Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə35/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   42
dunya land. - копия 2018

Cənub Andları (9) Baş və Sahil Kordilyerlərindən ibarət olub, cənuba doğru çox daralır. Maksimal hündürlüyü 6960 m-ə çatan (Akankaqua zirvəsi) Baş Kordilyerin şimal hissəsi fəalliyyətdə olan və sönmüş vulkanlar zəncirindən ibarətdir; cənuba doğru hündürlüklər tədricən alçalır və vulkanlar müşahidə olunmur. Sahil Kordilyerləri də həmçinin cənuba doğru tədricən alçalır və Çili arxipelaqının adaları şəklində olan ayrı-ayrı massivlərə və zirvələrə parçalanır (Uzununa dərə 420 cənub enliyindən cənuba Çili arxipelaqı və materik arasında boğaza keçir). Cənubi Andlar subtropik və mülayim enliklərdə yerləşir. Qərb və şərq yamaclarının landşaftları arasında kontrastlıq olduğu kimi qalır, ancaq onlar rütubətlənmə şəraitinə görə bəzi yerlərdə dəyişir. Sakit okeansahili yamaclara bol yağıntı düşür; şimaldan cənuba Aralıq dənizi tipli landşaftlar rütubətli subboreal və boreal meşələrlə (okeansahili mövqe) əvəzlənir. Bunlar üçün düz iqlim və isti qışı olan həmişəyaşıl ağac növləri tipikdir. Burada, Cənubi Amerikada ən iri müasir buzlaşma rayonu yerləşmişdir (25 min km2-dən 21 min km2-i burada yerləşir). Pataqoniyanın arid landşaftlarına baxan şərq yamac, demək olar ki, meşəsizdir; şimalda səhra və yarımsəhra landşaftları 3000 m-ə qədər qalxır, cənubda yamaclar, əsasən dağ çölləri ilə tutulmuşdur.
Borealdan subarktikaya keçid təşkil edən çəmən landşaftları Pataqoniyanın cənub qurtaracağında, Odlu Torpağın şimal və şərq düzənliklərində, Folklend (Malvin) və Cənubi Georqiya adalarında rast gəlinir. İqlimi sərin okeanikdir, tez-tez siklonlar müşahidə olunur, nisbi rütubətin daimi yüksək olması (8090%), orta aylıq temperaturun kiçik amplitudası (670C) və il ərzində sıx bulud örtüyü ilə fərqlənir. Yanvarın və fevralın orta temperaturu 9100C, iyulda 230C, bəzən şaxtalar olur, mütləq minimum -110C, -160C-ə qədərdir. Yağıntıların illik miqdarı 350600 mm-dir; adətən çiskinli, ilin 240250 günü sıx dumanla müşayiət olunan yağıntılı keçir. Fəsillər üzrə yağıntı demək olar ki, nisbətən bərabər paylanmışdır, ancaq onun maksimumu dekabr-yanvar, qismən quraqlıq isə sentyabr-oktyabr aylarında müşahidə olunur. Qışda tez-tez qar yağır, lakin tez əriyir. Daimi və güclü qərb küləkləri (il ərzində 340 gün küləkli keçir) qışda qar çovğunları ilə müşayiət olunur.
Çoxsaylı xırda çaylar geniş, zəif yarılmış dərələrlə axır. Eroziya prosesləri demək olar ki, müşahidə olunmur, səthi yuyulma üstündür. Dənizsahili geniş qumlu plyajların bəzi sahələrində relyefin eol formaları əmələ gəlir.
Düzənliklərin zəif drenajlı ərazilərində torf-podzollu, depressiyalarda bataqlıq və çəmən torpaqları yayılmışdır. Odlu Torpağın şimal qurtaracağında və Pataqoniyanın cənubunda az qalınlığa malik rankerlərdən (karbonatlı süxurlarda inkişaf edən, illüvial təbəqəsiz, üzvi-akkumlyativ təbəqəli torpaq) ibarət soyuq otlu sahələr yayılmışdır.
Təbii bitki örtüyü hebe (Hebe elliptica) kolluqlar forması və qırmızı sucuğun (Empertrum rubrum), materikə nisbətən daha zəngin taxılkimilər örtüyünün geniş yayılması ilə xarakterizə olunur. Yaxşı drenajlı sahələrdə taxılkimilər – cır yulaf (Festuca gracillima), qırtıc (Poa flabellata) və kordateriya (Cortaderia pilosa) geniş yayılmışdır. Böyük qoyun sürülərinin otarıldığı yerdə taxılkimilər süpürgəkimilərlə (Blechnum pernettia) qarışır. Bitkilərin döşəyəoxşar formaları (Azorella, Donatia, Gaismardia, Astelia) geniş yayılmışdır. Çökəklər sfaqnum mamırı, şahçiçəyindən (Drosera) ibarət geniş, əsasən qumotulu bataqlıqlarla tutulmuşdur. Sıx otlar arasında pinqvinlər, dəniz quşlarının bir çox növü yuva qurur. Təbii bitki örtüyü mal-qaranın kor-təbii otarılması və yanacaq kimi istifadə olunması nəticəsində daha tez deqradasiyaya uğrayır. Nisbətən sıx bitki örtüyü nadir hallarda rast gəlinən yüksəkliklərin sıldırım yamaclarında qalmışdır.
Bu tipə Odlu Torpağın dağları daxil olmaqla, 41440 cənub enliyindən cənuba, Pataqoniya Andlarının qərb yamaclarındakı landşaftlar aiddir. Onlar boreal landşaftların baryer-yağış variantını əmələ gətirir. Bu landşaftlara Avrasiyanın tayqaaltı landşaftlarının uzaq oxşarı kimi baxmaq olar. Sakit okean hava kütlələrinin daimi axını ilə əlaqədar burada iqlim son dərəcə sakit və rütubətli okeanikdir. Yayı tundrada olduğu kimi, soyuqdur (fevralın orta temperaturu 8100C), ancaq qış bu enlik üzrə götürüldükdə, çox istidir (iyulun orta temperaturu 340C, Odlu Torpağın cənubunda 00C-dən 20C-ə kimi). Bu cür termik vəziyyət həmişəyaşıl ağac növlərinin materikin cənub qurtaracağına qədər inkişafına şərait yaradır. Orta hesabla, il ərzində sahil zonasına 20003000 mm, dağlarda – 5000 mm-ə qədər və daha çox yağıntı düşür. Yağıntı fəsillər üzrə bərabər paylanmışdır (orta aylıq miqdarı 200 mm-dən aşağı düşmür). Daimi yüksək nisbi rütubət (8283%), sıx bulud örtüyü, fırtınalı küləklər xarakterikdir. Qar xətti çox aşağıda, şimalda 10001200 m-dən, Odlu Torpaqda 600800 m-ə qədər hündürlükdən keçir, dağlarda qalın buzlaşma inkişaf etmişdir. Buzlaqların qurtaracağı çox vaxt dənizə və dağ göllərinə qədər enir və nisbətən böyük aysberqlərin başlanğıcını əmələ gətirir.
Dağlardan dərin ensiz dərələr ilə axan çoxlu sayda xırda çaylar, bulaqlar yağıntılar, qar və buzlaqların ərimiş suları daha çox olduğuna görə daim bolsuludur. Torpaqlar intensiv yuyulma və ifrat rütubətlənmə şəraitində formalaşır ki, bu da yuxarı horizontda əsasların yuyulmasına, istilik çatışmadıqda isə üzvi qalıqların zəif parçalanmasına səbəb olur. Düzənliklərdə podzol, torflu-podzol, bataqlıq və çəmən torpaqlarının müxtəlif növləri üstündür. Yamaclarda skeletli çınqıllı dağ-meşə qonur torpaqlar inkişaf etmişdir.
Cənubi Amerikanın boreal landşaftları demək olar ki, məskunlaşmamış ərazilərdir və onlarda təbii bitki örtüyü yaxşı qorunub saxlanılmışdır. Sıx, alçaq gövdəli (bəzən 1012 m) qarışıq meşələr, çox sıldırım və güclü qərb küləklərə açıq olan yamaclar istisna olmaqla, demək olar ki, bütün ərazini əhatə edir. Ağac örtüyünü yarpağınıtökən cənub fıstıqları – Antarktik (Nothofagus antarctica), cırtdan (N. pumilio); həmişəyaşıllardan – tozağacına oxşar cənub fıstığı (N. betuloides), kanelo (Drimys winteri), veynemanniya (Weinmannia trichosperma), maytenus (Maytenus magellanica); iynəyarpaqlılardan – esedro (Libocedrus tetragona), Podokarpus (kökümeyvə – Podocarpus nubigena) əmələ gətirir. Çox zəngin və sıx meşəaltı əsas növlərin və kolluqların cavan pöhrəliklərindən – zirincdən (Berberis buxifolia, B. heterophylla, B. ilicifolia, B. microphylla), qarağatdan (Ribes magellanicum), o cümlədən bir çox digər növlərdən ibarətdir. Ərazi üçün qıjıkimilərin (Alsophila quadripinnata, Blechnum chilense) bolluğu və müxtəlif otlar, mamır və şibyələrdən ibarət sıx örtük xarakterikdir. Bataqlıqlaşmış yerlərdə ağaclar kolluq formasını alır, yerüstü örtükdə mamırlar (Sphagnum acutifolium) üstündür. Kol formalı yarpağınıtökən fıstıq və esedro meşələri də yuxarı qurşağı əmələ gətirir. Onun sərhədi şimalda 10001200 m-dən cənubda 400 m-ə qədər enir. Eynilə həmin istiqamətdə (cənuba) ağacların hündürlüyü 20 m-dən 23 m-ə qədər azalır. Küləkdöyməyən yamaclarda və açıq sahələrdə meşələr seyrəkləşir, ağaclar çox vaxt əyri gövdəyə, bayrağaoxşar çətirə malik olur və ya yerüstü kol formaları ilə qarışır. Şərqi küləkdöyməyən yamaclarda meşələrin sərhədi 200 m yuxarı qalxır, lakin meşələr lap ətəyə qədər enmir: burada landşaftlar artıq başqa bir tipə – arid yarımsəhra tipə aid edilir.
Boreal landşaftlardan şimalda, təxminən 370 cənub enliyinə qədər Sakit okeansahili zolaqda və ona bitişik Andın qərb yamaclarında boreal landşaftlar kimi ekspozision xarakterə malik, çox vaxt subtropik gileya adlanan landşaftlar yayılmışdır. Onların Avrasiyada oxşarı, yəqin ki, subaralıqdənizi landşaftların rütubətli formaları ola bilər. Okeanın təsiri və dağlıq baryerinə görə burada iqlim çox rütubətlidir və düzdür; ən soyuq ayın temperaturu təxminən 480C-dir, lakin yayı sərindir və istilik ehtiyatı çox aşağı olduğundan bu landşaftları subtropik landşaftlara aid etmək olmaz (fəal temperaturlar cəmi, orta hesabla 30000C-ə yaxındır). Yağıntının illik miqdarı adətən 20003000 mm təşkil edir, ancaq boreal landşatflardan fərqli olaraq, yağıntı il ərzində qeyri-bərabər paylanmışdır: şimala doğru daha da kəskinləşən (eyni zamanda yağıntının illik cəmi də kəskin azalır) qış maksimumu çox aydın seçilir (aprel-sentyabr).
Andın qərb yamaclarından çoxlu sayda, lakin çox da uzun olmayan çaylar axır. Yağış və buzlaqla qidalanan çaylar il boyu bolsulu olur və nadir hallarda qışda donur. Uzununa dərələri kəsərək bolsulu çaylar göllərlə birlikdə mürəkkəb su sistemləri əmələ gətirir və Sakit okean sahilində dərin estuarilərlə qurtarır.
Torpaqəmələgəlmə intensiv yuyulma rejimi ilə xarakterizə olunur. Turş çökmə süxurlarda qonur meşə torpaqlar formalaşır. Qalın vulkanik kül təbəqəsi ilə örtülmüş yamacların və dağətəklərin böyük hissəsində özünəməxsus vulkanik torpaqlar – tərkbində humusun miqdarı böyük olan “trumao” əmələ gəlir. Şimal rayonlarında, bəzi yerlərdə vulkan külü çöküntülərinin qədim kaolinitli aşınma qabığında torpaqlar qırmızıtorpaqlara yaxındır.
Bitki örtüyü sıx kolluq yaruslu, liana və epifitli, rütubətli, hündür gövdəli, çoxyaruslu həmişəyaşıl meşələrdən ibarətdir. Yuxarı yarusda alerçe relikt ağacı və ya 60 m hündürlüyə çatan, gövdəsinin diametri 45 m-ə qədər olan Cənubi Amerika qara şamı (Fitzroya patagonica) seçilir. Ancaq meşənin əsas fonunu hündürlüyü təxminən 40 m-ə çatan 2-ci yarusun ağacları təşkil edir. Onlara həmişəyaşıl cənub fıstığı (Nothofagus dombeyi, N. nitida), kanelo (Drimys winteri), ulmo (Eucriphia cordifolia), arrayyan (Myceugenella apiculata), laureliya (Laurelia serrata), veynemaniya (Weinmannia trichosperma) və digər ağaclar aiddir. Cənuba doğru və yamacların yuxarı hissəsində həmişəyaşıl fıstıq nyirenin (Nothofagus pumilia) və raulun (N. procera) yarpağınıtökən növləri ilə, dəfnəyarpaqlı tik (hind ağacı – Aextoxicum punctatum), libosedruslar podokarpuslardan və sakseqoteyadan (Sacegothea conspicua) ibarət iynəyarpaqlılarla qarışır. Aşağı yarusda, hündürlüyü 10 m-ə qədər olan sıx meşəliyi bambuklar (Chusquea quila, Ch. colihue), ağacaoxşar qıjılar (Blechnum magellanicum), həmişəyaşıl kolluqlar (mərsin, zirinc və s.) əmələ gətirir. Rütubətli meşədə ot örtüyü nisbətən kasıbdır, tez-tez müxtəlif mamır və şibyələrə rast gəlinir.
Dağ meşələrinin faunası çox zəngindir. Burada uemul maralı, endemik pudu, kisəli siçan opossum qalmışdır, yırtıcılardan magellan iti və vəhşi pişik, çaylarda su samuru yayılmışdır. Quşlar, həmçinin endemik quşlar həddindən artıq çoxdur: sahildə çoxlu sayda flaminqo, ibislər, vağlar; yırtıcı quşlardan kondor, keçəl kərkəs və s. rast gəlinir.
Meşələrin bitkiləri çox qırılmışdır. Əsasən intensiv qırılmaya silsilələrin küləkdən qorunan şərq yamacları və Uzununa dərənin düzənlikləri məruz qalır. Kənd təsərrüfatı sahələri üçün meşələrin yandırılması və qırılması hətta ən rütubətli rayonlarda belə həyata keçirilir. Torpaqlar yanğından sonra eroziyaya məruz qalır, yamaclarda sürüşmələr baş verir. Bununla belə, bərk (qalın) axın kəskin artır, çaylarla aparılan dağ süxurlarının parçalanma məhsulları aşağı axarında çökdürülür. Meşələrdən təmizlənmiş sahələr, əsas etibarilə iri buynuzlu mal-qaranın otarılması və yem bitkilərinin əkilməsi üçün istifadə edilir.
Mülayim qurşağın yarımsəhra landşaftları qərbdən gələn rütubəti saxlayan və Andın yağış kölgəsində yerləşən Pataqoniya üçün tipikdir. Quraqlığı Atlantik okeanı sahilindəki soyuq Folklend cərəyanı daha da gücləndirir. Cəm günəş radiasiyası cənubdan şimala artır, orta hesabla o, təxminən 100120 kkal/sm2il təşkil edir, radiasiya balansı – təxminən 40 kkal/sm2ildir. Ən isti ayın temperaturu cənubda 100C-dən şimalda 200C-ə qədər artır, ən soyuq ayın temperaturu isə 10C-dən 50C-ə qədər artır. Qışda tez-tez şaxtalar olur, mütləq minimum, bəzi yerlərdə -300C-dən aşağıdır. Eyni ilə həmin enlikdə yerləşən Sakit okean sahilindən fərqli olaraq, burada iqlimin kontinentallığı daha yüksəkdir. Kontinentallıq Atlantik okeanı sahilindən Andın ətəklərinə doğru, N.N.İvanovun şkalasına görə 56-cı pillədən 8-ə qədər artır. İllik yağıntının miqdarı, əsasən 200 mm-i keçmir, yalnız dağətəklərində artır. Yağıntının çox hissəsi ilin soyuq dövründə (mart-sentyabr, may-iyunda maksimum olur), əsasən qar formasında düşür. Buxarlanma il boyu yağıntının miqdarını üstələyir, buna görə də rütubət çatışmazlığı qışda da hiss olunur. İl ərzində axın layı 510 mm-dən çox olmur.
Yarımsəhraların iri çayları: Rio-Kolorado, Rio-Neqro, Çubut və Santa-Krus öz başlanğıcını Anddan götürür və qarla, dağ göllərinin suyu ilə qidalanır. Platoda çay dərələri geniş, zəif yarılmış, aşağı hissədə terraslaşmışdır. Qışda və yazda daşqınlar olur, ancaq suyun səviyyəsi çox az qalxır. Platodakı çox kiçik çayların bir qismi qrunt suları ilə qidalanır və adətən kiçik göllərə, bataqlıqlara və ya şoranlıqlı bataqlıqlaşmış depresiyalara tökülür. Yarımsəhrada, böyük hissəsi dağətəklərində yerləşən kifayət qədər çoxlu göllər var. Mərkəzi rayonlardakı göllərin çoxu yayda quruyur.
Ekzogen proseslər özünü, əsasən intensiv fiziki aşınma və deflyasiyada göstərir. Asan parçalanan, zəif sementləşmiş süxurlar (qumluqlar, ala-bəzək gillər), allüvial və yumşaq eol çöküntülərin üstün olması yamacların ümumi görünüşünə və relyefin hamarlaşmasına şərait yaradır. Köklü süxurlardan təşkil olunan suayırıcında tez-tez deflyasion çökəkliklərə, hamar akkumlyativ düzənliklərdə qum tirələrinə rast gəlinir. Erozion proseslər zəif inkişaf etmişdir.
Qonur səhra-çöl qumları və daşlı torpaqlar üstündür. Səthi çox vaxt çınqıl və çaqıl daşından ibarət olub, xırda torpaq dənəciklərinin üfürülməsi nəticəsində üzə çıxan zirehlə örtülü olur. Dağətəklərində və daha rütubətli cənub rayonlarında, tərkibində təxminən 2,5% humus olan şabalıdı-karbonatlı torpaqlar yayılmışdır. Əsas torpaqlar şoranlıqlarla, şorakətlə, vulkanik torpaqlarla, qum tirələri ilə qarışır. Çay dərələrində allüvial torpaqlar çox vaxt bataqlıq və şoranlaşmış torpaqlarla növbələşir.
Bitki örtüyündə tikanlı və yarpaqsız, adətən həmişəyaşıl kolluqlar və hündürlüyü 0,51,0 m olan döşəyəoxşar formalı yarımkolluqlar üstünlük təşkil edir. Daha çox Bolax növləri (B. gummifera, B. madreporica), tikanlı çətirli Milinium spinosum, xaçgülü (Senecio filagionoides), həmçinin zirinclər (Berberis buxifolia, B. heterophylla) yayılmışdır. Daha quraq olan şərqdə mürəkkəbçiçəklilər Nassauvia glomerulosa və Chuquiraga aurea, verbena (Verbena ligustrina), əməköməci fəsiləsindən Corinabutilon bicolor və s. üstündür. Sıldırım yamaclarda xırda kürəyəoxşar kaktuslar (Maihuenia patagonica, Austrocactus), Adesmia campestris paxlalıları, Cruckschanskia glacialis boyaqotukimiləri bitir. Daha rütubətli sahələrdə, yamacların ətəklərində böyük, hamar çətirli Azorella döşəkkimiləri seçilir. Bitki örtüyü adətən ərazinin 3040%-ni tutur. Daha qapalı örtük çay dərələrində müşahidə olunur. Geniş yayılan döşəyəoxşar (sərilmiş) formalı bitkilər, yəqin ki, havanın aşağı temperaturu və daimi güclü küləkli iqlimə uyğunlaşma şəraitində formalaşmışdır.
Yarımsəhraların daha rütubətli qərb dağətəyi hissəsində tipçak (Festuca pallescens), ceyranotu (Stipa speciosa) və s.-dən ibarət taxılkimilərin ensiz zolağı seçilir. Şərqdə taxılkimilər (dənli bitkilər) ancaq qumlu düzənliklərdə yayılmışdır. Rütubətli dərələrdə Avropadan gətirilən bir neçə növlər qarışıqlı qumotu çəmənliyinə rast gəlinir. Tipçakdan (Festuca gracillima) ibarət taxılkimilər həmçinin, Pataqoniyanın daha rütubətli cənub ucqarında və Odlu Torpağın şimal qurtaracağında üstünlük təşkil edir.
İqlimi isti (orta yanvar temperaturu 24250C-ə çatır) olan şimal hissədə Pataqoniya yarımsəhraları tədricən subtropik səhra və yarımsəhra landşaftlarına keçir. Keçidi kreozotov kolundan və ya harilyidən (Larrea divaricata, həmçinin L. cuneifolia və L. nitida) ibarət yarımsəhra zolağı əmələ gətirir.
Pataqoniyanın az məhsuldarlı torpaqlarından qoyunların otarılması üçün istifadə edilir.
Yarımsəhrada hələ də lama dəstəsindən olan quanako və onlara qohumluq təşkil edən vikuniyaya rast gəlinir. Yırtıcılardan puma, magellan iti, nadir pampa pişiyi geniş yayılmışdır. Mara, tuko-tuko, armadil gəmiriciləri xarakterikdir; quşlardan - Darvin dəvəquşusuna (nandunun cənub növü), kondor, flaminqoya (çay dərələrində) rast gəlinir.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə