağlıq sahələrdə aşınmanın bu iki növü arasında nisbət dəyişir. 

  Aşınma  qabığı  çox  qalın  olur  və  qırmızı  torpaqlar  inkişaf  edir.Çox  zəngin 

bitki  örtüyü  səthi  axarı  azaldır,xətti  eroziya  yaxşı  inkişaf  edə  bilmir.Bu  zonanın 

çaylarında  da  eroziya  zəif  gedir.Bunun  səbəbi  çaylarda  asılı  və  diblə  sürüdülən 

materialın 

az 


olmasıdır.Ekvatorial 

meşələrin 

kənar 

yarımzonalarında 



(savannalarda)  iqlim  qeyd  ediləndən  xeyli  fərqli  olduğuna  görə,burada  relyef 

ə

mələ gəlməsi prosesi də başqa istiqamətdə gedir. 



  3)A  r  i  d    i  q  l  i  m-yağıntıların  azlığı  (150-200  mm-dən  az),havanın  çox 

quruluğu,buxarlanmanın  intensivliyi,səmanın  açıqlığı  havanın  qışda  və  gecələr 

xeyli  soyuması  ilə  xarakterizə  olunur.Belə  iqlim  şəraitində  bitki  örtüyü  ya  çox 

Melikov Behruz




seyrək,yaxud  da  tamamilə  olmur.Külək  heç  bir  maneəyə  rast  gəlmədən  quru  və 

kövrək 


süxurları 

sovurur.Külək 

səhrada 

deflyasiyanı 

(sovrulmanı),akkumulyasiyanı  və  korroziyanı  (yonmanı)  şərtləndirən  başlıca 

amildir.Bu müxtəlif işlərin nəticəsində mürəkkəb relyef formaları yaranır. 

  Arid iqlimi iki yarımtipə ayırmaq olar: 

  a)t  a  m    a  r  i  d    i  q  l  i  m-passatlar  zonasının  tropik  səhralar 

iqlimidir.Yağıntıları  çox  az  olub  ildə,bəzən  bir  neçə  ildə  bir  dəfə  düşür,bəzən  də 

çox qüvvətli leysan yağışlar yağdığında görə güclü səth axını əmələ gətirir.Səhrada 

bu  səth  axınları  qutuyabənzər,lakin  bir-birindən  çox  aralı  yerləşən,səhra 

daxilindəcə  qurtaran  erozion  dərələr,şırımlar  əmələ  gətirir.Belə  səhralar  axmaz 

hövzələrdir. ntensiv  aşınma  nəticəsində  əmələ  gələn  külli  miqdarda  qırıntı 

materiallar  səhra  daxilində  qalır  (külək  yalnız  narın  tozları  xaricə  çıxara 

bilir).Səhralarda  relyefin  əsas  formaları  qapalı,axmaz  hövzələrdir.Bunların  bir 

çoxu tektonik olsa da,formalaşmasında küləyin rolu böyükdür. 

  b)s  e  m  i  a  r  i  d    i  q  l  i  m-mülayim  enlik  səhralarının  iqlimidir.Bu  iqlim 

zonasında  yağıntıların  miqdarı  bir  qədər  artıq  olub,hər  il  müəyyən  (qısa)  dövrdə 

düşür.Müvəqqəti  yağışlar  zamanı  sahəvi  və  eləcə  də  xətti  eroziya  inkişaf  edərək 

relyefin  dəyişməsinə  təsir  göstərir.Xətti  eroziya  çox  inkişaf  etdikdə  xüsus  relyef 

tipi-“pis  torpaqlar”(bedland)  əmələ  gəlir.Adətən,semiarid  iqlim  səhralarında 

qumlar tez bərkiyir və onların hərəkəti dayanır. 

 

 

 



 

 

 



 

 

 



 

Melikov Behruz




 

 

 



Melikov Behruz


MÜHAZ RƏ 8 

 

RELYEF-ENDOGEN VƏ EKZOGEN  

QÜVVƏLƏR N QARŞILIQLI TƏS R  NƏT CƏS D R 

Ümumi məlumat 

 

  Yer  qabığının geoloji  strukturlarının  relyefin  əmələ  gəlməsində böyük  rolu 

vardır.Lakin  biz  hər  hansı  bir  sahənin  relyefini  öyrənərkən  geoloji  strukturların 

relyefdə tam əksini müşahidə etmirik.Deməli,relyefin inkişafına və onun müəyyən 

formalarının  əmələ  gəlməsinə  geoloji  strukturları  törədən  endogen  qüvvələrdən 

başqa digər qüvvələr də təsir göstərir.Bu qüvvələr ekzogen qüvvələrdir 

  Ekzogen  qüvvələrə  aid  olan  eroziya  prosesinin  bütün  növləri  (buzlaq 

eroziyası-abraziya,ekzarasiya,külək  eroziyası-deflyasiya,daha  böyük  amil  olan 

axar  suların  eroziyası,abraziya,akkumlyasiya),endogen  qüvvələrin  (tektonik 

hərəkətlər,vulkanizm və s.) yaratdığı relyef formalarını qüvvətli dəyişdirir. 

  Ekzogen  qüvvələrin  yer  səthinə  təsiri  nəticəsində  tektonik  (endogen)  relyef 

müxtəlif dərəcədə dəyişir.Bu işdə vaxtın (zamanın) böyük əhəmiyyəti vardır.Uzun 

geoloji  dövrlər  ərzində  ekzogen  qüvvələr  relyefə  təsir  göstərir  və  endogen 

qüvvələrin  əmələ  gətirdiyi  ilkin  relyef  çox  dəyişir,nəticədə  ordan  bir  əsər 

qalmır(qırışıq  dağların  peneplenləşməsi,çevrilmiş  relyef,quruda  olan  böyük 

tektonik çökəklərin kontinental,dənizdəkilərin isə dəniz çöküntüləri ilə dolması və 

s.) 


  Relyefin  ekzogen  qüvvələr  tərəfindən  dəyişilməsində  daxili  hərəkətlərin 

xarakterinin böyük əhəmiyyəti vardır.Dağlıq sahə uzun müddət qalxmaqda davam 

edirsə,denudasiya  hər  il  onu  müəyyən  dərəcədə  alçaltmasına  baxmayaraq,o  öz 

yüksəkliyini  itirmir.Lakin,onun  tərkibində  iştirak  edən  geoloji  srukturlar  və  ilkin 

relyef formaları arası kəsilmədən dəyişir (təkamül edir).Müəyyən edilmişdir ki,yer 

qabığının  inkişafında  geoloji  vaxt  keçdikcə  bir  sahədə  baş  verən  aktiv  tektonik 

hərəkətlərin  intensivliyi  azalır,dayanır  və  bəzən  əks  istiqamətli  hərəkətlər  də  baş 

verir.Birinci  halda,yeni  tektonik  hərəkətlər  zəiflədikdə  vaxt  keçdikcə  ekzogen 

Melikov Behruz



qüvvələr  onu  tamamilə  dəyişir,yüksək  dağların  yerində  düzənliklər  və  alçaq 

təpəliklər əmələ gəlir. 

  Tektonik hərəkətlər istiqamətini dəyişdikdə ekzogen amillərin təsiri olmadan 

həmin dağlar çökür,onların yerində böyük çökəklər əmələ gəlir.Çökəkliklər sahəsi 

isə dağlara çevrilir.Ekzogen amillərin relyefə təsiri əhəmiyyətli dərəcədə endogen 

qüvvələrin  xarakteri  ilə  müəyyən  edilir.Məsələn,yer  səthində  eroziyanın,yaxud 

akkumulyasiyanın  mövcud  olması  hər  şeydən  əvvəl  endogen  relyefin 

xarakterindən  və  deməli  endogen  qüvvələrin  təsirindən  asılıdır.Ekzogen 

proseslərin  intensivliyinə  və  relyefi  daha  sürətlə  dəyişməsinə  endogen  qüvvələrin 

(məsələn,tektonik 

qalxmanın 

qüvvətlənməsinin 

dərinləşdirici 

eroziyanı 

gücləndirmnəsi,dağqabağı 

çökəklərin 

ə

yilməsinin 



akkumulyasiyanı 

gücləndirilməsi) böyük təsiri vardır. 

  Ayrı-ayrı  amil  və  proseslərlə  əlaqədar  olaraq  əmələ  gələn  və  inkişaf  edən 

relyef  tipləri,formaları  haqqında  müvafiq  fəsillərdə  daha  ətraflı  məlumat 

veriləcək.Burada isə məqsəd yalnız onu qeyd etməkdir ki,yer səthinin relyefinə tək 

endogen və ekzogen proseslərin nəticəsi  kimi  baxmaq düzgün deyil.Hər hansı bir 

sahənin  relyefinə  nəzər  salsaq,hər  iki  kateqoriyaya  aid  olan  qüvvələrin  qarşılıqlı 

ə

laqəsi,bir-birinə  təsiri  və  yer  qabığı  relyefinin  inkişafında  birgə  fəaliyyəti  aydın 



görünür. 

Melikov Behruz




MÜHAZ RƏ 9 

RELYEF N ƏMƏLƏ GƏLMƏS NDƏ  

DENUDAS YANIN ROLU 

 

  Aşınmış  məhsulların  öz  yerindən  başqa  yerə  aparılması  prosesinə 



denudasiya  deyilir.Denudasiya  tektonik  hərəkətlər  və  vulkan  püskürməsi 

nəticəsində əmələ gələn bütün yüksəklikləri (dağları) müxtəlif yollarla aşındırır və 

alçaldır.Bütün  ekzogen  amilərin  dağıdıcı  fəaliyyətini  denudasiya  adlandırmaq 

olar.Denudasiyanı təşkil edən bütün mürəkkəb proseslərdə daimi qüvvələrdən biri 

ağırlıq qüvvəsidir.Bu aşınmış məhsullara ya bilavasitə,yaxud da hərəkətdə onun bir 

yerdən  başqa  yerə,başlıca  olaraq  yüksəkliklədən  çökəklərə  və  düzənlərə  tərəf 

hərəkət etməsini,yerini dəyişməsini şərtləndirir.Denudasiya hərtərəfli və mürəkkəb 

bir  prosesdir.O  meyilliyi  3-4°  və  artıq  olan  bütün  yamaclarda  səthin  alçalmasına 

səbəb olur.Beləliklə,denudasiyanın fəaliyyəti  tektonik qalxmaların yaratdığı relyef 

formalarının dəyişməsinə yönəlmışdir. 

  Ağırlıq  qüvvəsi  öz  əsasında  ayrımış  bütün  süxur  hissələrinə  təsir 

göstərir.Yamacın meyilliyindən və ağırlıq qüvvəsinin təsirinə məruz qalan kütlənin 

xarakterindən 

asılı 


olaraq 

denudasiya 

özünü 

müxtəlif 



formalarda 

göstərir.Adətən,dağlıq  ölkələrdə  öz  əsasından  ayrılmış  süxur  parçaları  (qırıntıları) 

öz ağırlığı altında yamac üzrə aşağı hərəkət edir.Yamacın meyillik dərəcəsindən və 

kütlənin  həcmindən  asılı  olaraq  süxur  parçası  (qırıntı)  müxtəlif  sürətlə  əvvəlki 

yerindən müxtəlif məsafəyə hərəkət edir.Yamac çox dik olduqda əsasından ayrılan 

qırıntılar ani bir vaxtda yamac aşağı yuvarlanaraq meyillik azlaqn yerlərdə toplanır 

(qalaqlanır) və “töküntü konusu” (ufantı konusu) əmələ gətirir.Demək olar ki,bütün 

dağlıq  sahələrdə  möhkəm  və  çatlı  süxurlardan  təskil  dik  yamacların  ətəyində 

“töküntü  konuslarına”  rast  gəlmək  olar.“Töküntü  konusu”da  qırıntı  materialın 

növləşməsi  müşahidə  edilir.Ən  iri  kəsəklər  konusun  aşağısında  (ətəyində),ən 

xırdalar  isə  zirvəsində  toplanır.Adətən,konusun  zirvəsindən  yuxarıda  çox  ensiz 

“daş çayı” yerləşir. 

Melikov Behruz



  Yamacla  aşağı  hərəkət  edən  qırıntı  məhsullar  ya  sahəvi,yaxud  da  xətti 

hərəkət  edir.Lakin  yamac  üzrə  aşağı  getdikcə  sahəvi  hərəkət  xətti  hərəkətlə  əvəz 

olunur.Hərəkət edən qırıntılar öz yataqlarına təsir göstərərək dayaz şırımlar əmələ 

gətirir.Dik yamaclarda əmələ gələn daş axınlarında hərəkət həmişə olur.Kənardan 

olan təsir bu hərəkəti sürətləndirə bilər. 

  Aşınma  qabığı  yamacın  meyilliyi  3-4°  və  bundan  artıq  olduqda  hərəkət 

edir.Belə  az  meyilli  yamaclarda  kütlənin  hərəkətinə  səbəb  aşınma  qabığını  təşkil 

edən  hissəciklərin  həcminin  dəyişməsidir  ki,bu  da  hər  şeydən  əvvəl  üst  qatda 

temperaturun 

sutkalıq 

amplitudundan 

asılıdır.Gündüz 

maili 

səthdə 


hissəciklərinhəcmi  kiçilir  və  onların  arasında  kiçik  boşluqlar  əmələ  gəlir.Hər  bir 

hissəcik 

dayanmaq 

üçün 


özündən 

aşağıdakı 

hissəciyə 

 

söykənməli 



olur.Beləliklə,hər  iki  halda  (həcmin  böyüməsi  və  kiçilməsi  hallarında)  hissəciklər 

və bütövlükdə aşınma qabığı,xüsusilə onun üst təbəqələri yamac aşağı hərəkət edir. 

  Bu  hal  çoxillik  donuşluq  sahələrində  özünü  daha  aydın  göstərir.Bundan 

ə

lavə  narın  çöküntülərdən  ibarət  olan  aşınma  qabığı  çox  islandıqda  həcmin 



genişlənməsi  və  ağırlığın  artmasının  təsiri  nəticəsində  nisbətən  artıq  sürətlə  aşağı 

hərəkət  edir.Aşınma  qabığı  suda  asan  islanan  gil  hissəciklərindən  ibarət  olduğu 

üçün çox islandığı zaman sıyıqlaşır və yamac üzrə aşağı hərəkət etməsi sürətlənir. 

  Bütöv  (sahəvi)  denudasiya  əksərən  yamacların  yuxarı  hissəsində  baş 

verir,aşağı  getdikcə  isə  xətti  denudasiyaya  çevrilir.Hətta  bütöv  kütlə  olan  aşınma 

qabığında  da  aşağı  getdikcə  xətti  hərəkət  baş  verir.Qeyd  etmək  lazımdır  ki,yer 

səthində  sahəvi  denudasiya,xətti  eroziyadan  daha  geniş  yayılmşdır.Lakin  xətti 

eroziya  üstün  olan  yerlərdə  (su  eroziyası,buzlaq  eroziyası-ekzarasiya,külək 

eroziyası  sahəvi  olduğu  kimi  xətti  də  ola  bilər)  sahəvi  denudasiyanın  fəaliyyəti 

nəzərə az çarpır. 

  Dağ və dərə yamaclarının suayrıcıya tərəf geri çəkilməsində (səthinin daimi 

olaraq  alçalması  nəticəsində)  və  uzun  geolji  vaxt  ərzində  dağların 

peneplenləşməsində sahəvi denudasiyanın böyük rolu vardır. 

  Tektonik  qüvvələrin  təsiri  nəticəsində  ərazi  nə  qədər  çox  yüksəyə  qalxarsa 

,denudasiyanın  fəaliyyəti  də  (intensivliyi)  o  qədər  də  artar  və  peneplenləşmə 

Melikov Behruz




sürətlənər.Nisbi  yüksəklik  fərqi  artdıqca  yamacların  meyilliyi,bununla  bərabər 

denudasiya  prosesinin  enerjisi  və  ymacın  yeniləşməsi  prosesinin  intensivliyi  də 

artır.Xətti eroziya  sahəni sıx  və  dərin dərələrlə parçaladıqca denudasiya  səthlərini 

artırır.Buna  görə  də  daha  intensiv  və  kəskin  parçalanmış  sahələrdə  denudasiya 

prosesi daha aktiv geomorfoloji cproses kimi relyefə təsir göstərir,onu dəyişdirir və 

ümumiyyətlə,relyefin təkamülündə mühüm rol oynayır. 



 

 

 



Melikov Behruz

Document Outline

  • Microsoft Word - 1
  • Microsoft Word - 2
  • Microsoft Word - 3
  • Microsoft Word - 4
  • Microsoft Word - 5
  • Microsoft Word - 6
  • Microsoft Word - 7
  • Microsoft Word - 8
  • Microsoft Word - 9

Yüklə 187,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə