Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir


Mühazirə 15 ANTARKTİDA. SOYUQ ANTARKTİDA SƏHRALARI LANDŞAFTLARI. Antarktika oazisləri



Yüklə 0,75 Mb.
səhifə40/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   42
dunya land. - копия 2018

Mühazirə 15


ANTARKTİDA. SOYUQ ANTARKTİDA SƏHRALARI LANDŞAFTLARI. Antarktika oazisləri.
Plan:

  1. ANTARKTİDA FİZİKİ COĞRAFİ SƏCİYYƏSİ

  2. SOYUQ ANTARKTİDA SƏHRALARI LANDŞAFTLARI

  3. Antarktika oazisləri

Antarktida cənub qütb dairəsində yerləşmişdir, onun sahəsi 13975 min km2 (onun 1,5 mln. km2-dən çoxu şelf buzlaqlarının payına düşür); şimal qurtaracağı - Antarktika yarımadasındakı Sifre burnudur (63013' cənub enliyi). Antarktida ən cənub, ən hündür, ən soyuq və buzla örtülü materikdir. Onun ərazisinin 0,3% buzdan azaddır, qalan bütün ərazi Yer kürəsində ən böyük və qalın buzlaq örtüyü ilə tutulmuşdur. Buz qalxanı Antarktida litosferinin üst hissəsinin nahamar buzaltı hissəsini hamarlayır. Onu qeyd etmək lazımdır ki, materikin ən yüksək nöqtəsi 5000 m-i keçir, ən alçaq nöqtəsi 2500 m-ə çatır. Materikin səthinin orta hündürlüyü 2040 m, buzlaqaltı səthin – “daşlı Antarktida”nın orta hündürlüyü - cəmi 410 m-dir. Buz örtüyünün əriməsi litosferin bünövrəsinin təxminən 0,5 km “üzməsinə” səbəb olardı; Antarktidanın materik buzlarının əriməsi nəticəsində Dünya okeanının səviyyəsi 60 m-ə qədər qalxa bilər.


Antarktidanın bünövrəsinin çox hissəsi kembriyəqədərki Antarktida platformasına aiddir. Sakit okean sektorunda o, sanki And qurşağının davamını əmələ gətirən daha cavan (kaynazoya qədər olan vulkanlar) qırışıq strukturlarla haşiyələnmişdir. Sahil xətti demək olar ki, bütün sahilboyu buzlaq uçurumlarından əmələ gəlmişdir ki, onların yarısı şelf buzlaqlarının, 30%-i əsas materik örtüyünün kənarlarına və 10%-i materikdən qopan buzlaqların payına düşür. Antarktida daimi şaxta iqlimli Antarktika qurşağına aiddir (L.S.Berqə görə buzlaq zonası) və onun landşaftları soyuq qütb (Antarktika) səhraları tipində qruplaşdırılır. Enlik zonallığı özünü zəif göstərir, bununla belə, onun üzərində özünəməxsus hündürlük qurşağı əmələ gəlmişdir. Bu da buz örtüyünün mərkəzinə doğru istiqamətdə hündürlüyün artması ilə əlaqədardır. 3 hündürlük qurşağını ayırmaq olar: alçaq (sahilyanı), orta (buzlaq yamacı) və yuxarı (Mərkəzi Antarktikanın buzlaqlı platosu) (Короткевич, 1972). Materikin şimal çıxıntısı - bəzi əlamətlərinə görə subantarktik qurşağa keçid təşkil edən Antarktika yarımadası xüsusən seçilir. Ancaq onu subarktik landşaftların analoqu olan subantarktik landşaftlar tipinə aid etməyin heç bir əsası yoxdur: iqliminə və üzvi aləminə görə bu qütbi Antarktika səhrasıdır (Arktika səhralarının analoqu). Antarktidanı iki fiziki-coğrafi ölkəyə bölmək olar. Daha geniş Şərqi Antarktida mərkəzdə (Sovetskoye platosu) 4000 m hündürlüyə çatan, zəif meylli səthə malik hündür buzlaq qalxanından ibarətdir. Yalnız bəzi yerlərdə, periferiyalarda, buzlaqların üzərində daşlı zirvələr yüksəlir (Transantarktika dağları, 4530 m-ə qədər). Məhz materikin bu hissəsində Yer kürəsinin ən soyuq əyaləti yerləşmişdir. Qərbi Antarktida iri şelf buzlaqlarından ibarət yarımada formasına malikdir. Materik buzlaq örtüyünün qalınlığı 2000–2500 m-ə çatır, ancaq Şərqi Antarktidaya nəzərən relyefi mürəkkəbdir, buzlaq gümbəzlərinin üzərindən çox vaxt daşlı dağlar çıxır (Sentinel silsiləsində, 5140 m-ə qədər). Burada iqlim nisbətən yumşaqdır, tez-tez siklonlar keçir.
Antraktida üzərində atmosfer, əsasən antisiklon vəziyyətdə olur. Kontinental antisiklonda hava son dərəcə aşağı temperaturda olması və quraqlığı ilə fərqlənir. Buna baxmayaraq, hava təmiz və şəffaf olduğundan günəş radiasiyası axını çox böyükdür (120 kkal/sm2·il-ə qədər), radiasiya balansı mənfidir (-5, -10 kkal/sm2·il), cəm radiasiyanın 90%-dən çox hissəsi qarın səthindən əks olunur. Tünd və ya qara səthli əşyalar yayda çox qıza bilər, ancaq buzun səthində temperatur yenə mənfi olur. Materikin mərkəzində yay aylarında havanın orta temperaturu -300, -500C, qışda -600, -700C olur. Vostok stansiyasında 21 iyul 1983-cü ildə yer üzərində hələ müşahidə olunmayan mənfi temperatur qeydə alınmışdır: -89,20C (ola bilər ki, temperaturun -900C və bir qədər aşağı olması mümkündür). Sahil tərəf (şimala) istiqamətdə temperatur əhəmiyyətli dərəcədə artır. Antarktidanı əhatə edən sular daima buzla örtülü olur (fevralın sonu – martın əvvəlində dəniz buzları qurşağı nisbətən az enliyə, təxminən 100 km-ə çatır), ancaq, xüsusən qışda, su ilə havanın temperaturu arasında fərq 15–200C olanda, okean sahilyanı rayonların iqlimini bir qədər yumşaldır. Nisbətən isti iqlim Antarktika yarımadasının sahilləri üçün xarakterikdir (orta iyul temperaturu -80C-dən -150C-ə qədər tərəddüd edir, orta yanvar temperaturu 1–20C, mütləq maksimum 10–120C).
Antarktidanın mərkəzində hava çox qurudur, yağıntı az olur (il ərzində 30–50 mm) və yalnız sülb (bərk) halında düşür. Siklonların təsiri altında olan periferik rayonlarda yağıntının miqdarı il ərzində 200–400 mm-ə qədər, bəzi yerlərdə (əsas etibarilə, Antarktika yarımadasının şimal-qərb sahillərində) 600–700 mm-ə qədər artır. Maksimum yağıntı, dəniz və kontinental hava kütlələri arasında, nisbətən böyük temperatur fərqi müşahidə olunan və siklonik fəaliyyət fəallaşan vaxta, qışa təsadüf edir. Qış ərzində, mərkəzi rayonlara 10–20 sm-ə qədər, sahil ərazilərdə 150–200 sm qar düşür. Yalnız Antarktika yarımadasına cüzi miqdarda yağış düşür.
Antarktidanın buz örtüyü, yəqin ki, neogenin əvvəlindən mövcuddur, onun ölçüləri əhəmiyyətli dərəcədə müəyyən dövrü dəyişikliklərə məruz qalmışdır. Onda 24 mln. km3 buz (suya çevirdikdə -21,6 mln. km2) vardır ki, bu da yer üzərində səthi şirin su ehtiyatının 90%-ni təşkil edir (yer qabığının şirin su ehtiyatı nəzərə alınmaqla 60%-dən çox). Buz örtüyünün orta qalınlığı 1720–1780 m təşkil edir, maksimal qalınlığı isə 4000 m-dən çoxdur. Şərqi Antarktidanın (orta hesabla 2070 m) buz qalxanı Qərbi Antarktidaya (930 m) nisbətən daha qalındır. Qidalanma mənbəyi atmosfer yağıntılarıdır, buzlaq sərfi, əsasən aysberqlərin qopması yolu ilə baş verir. Buzlaqlar əriyərkən itki çox az olur, ablyasiya zonası geniş sahə tutmur. Maye axın qısa yay dövrü ərzində, əsas etibarilə, buzlaqdan azad olmuş sahilyanı ərazilərdə - oazis adlandırılan sahələrdə müşahidə olunur; ən iri müvəqqəti axının uzunluğu 30 km-ə çatır. Bundan əlavə, ablyasiya zonasında (sahilyanı zolaqda) buzlaqüstü bulaqlar müşahidə olunur. Buzlaqların əriməsi nəticəsində yaranan sular yenidən qar-firn təbəqəsində donur və sutoplayıcıdan okeana onların az hissəsi gedib çatır. Onu qeyd etmək lazımdır ki, sutoplayıcının ümumi sahəsi materikin sahəsinin heç 1%-ni təşkil etmir (Maye axının illik kəmiyyəti, bəzi ölçmələrə görə, 50 km3-dın çox təşkil etmir). Qar sərhədi (xətti), adətən dəniz səviyyəsinə yaxın yerləşir, bəzi yerlərdə isə bir neçə yüz metr hündürə qalxır. Mərkəzi hissələrdə materik buzlağı il ərzində bir neçə metr sürətlə, kənar hissələrdə il ərzində onun sürəti 100–200 m, çıxarıcı buzlaqlarda - təxminən 600 m (müəyyən hallarda 2000 m-dən çox olur) təşkil edir. Şelf buzlaqlarının hərəkət sürəti il ərzində 1200–1800 m, bəzi yerlərdə 2100 m-dir.
Hal-hazırda Antarktidanın buzlaq örtüyünün kütlə balansı və gələcək inkişafı haqqında hər hansı fikir söyləmək çətindir. Bir qrup alimlərin hesablamalarına görə, hər il yağıntı ilə su gətirimi 2420 km3 təşkil edir, aysberqlərlə sərfiyyat isə yalnız 1180 km3-dir, ümumi götürdükdə, şelf buzlaqlarının sualtı əriməsini və qalxanın mərkəzi zonasında dib əriməsini nəzərə almaqla, 1450 km3 sərf olunur; bununla belə, illik artım (müsbət balans) 970 km3 təşkil edir (Марков, Бардин, Лебедев и т.д., 1968). E.S.Korotkeviç və V.M.Kotlyakovun hesablamalarına görə, atmosfer çöküntülərinin həcmi demək olar ki, eyni - 2480 km3, ancaq sərfiyyat çox yuxarı alınır - 2310 km3; balansın uyğunsuzluğu (170 km3) qeyri-düzgün hesablamalarla əlaqədardır (Dünyanın su balansı, 1974). Daxil olan hissə (yağıntılar) üçün daha aşağı qiymətlər: 2100–2200 km3, sərfiyyat üçün isə – daha yüksək qiymətlər: 2600–2700 km3 (2400 km3-i aysberqlərdir) göstərilir, bununla da balans mənfi alınır (təxminən 500 km3) (Лосев, 1982). Birbaşa müşahidələr buzlaq kütləsinin müxtəlif tərəddüdlərini sübut edir, bu göstərici müxtəlif rayonlarda ola bilər ki, üst-üstə düşməsin, ancaq bu hər hansı ümumi tendensiyanı göstərmir.
Buz örtüyünün üzərində daimi yaşayışın əlamətləri yoxdur. Yay vaxtı buzdan azad sahələrdə səthin qızması və ərinti sularının əmələ gəlməsi ilə əlaqədar bəzi bitkilərin inkişafı mümkündür. Antarktidada şibyələrin təxminən 200 növü (əsasən, Buellia cinsindən), mamırların (Bryum, Ceratodon, Drepanocladus, Pohlia cinsləri və s.) təxminən 70 növü, su yosunlarının təxminən 200 növü (əsas etibarilə Nostoc və Prasiola) və başqa bəzi göbələk, bakteriyalar məlumdur. Bitki aləmi üçün əlverişli şərait Antarktika yarımadasında mövcuddur, burada şibyə-mamır qruplarının üstünlük təşkil etməsinə baxmayaraq borukimilərin bir neçə növü müşahidə olunur. Sahilyanı oazislərin bir çoxunda yalnız su yosunları-mamırlar qrupuna, ən şimal, buzla örtülməyən dağlarda tək-tək şibyə-su yosunları ləkələrinə rast gəlinir.
Şibyə və mamırlar arasında xırda buğumayaqlılarà rast gəlinir (gənələr, ayağıquyruqlular və s.). Həşəratları qanadsız ağcaqanadlardan ibarətdir, uçan həşəratlara rast gəlinmir. Sahil zonasında il boyu pinqvinlər, yayda isə - fırtına quşu, sahil qağayısı və digər quşlar yaşayır; onların hamısı dənizlə trofik əlaqəlidir. Antarktidanın sularında planktonların toplanması hesabına yaşayan su iti və balinanın bəzi növlərinə rast gəlinir.
Buzlaqdan azad olmuş sahələrdə torpaqlar zəif inkişaf etmişdir; onlar fraqment halında bitki ləkələrinin altında rast gəlinir və aydın seçilməyən profilli, az miqdarda humusun olması ilə xarakterizə olunur.
Antarktida landşaftlarının iki variantı (və ya sərbəst tipi) fərqləndirilir: 1) buzlaqdan kənar (periqlyasial) Antarktida səhraları, 2) buzlaq səhraları. 1-ci tipi iki yarımtipə bölmək olar: şimal (Antarktika yarımadasının şimal-qərbi, həmçinin Cənubi Şetland, Cənubi Orkney, Cənubi Sandviç adaları və s.) və Antarktidanın düzənlik oazisləri və materikin dağlıq landşaftlarına aid olan cənub ərazi. Bunlar birlikdə Antarktidanın sahəsinin çox az hissəsini tutur. Buzlaq səhralarının hakim olduğu landşaftlarda üç əsas qruplar ayrılır: şelf buzlaqları, çıxaracaqlı buzlardan ibarət buz örtüyünün yamacları və hündür dağlıq buzlaqlı plato.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə