Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları


İşgüzar kommunikasiyanın məqsəd, məzmun və funksiyası



Yüklə 262,04 Kb.
səhifə10/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   78
Mühazirələr 2021

İşgüzar kommunikasiyanın məqsəd, məzmun və funksiyası. İşgüzar kommunikasiya fərdlərarası əlaqələrin qurulması və inkişafına xidmət etdiyi üçün sosial hadisədir. İnsanlar nə üçün işgüzar kommunikativ münasibətlər qururlar? Bu sualın cavabı birbaşa işgüzar kommunikasiyanın məqsədlərini müəyyən edir. Deməli, işgüzar kommunikasiya bizə aşağıdakı məqsədləri həyata keçirmək üçün lazımdır:

  • Subyekt və idarəedici obyektlər arasında informasiya mübadiləsi zamanı;

  • İşçilər və işçi qruplar arasında məlumat mübadiləsi fəaliyyətlərinə nəzarət və koordinasiya üçün;

  • İdarəetmənin səmərəliliyini artırmaq üçün informasiya axınlarının tənzimlənməsi və optimallaşdırılması proseslərində;

  • İş prosesində fərdlərarası münasibətlərin qurulmasında.

Fərdlərarası işgüzar kommunikasiyanın məzmunu da çoxtərəflidir:

Bütün hallarda isə kommunikasiyanın məzmununu bir insandan digərinə ötürülən informasiya təşkil edir.

İşgüzar kommunikasiya müəyyən bir fəaliyyət növünün (peşəkar, istehsalat, elmi, ticari, siyasi və s.) təşkili və optimallaşdırılması üçün istifadə olunur. Və kommunikasiya məqsədyönlü fəaliyyət olduğundan onun hər bir formasının (müzakirə, söhbət, iclas və s) məzmunu kommunikativ niyyətdən və umulan nəticədən asılıdır. Əgər ünsiyyətin məqsədi nəyi isə aydınlaşdırmaqdırsa, bu informasiyanın məzmunu təlimat, izahat, məsləhət xarakterli olacaq. Yox, əgər məqsəd kimin isə mülahizələrini təkzib etməkdirsə, bu zaman məzmun dəlil, sübut və tənqidi fikirlərdən ibarət olmalıdır.

“Funksiya” latın mənşəli termin olub mənası icra, vəzifə, fəaliyyət dairəsi, təyinat və s. deməkdir.

İşgüzar kommunikasiyanın aşağıdakı funksiyalarını göstərmək olar:



  • İnstrumental, yəni zəruri fəaliyyətlərə təşəbbüskarlığı həyata keçirmək üçün idarəedici vasitə;

  • interaktiv, yəni insanları, iş ortaqlarını bir araya gətirən vasitə;

  • özünüifadə etmə, yəni şəxsi hədəf və maraqlarını nümayiş etdirmə vasitəsi;

  • Yayım vasitəsi, yəni məlumatötürmə (əmr, təlimat, hesabat və s.);

  • Sosial nəzarət, yəni işçilərin davranış və fəaliyyətlərini tənzimləyən vasitə kimi;

  • Sosiallaşma, yəni bir komanda daxilində işgüzar ünsiyyət mədəniyyəti bacarıqlarını inkişaf etdirmə vasitəsi kimi.


Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə