Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə38/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   42
dunya land. - копия 2018

Melaneziyaya ekvatordan cənubda yerləşən, nisbətən iri adalar: Yeni Qvineya, Bismark arxipelaqı, Solomon, Yeni Hebrid, Yeni Kaledoniya, Fici adaları daxildir. Adaların relyefi dağlıq olub, fəal vulkanizm və seysmikliyi ilə seçilən kaynozoy qırışıqlıq qurşağına aiddir. Rütubətli meşələr, bəzi yerlərdə ekvatorial savanna və tropik landşaftlar üstünlük təşkil edir.
Mikroneziya əsasən ekvator və şimal tropiki arasında yerləşən bir neçə adalar qrupunu əhatə edir: Marian, Karolin, Marşal və Gilbert adaları. Bunlar mərcan atollarıdır, lakin vulkanik adalar da vardır (Quam və s.).
Polineziya ekvatorun hər iki tərəfində, Okeaniyanın şərq hissəsində qalan bütün adaları əhatə edir. Ən şimal iri arxipelaq - vulkanik mənşəli Havay adalarıdır (4205 m-ə qədər). Digər adaların çoxu – mərcan atollarıdır. Rütubətli tropik landşaftlar, bəzi yerlərdə – savanna landşaftları üstündür. Polineziyaya çox vaxt 2 iri dağlıq (3764 m-ə qədər) adadan ibarət Yeni Zelandiyanı da aid edirlər. Bu adalar kaynozoy qırışıqlıq qurşağına aid olub, rütubətli subboreal və subtropik landşaftların üstünlüyü ilə seçilir.
Rütubətli subtropiklər materikin cənub-şərq qurtaracağında, Yeni Zelandiyanın Şimal adasının şimalında və kiçik sahədə Tasmaniyada yayılmışdır. Okeansahili vəziyyəti və cənub-şərq passatların təsiri (adalarda – həmçinin qış qərb hava kütlələri) kifayət qədər rütubətli yumşaq dəniz (materik hissəsində – zəif dəniz) iqliminə şərait yaradır. Fevralın orta temperaturu 18220C, iyulda 10120C təşkil edir, fəal temperaturlar cəmi 500060000C-dir. Düzənliklərdə şaxta nadir hallarda olur, qar praktiki olaraq, olmur. İl ərzində 10001200 mm yağıntı düşür, onlar müqayisədə, bərabər paylanmışdır, ancaq qış və ya payız-qış leysan yağışları daha bol olur. Yağıntının ən az orta aylıq miqdarı (noyabrdan yanvara kimi) 6070 mm, daha çox (Yeni Zelandiyada – iyulda, materikdə – apreldə) 130-140 mm təşkil edir. Rütubətlənmə əmsalı, orta hesabla, il ərzində 1-ə yaxın və ya bir qədər yuxarı olur; Yeni Zelandiyada yanvar-martda onun qiyməti 0,8-ə qədər enir; Sidneydə ilin çox hissəsi (sentyabr-fevral) rütubətlənmə əmsalı 0,5-1 təşkil edir.
İllik axın layı böyük intervalda (100 mm-dən 500 mm-ə qədər və yuxarı) tərəddüd edir. Dağlıq relyef çay şəbəkəsinin xarakterini müəyyən edir. Çoxlu sayda qısa, ensiz, dərin dərələrlə axan, gur, astanalı çaylardan ibarətdir. Ən böyük su sərfi iyun-iyulda müşahidə edilir.
Zonal torpaqları sarı torpaq tipinə aiddir, ancaq dağlıq sarı-qonur və boz-meşə torpaqlar üstünlük təşkil edir, onlar zəif turş və ya neytraldır, humus tutumu azdır. Daha münbit qırmızı torpaqlar (və ya qırmızı-qonur) bazaltların aşınmasının ferralitli məhsullarında formalaşır.
Bitki örtüyü kifayət qədər zəngindir və rütubətlənmə dərəcəsindən, enlikdən və ada kimi təcrid olması əhəmiyyətli dərəcədə regional müxtəlifliyə gətirib çıxarmışdır. Oklend yarımadasında və cənubdan qonşu olan, 380 cənub enliyindən şimalda yerləşən ərazilərdə, əvvəllər qarışıq subtropik meşələr yayılmışdır ki, onun tərkibində 100 yaxın ağac növü var idi. Müasir dövrdə onların sahəsi azalmışdır. Onların yuxarı yarusunu həm iynəyarpaqlılar – hündürlüyü 3050 m kauri (Agathis australis), kökümeyvəlilər (Podocarpus totara, P. dacrydioides), rimu (Dacrydium cupressinum), həm də həmişəyaşıl enliyarpaqlılar – taraire (Belischmiedia taraire), tava (B. tava), kamaxi (Weinmannia racemosa, W. Sylvicola), naytiya palması (Knightia excelsa), lövhəşəkilli köklü laureliya (Laurelia novae-zelandiae) əmələ gətirir; ikinci yarusda – Podocarpus spicatus, Dacrydium intermedium, Phyllocedrus trichomanoides, nikau palması (Rhopalostylis sapida), hündürlüyü 15 m-ə çatan ağacaoxşar qıjıkimilərə (Cyathea medullaris, Dicksonia squarrosa və s.) rast gəlinir. Liananın (o cümlədən, Freysinetia banksii, Metrosideros scandens) 45 növü, çoxlu sayda epifitlər (səhləblər, qıjılar, plaunlar, mamırlar, şibyələr) məlumdur.
Materikdə “yağış” subtropik meşələr, əsasən 280 və 300 cənub enlikləri arasında, daha çox yağıntı düşən (1200 mm-dən yuxarı) yamaclara və yanaşı düzənliklərə aiddir. Yuxarı yarusu nəhəng (120 m-ə qədər hündürlükdə və diametri 12 m) evkaliptlər (Eucalyptus obliqua, E. amygdalina və s.); ikinci yarusu – müxtəlif həmişəyaşıl və iynəyarpaqlılar (Atherosperma moschatum, Eugenia smithii, Doryfora sassafras, Araucaria cunninighamia və s.), həmçinin ağacaoxşar qıjılar (Dicksonia antarctica, Cyathea, Alsophila, Todea), saqokimilər əmələ gətirir; lianalar və epifitlər çoxdur. Bu meşələrin böyük hissəsi qırılmış və sənayedə istifadə olunan evkaliptlərlə əvəz edilmişdir. Subtropik cənub-şərqin qalan ərazisində akasiya, kazuarin, banksidən ibarət aşağı yaruslu nisbətən sıx və hündür olmayan evkalipt (Eucalyptus viminalis, E. obliqua, E. radiata, E. sieberi və s.) meşələri üstünlük təşkil edir. Hündürlüklə və yağıntının miqdarının artması ilə onlar, aşağıda ağac yaruslu və kolluqlardan ibarət meşəlikli, daha hündür gövdəli (100 m-ə qədər) rütubətli sklerofil evkalipt (E. regnans, E. delagatensis, E. obliqua, E. viminalis, E. pilularis, E. saligna, E. propinqua) meşələrinə keçir.
Subtropik Avstraliya meşələrinin heyvanat aləmi bu materik üçün xas olan relikt növlərdən ibarətdir. Burada, Avstraliyanın hər yerində olduğu kimi, dırnaqlılara və primatlara rast gəlinmir, ancaq 162 növ Avstraliya kisəliləri, o cümlədən koala (kisəli ayı) və kuzu, həmçinin kisəli uçan mişovul, şəkər dələsi, ağac kenqurusu və s. yayılmışdır. Tasmaniyada kisəli canavar və kisəli şeytana (meşələrdə yaşayan, bədəninin uzunluğu yarım metrdir və yırtıcıdır) rast gəlinir. Digər nümayəndələrindən - qədim yumurtaqoyan məməliləri – ördəkburun və yexidnanı göstərmək olar. Quşlar çoxdur, o cümlədən liraquyruq, cənnət quşu (şimalda), qara durna, tutuquşu, açıq sahələrdə emu dəvəquşusuna və s. rast gəlinir. Sürünənlərdən ilanlar daha çoxdur, kərtənkələnin 2 növü məlumdur. Həşəratlar çoxdur.
Avstraliyanın daxili cənub-şərq və cənub-qərb rayonlarını, meşə subtropikləri ilə materikin kontinental sektoru səhraları arasında keçidi, daha doğrusu keçidlər seriyası əmələ gətirən semiarid subtropik landşaftlar tutur. Hidrotermik şəraitinə görə bu landşaftlar meşə-çöl və ya savanna, bir hissəsi digər materiklərin subtropik çölləri ilə tutuşdurula bilər, ancaq daha dəqiq uyğunlaşdırılmanın aparılması, həmçinin tiplərə bölünməsi landşaftların özünəməxsusuluğu, hər şeydən əvvəl bitki örtüyü ilə çətinləşir. Avstraliyanın bir çox subtropik (və bir çox tropik) qrupları üçün evkaliptlər dominantdır. Bu cinsin təxminən 500 yaxın növü cürbəcür ekoloji formalarla – rütubətli meşələri əmələ gətirən böyük ağaclardan səhra xarakterli kolluqlara qədər (malli-skrab) təqdim olunmuşdur. Baxılan yığma landşaft tipi üçün seyrək meşələrə, savannalara və kolluqlar sahəsinə sərhədləri çox vaxt dəqiq olmayan keçidlər əmələ gətirən, müxtəlif hündürlük və sıxlığa malik seyrək evkalipt meşələri xarakterikdir.
Periferik subtropik meşələrlə müqayisədə, seyrək meşə landşaftları daha kontinental (tipik kontinentala yaxın) və quru iqlimlə xarakterizə olunur. Daxili düzənlik rayonlarında yanvarın orta temperaturu 260C, iyulda 9100C-ə çatır. İstilik ehtiyatı əhəmiyyətli dərəcədə çoxdur, ancaq rütubətli dənizsahili subtropiklərdən fərqli olaraq burada, qışda, adətən şaxtalar olur, mütləq minimum düzənliklərdə və dağətəklərində -7, -80C-ə çatır.
Yağıntının miqdarı kifayət qədər geniş intervalda tərəddüd edir, 600 mm-i tipik illik norma saymaq olar, ancaq daxili periferiyalara doğru o, 400 mm-ə qədər azalır, bəzi yerlərdə isə bundan da aşağı olur. Yağıntıların il ərzində bərabər paylanması xarakterikdir (Melburnda, ay ərzində 49-dan 66 mm-ə qədər yağıntı düşür), ancaq şimala tərəf aydın seçilən yay maksimumu, cənub-qərb istiqamətdə qış maksimumu müşahidə olunur. Rütubətlənmənin illik əmsalı periferiyadan mərkəzə doğru 0,70,6-dan 0,30,2-ə qədər azalır. Tipik şəraitdə maydan iyula kimi yağıntı buxarlanmanı üstələyir, qalan müddətdə rütubətlənmə əmsalının qiyməti 0,25-dən 1-ə qədər tərəddüd edir, ancaq daxili rayonlarda və cənub-qərbdə yayda o, 0,25-dən aşağı olur.
Düzənliklərdə illik axın layı 10 mm-ə qədər azalır. Böyük Suayırıcı silsilənin qərb yamaclarında formalaşan çayların çoxu daimi axına malikdir. Daşqınlar qış-yaz dövründə olur. Cənub-qərbdə daimi çay şəbəkəsi yoxdur.
Qırmızı-qəhvəyi və ya qırmızı-qonur adlandırılan torpaqlar xassələrinə görə qəhvəyi torpaq tipinə uyğundur. Onların profili intensiv torpaqdaxili gillənmə ilə əlaqədar yaxşı seçilir; profilin aşağı hissəsində karbonatlar müşahidə olunur. Bu torpaqlar neytral reaksiyalı və əsaslarla az doymuşdur. Çox az humus tutumuna malikdir. Bəzi yerlərdə, ağır qədim allüvidə quraqlıq vaxtı çat-çat olan qaratəhər torpaqlar (vertisollar) formalaşır. Qara rəngli torpaqlar bazaltlı və karbonatlı süxurlarda inkişaf edir.
Bitki örtüyünün əsas tipi – Şərqi Avstraliya dağlarının yağışlı kölgəsindəki qərb ətəklərini və hündür düzənliklərin geniş zolağını tutan evkaliptli sklerofil seyrək meşələrdir. Yuxarı yarusdakı ağacların hündürlüyü 30 m-ə qədər, budaqların sıxlığı 1030%-dir. İl ərzində təxminən 400500 mm yağıntı düşən denudasion düzənliklər üçün Eucalyptus woolsiana, E. ovata, E. populnea, E. crebra növləri xarakterikdir; evkaliptin budaqlarının altında kiçik akasiyalar, kazuarinlər, həmçinin Callitris glauca (bəzən çox hündürə qalxan) bitir. İl ərzində 500600 mm yağıntı düşən qərb dağətəklərində qırtıc (Poa), dantoniya (Danthonia), ağ ot (Stipa), cənub temedasından (Themeda australis) ibarət taxılkimilər, tropiklərə keçən şimal rayonlarında digər taxılkimilər (Dichanthium, Bothriocloa, Aristida) örtüklü, evkaliptin başqa növlərindən (Eucalyptus albens, E. populnea, E. melanophloia, E. tereticornis, E. pauciflora) ibarət seyrək meşələr yayılmışdır. Hündürlüklə və yağıntının miqdarının artması ilə (il ərzində 600800 mm) əlaqədar alçaq dağlıqdakı seyrək meşələr evkaliptlərdən (Eucalyptus baxteri, E. obliqua, E. macrorhyncha, E. sideroxylon, E. haemastoma, E. gummifera) ibarət seyrək (3070%) örtüklü və sklerofil kolluqlardan ibarət sıx meşəlikli Aralıq dənizi tipli cənub-qərb meşələrinin analoqu olan quru sklerofil (açıq) meşələrə keçir.
Bu tip landşaftların daxili sərhədi boyu, bəzi yerlərdə, hündür kolluqlu, meşəlikli, akasiyalardan (Acacia exselsa, cənubda A. pendula, A. harpophylla, şimalda A. cambagei) ibarət alçaq seyrək meşələr müşahidə olunur; gilli allüvial düzənliklərdə, dağarası çökəkliklərdə, həmçinin bazaltlı platolarda, bəzən seyrək evkaliptli, ağ ot, dantoniya, temeda, qırtıcdan (şimalda Astrebla lappacea) ibarət çimli-taxılkimililər qrupu yayılmışdır.
Həmişəyaşıl meşəli humid tropik landşaftlar əslində ekspozision (yağışlı) xarakterə malikdir. Onlar, əsasən, küləkdöyməyən yamaclardakı savannalarla növbələşərək dağların küləkdöyən yamaclarına aiddir. Materikdə bu tipli landşaftlar 290 cənub enliyindən (Kuktaun və İnqe arasında) şimala, eni 50–60 km-dən çox olmayan Şərqi Avstraliya dağlarının sahilyanı yamaclarının kiçik hissəsini tutur. Okeaniyada bura, tropiklər arasında yerləşən bir çox adalar aiddir; yarpağınıtökən və ya yarpağınıtökən-həmişəyaşıl meşəli subekvatorial landşaftlara burada praktiki olaraq rast gəlinmir.
Materik hissəsində ən soyuq və ən isti ayın orta temperaturu, uyğun olaraq, təxminən 200C və 270C təşkil edir, adalarında isə o 240C və 290C-ə çatır. Mütləq minimum 100C-dən aşağı deyil. İqlimi, əsasən zəif dəniz tiplidir. Periferik rayonlarda temperaturun orta illik amplitudası 6–70C-dir, ekvatora yaxınlaşdıqca o, tədricən azalır və qış temperaturları artır. Sutkalıq amplitudalar da, həmçinin periferiyalarda əhəmiyyətli dərəcədə yuxarıdır (Numeada, Yeni Kaledoniyada sentyabrda 140C-ə qədər). İstilik təminatı yüksəkdir (fəal temperaturlar cəmi 8500–95000C-dir). Yağıntı əsas etibarilə passatlarla - şimal yarımkürəsində şimal-şərq passatı və cənub yarımkürədə cənub-şərq passatı ilə gətirilir. Maksimum adətən, yaya düşür (qərbdə o, musson effekti ilə güclənir). Kvinslendin şimal-şərqində, sədd ətəyi rayonunda il ərzində 2000 mm-ə qədər, bəzi yerlərdə 3500 mm-ə qədər yağıntı düşür; yağıntılı dövr dekabrdan aprelə kimi davam edir, fevral-martda yağıntının aylıq miqdarı 400 mm-dən çox olur. Qışda yağıntının miqdarı ay ərzində 40 mm-ə qədər azalır, rütubətlənmə əmsalı 2–6 ay ərzində vahiddən aşağı ola bilər, ancaq 0,25 mm-dən aşağı olmur; quraqlıq dövrü burada olmur. Oxşar rütubətlənmə rejimi Okeaniyanın tropik adalarında müşahidə olunur. Passat əsən istiqamətə baxan yamaclara 2000–4000 mm yağıntı düşür (Havay adalarında - bəzi yerlərdə daha çox). Burada iki fəsil seçilir: nisbətən quru və sərin (maydan sentyabra və ya cənub yarımkürədə oktyabra kimi) və rütubətli isti (noyabr-aprel) fəsil. Lakin rütubətlənmənin fəsli kontrastları qısalmışdır. Ən bol yağıntı (ay ərzində 300–400 mm) mart-apreldə düşür, onun nisbətən az hissəsi adətən, aylıq yağıntının miqdarı 100 mm-dən az olduğu vaxta, iyun-avqusta təsadüf edir, ancaq bu zaman da o, ya buxarlanma kəmiyyətini üstələyir, ya da 2–4 ay ərzində ondan bir qədər aşağı olur, buna görə də quraqlıq dövrü müşahidə olunmur. Adaların üzərindən qasırğalı küləklə müşayiət olunan tropik siklonlar keçir.
Rütubətli tropik meşələrdə üstünlük təşkil edən torpaqlar müxtəlif dərəcədə ferralitləşmişdir (tropik dəmirli). Onlar müxtəlif ana süxurlarda, bəzən laterit aşınma qabığında formalaşır. Böyük hissəsi ferralitləşmənin orta mərhələsində olan, müxtəlif yaşlı vulkanik süxurlardakı torpaqlar geniş yayılmışdır. Onlar zəif turş reaksiyaya malikdir, tərkibində 20%-ə qədər humus var, kalsium və fosforla nisbətən zəngindir. Ferralitləşmənin daha aydın təzahür olunduğu qədim lavalı örtüklərdə humusluluq 7%-ə qədər aşağı düşür, tərkibində dəmirin və alüminiumun miqdarı artır, turşuluq da həmçinin artır (pH=4,4-ə qədər). Havay adalarının bazaltlı örtüklərində, kifayət qədər rütubətlənmə şəraitində münbit dəmir-humuslu ferralit torpaqlar, rütubət çatışmazlığı şəraitində-az humuslu fersiallit torpaqlar formalaşır. Dağ yamaclarının çökmə süxurlarında torpaqlar az qalınlıqlı və daşlı qonur meşə torpaqlardır, ancaq kifayət qədər məhsuldardır; qədim aşınma qabıqlarında - tərkibində dəmir çox olan az məhsuldar qonur meşə torpaqlardır; atollarda, dəniz terraslarının mərcanlı əhəngdaşılarında, əhəngdaşılı və mergelli platolarda - qırmızırəngli humus-karbonatlı, dəniz səviyyəsindən xeyli hündürə qalxmış atollarda - gilli ferralit karbonatlı qonur meşə torpaqlardır. Rütubətli, alçaq meşəli dumanlar qurşağının orta dağlıq əraziləri üçün qalınlığı 15 sm-ə çatan torf horizontlu turş, doymamış dağ-torflu torpaqlar xasdır.
Tropik meşə landşaftlarının bitki örtüyü floristik tərkibinə görə Hind-Malaya yaxın olan həmişəyaşıl yağışlı meşələrdən (yarpağınıtökən ağaclara nadir hallarda rast gəlinir) ibarətdir, ancaq dipterokarpiya fəsiləsinə burada rast gəlinmir. Xarici görünüşünə, strukturunun mürəkkəbliyinə, liana və epifitlərin bolluğuna, kaulifloriyanın üstünlük təşkil etməsinə, lövhəşəkilli köklərinə görə onlar ekvatorial meşələri xatırladır, ancaq onlardan xeyli kasıbdır və ağac örtüyü hündür deyil (əsas yarus, adətən 30 m-dən yuxarı deyil). Materik meşələrinin ağac növləri arasında - gümüş və ya dəmir ağac (Argyrodendron perulatum), qrevilleya (Grevillea), tristaniya (Tristania), flindersiya (Flindersia), eleokarpus (Elaeocarpus grandis), bəzi iynəyarpaqlıları göstərmək olar, həmçinin hündür kauri (Agathis robusta) və podokarpus, 26-a qədər palma növü (Archontophoenix alexandrae, Eentia, Livistona australis və s.) var, lianalar, həmçinin rotanq palması (Calamus), ağacaoxşar qıjıkimilər (Alsophila, Dicksonia, Cyathea), epifitli səhləblər çoxdur. Bu meşələr çox qırılmışdır, 1974-cü ilə kimi onun yalnız 759 min ha. ərazisi qalmışdır ki, bu da əvvəlki meşə sahəsinin 1/3 təşkil edir (Ecological biogeography of Australia, vol. 1, 1981).
Adaların bitki örtüyü qurunun yaşından, materikdə bitkilərin yayılma mərkəzinə yaxınlığından, ərazinin ölçüsü və yaşayış yerindən asılı olaraq müxtəlifliyi ilə seçilir. Kiçik (xüsusən, mərcan) və materikdən uzaqda yerləşən adaların florası iri adalara və Avstralo-Asiya quru massivinə yaxın yerləşənlərdən fərqli olaraq kasıbdır. Əgər Yeni Qvineyada bitkilərin 20–25 min növü məlumdursa, Yeni Kaledoniyada - təxminən 3000 (onların 80% endemik), Havay adalarında - 1700 (təxminən 90% endemik), Fici adalarında - 1100 (50%-dən çoxu endemikdir), Samoa və Taitidə 600 növə rast gəlinir. Rütubətli dağ yamacları üçün həmişəyaşıl meşələr xasdır: onların tərkibində Guttiferae, Myrtaceae, Proeaceae, Lauraceae, Araliaceae ailəsinin nümayəndələri, iynəyarpaqlılar (araukariya, kauri, podokarpus) var. Yuxarı yarus 30–45 m hündürlüyə çatır, onun xarakterik növlərindən - oxia və ya paxutakava (Metrosideros), reynoldsiya (Reynoldsia pleiosperma), eleokarpus (Elaeocarpus) və s. göstərmək olar. 2-ci yarusda palma, ağacaoxşar qıjılar (sonuncuların hündürlüyü Yeni Hebrid və Yeni Kaledoniyada 20–30 m-ə çatır) bitir. Epifitlər çoxdur, lakin onların arasında mamır və şibyələr yoxdur. Bu tip meşələr 1000–1400 m-ə qədər yayılmışdır; ondan yuxarıda, epifitlər və qıjılar zəngin olan, podokarpus, Dacrydium, Rapanea və s. növlər üstünlük təşkil edən, alçaq rütubətli mamırlı meşələrdən ibarət dumanlar qurşağı yerləşmişdir. Hündürlüyə qalxdıqca yağıntının miqdarı azalır (maksimal yağıntıların hündürlük səviyyəsi yerli şəraitdən asılı olaraq çox tərəddüd edir). Nisbətən hündür zirvələr süpürgəkimilərə (Rhododendron, Vaccinium, növləri ilə, Myrtaceae bir çox nümayəndələri) yaxın olan kolluqlarla tutulmuşdur. Tropik meşələr çox qırılmışdır. Ərazinin yandırılıb əkilməsi 2-ci dərəcəli qrupların - qıjıların, kolluqların yayılmasına səbəb olmuşdur.
Materikdəki tropik meşələr üçün kifayət qədər zəngin heyvanat aləmi xarakterikdir. Burada ağac və muskus kenqurusu, kisəli dələ, şəkər dələsi, vallabi, kuskus, possum, meyvəyeyən uçan siçana rast gəlinir. Quşlar çoxdur, onların arasında tutuquşu, kazuar, cənnət quşu, döyüşkən toyuqlar (meşə və kol növü), göyərçinləri və s. göstərmək olar. Sürünənlər arasında - ametist pitonu, qəhvəyi ilan, yaşıl aqama, tısbağa, kərtənkələ, varana rast gəlinir. Adaların heyvanat aləmi çox kasıbdır. Onurğalılardan quşlar daha çoxdur (Yeni Kaledoniyada 68 növ, Ficinin adalarında 57 növ, Yeni Hebriddə 95 növ, materikdən aralı arxipelaqlarda 15–30 növə kimi). Məməlilərdən yalnız uçan siçanlara (bitkiyeyən uçar tülkülər xarakterikdir), gətirilmə siçan və siçovullara rast gəlinir. İri adalarda bəzi ilan növləri (boa-zəhərsiz ilan, piton və s.), kərtənkələ, hekkon, iquan məlumdur. Şirin suda yaşayan balıqlara rast gəlinmir. Həşəratlar çoxsaylı və müxtəlifdir (Havay adalarında, məsələn, təxminən 5 minə yaxın növü məlumdur).


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə