Mühaz rə 1 relyef haqqinda ümum məlumat relyef formaları V



Yüklə 187,09 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix08.04.2018
ölçüsü187,09 Kb.
#36727
1   2   3   4   5   6

  Çevrilmiş  morfostruktura  relyef  ilə  geoloji  struktur  arasında  əks  münasibət 

olan sahələr aid edilir.Bu halda müsbət struktura yer səthində mənfi relyef forması 

və  bunun  əksinə  olaraq,mənfi  struktura  relyefin  müsbət  orması  uyğun 

gəlir.Məsələn,antiklinal strukturun oxu üzrə dərin çay dərəsi əmələ gəldikdə,yaxud 

sinklinal  struktur  ətraflardan  ucalan  dağ  əmələ  gətirdikdə,relyef  ilə  sturktur 

arasında tam əkslik yaranır. 

  Endogen qüvvələrin yaratdığı ən böyük relyef formalarını  .P.Gerasimov g e 

o t e k t u r a (materiklər,okean çökəkləri,orogen qurşaqları),onu təşkil edən ayrı-

ayrı  böyük  tektonik  relyef  formalarını  isə  m  o  r  f  o  s  t  r  u  k  t  u  r  (Alp,Qafqaz 

dağları,Qara  dəniz  çökəkliyi  və  s.)  morfostrukturların  üzərində  ekzogen  amillərin 

fəaliyyəti 

ilə 


yaranan 

formalrı 

isə 

morfoskulptura 



(çay 

dərəsi,yarğan,barxan,gətirmə konusu və i.a.) adlandırır. 

  O.K.Leontyev geotektura anlayışı əvəzinə p l a n e t a r  m o r f o s t r u k t u 

r    anlayışını  irəli  sürür.Morfostruktur  həcmindən  asılı  olaraq  bir  sıra  dərəcələrə 

ayrılır 

(I,II,III 

və 

s.).Ən 


kiçik 

morfostruktur 

bölünməz 

olub,tək 

antiklinal,monoklinal,braxiform,yaxud  sinklinal  qırışığa,kiçik  qırılma  strukturuna 

müvafiq gəlir. 

  Relyefin  morfostruktur  təhlili  zamanı  geoloji  strukturla  yer  səthi  relyefinin 

münasibəti hərtərəfli və dəqiq öyrənilməlidir. 

Melikov Behruz



MÜHAZ RƏ 5 

TEKTON K HƏRƏKƏTLƏR N RELYEF 

Ə

MƏLƏ GƏLMƏS NDƏ ROLU 



 

  Yer  qabığı  relyefinin  əmələ  gəlməsində  endogen  tektonik  hərəkətlərin  rolu 

böyükdür.Tektonik  hərəkətlər  nəticəsində  dənizlərdə,göllərdə  və  quruda  əmələ 

gələn  və  əksər  hallarda  üfüqi  vəziyyətdə  yatan  çöküntü  qatlarının  normal  yatım 

şə

raiti pozulur və müxtəlif geoloji strukturlar əmələ gəlir. 



  Tektonik  hərəkətlərin  aktivliyi  və  xarakteri  cəhətdən  platformalar  və 

geosinklinallar  bir-birindən  kəskin  fərqlənir.Tektonik  hərəkətlər  platformalarda 

geoloji  vaxt  etibarı  ilə  özünü  olduqca  zəif  (qalxma  və  enmə  amplitudu  az 

olur),geosinklinal  sahələrdə  isə  daha  aktiv  göstərir.Burada  qalxma  və  enmə 

amplitudu qısa geoloji vaxtda böyük həddə çatır. 

  Tektonik hərəkətlər platforma və geosinklinallarda relyefin formalaşmasına 

və  inkişafına  müxtəlif  şəkildə  təsir  göstərir.Bu  vəziyyət  geoloji  vaxt  keçdikcə 

dəyişir,yəni  daha  qədim  geoloji  dövrlərdə  geosinklinal  rejimə  malik  olan  sahələr 

sonralar platformaya  çevrilir.Yer qabığının geotektonik inkişafı mürəkkəb olduğu 

kimi,onu  relyefi  də  çox  mürəkkəbdir  və  bunun  başlıca  səbəbi  ayrı-ayrı  sahələrdə 

tektonik  hərəkətlərin  xarakterinin  (qırışıqlı,  faylı,  üfüqi  və  şaquli  hərəkətlər), 

davamlılığının və sürətinin müxtəlif olmasıdır. 

  Yer  səthində  olan  böyük  geomofoloji  vahidlər  (dağlar,  yaylalar,  silsilələr, 

çökəklər  və  hətta  düzənliklər)  bilavasitə  tektonik  hərəkətlər  nəticəsində  əmələ 

gəlmişdir. 

  Yer  qabığı  daimi  hərəkətdədir.Bu  hərəkətin  istiqaməti  və  sürəti  öz 

müxtəlifliyini relyefdə əks etdirir.Buna görə yer qabığı relyefinin əsas formalarını 

ə

mələ gətirən tektonik amilə heç vaxt passiv bir amil kimi baxmaq omaz.Lakin bu 



məsələyə  tektonik  hərəkətlərin  əmələ  gətirdiyi  strukturların  relyefdə  özünü  nə 

dərəcədə əks etdirməsi nöqteyi-nəzərindən yanaşdıqda o bir qədər mürəkkəbləşir. 

  Yer qabığında qədim geoloji eralarda baş vermiş tektonik hərəkətlərin əmələ 

gətirdiyi  strukturlar  və  bunlara  müvafiq  olan  relyefin  böyük  formaları  sonrakı 

Melikov Behruz



eralarda  xarici  amillər  tərəfindən  tamamilə  dəyişilmişdir.Məsələn,kaledon  və 

hersin  dağ  əmələgəlmə  mərhələlərində  yaranmış  yüksək  dağlar  hazırda  peneplen 

şə

klində,yaxud  təpəlik  şəklində  qalmışdır.Bir  çox  yerlərdə  isə  onların  yerində 



böyük abraziya düzənlikləri və ovalıqlar yerləşir. 

  Neotektonik  mərhələdə  yenidən  fəallaşan  kaledon  və  hersin  qırışıqlığı 

sahələrində yalnız faylı (qaymalı) dağ silsilələri və qraben tipli dağarası,dağdaxili 

çökəklər yaranmışdır.Bunların hər ikisi öz morfoloji quruluşuna görə cavan qırışıq 

və qırışıq-faylı hərəkətlərin yaratdığı formalardan fərqlənir. 

  Tektonik hərəkətlərin üç əsas tipi ayrılır:şaquli rəqsi hərəkətlər,qırışıq əmələ 

gətirən və qırılma əmələ gətirən (faylı) hərəkətlər.Neogen və dördüncü dövrdə baş 

verən tektonik hərəkətlərin məcmu neotektonik hərəkətlər kimi ayrılır. 

  Ş  a  q    u  l  i    r  ə  q  s  i  (epeyrogenik)  hərəkətlərin  relyef  əmələ  gəməsində 

olduqca  böyük  rolu  vardır.  Bu  növ  hərəkətlər  istiqamətinə  (qalxma,enmə), 

miqyasına  (yayılma  sahəsinə  görə)  görə  müxtəlif  olur  və  çox  müxtəlif  miqyasda 

relyef formaları əmələ gətirir. 

  Ən  yüksək dərəcəli şaquli hərəkətlər böyük strukturların sərhəddindən asılı 

olmayaraq,Yer  qabığının  çox  geniş  sahələrini  əhatə  etməklə,relyefin  ən  böyük 

formalarını  (materikləri,okean  çökəkliklərini)  yaradır.Adətən  müxtəlif  istiqmətli 

ş

aquli  hərəkətlərin  hakim  olduğu  birinci  dərəcəli  planetar  relyef  formaları,Yer 



qabığının xassəsinə görə bir-birindən kəskin fərqlənir. 

   kinci  dərəcəli  şaquli  hərəkətlər  platforma  və  geosinklinal  qurşaqlarda 

yerləşən  iri  müsbət  və  mənfi  relyef  formalarını  əmələ  gətirir.Platformalardakı 

antekliz-yüksəklilər  və  sineklizlər-çökəklər,geosinklinal  qurşaqlarda  yerləşən  dağ 

sistemlərinin və böyük dağarası çökəklərin,yaylaların yaranmasını bu hərəkətlərlə 

izah edirlər. 

  Üçüncü  dərəcəli  şaquli  hərəkətlərin  yayıldığı  sahə  nisbətən  kiçik  olur.Bu 

hərəkətlər  nəticəsində  qırışıq-faylı  və  stolvari-faylı  dağlar  və  çökəklər 

yaranır.Qeyd  etmək  lazımdır  ki,son  zamanlar  qırışıq-faylı  və  faylı  dağlıq 

qurşaqların  əmələ  gəlməsini  tektonik  hərəkətlərin  tamamilə  başqa  növü  ilə 

ə

laqələndirirlər.Bu  litosfer  tavalarının  üfüqi  yerdəyişməsi  (hərəkəti)  nəticəsində 



Melikov Behruz


Yüklə 187,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə