Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir


Sahilyanı buzlaqdan kənar landşaftlar (Şimali Antarktida)



Yüklə 0,75 Mb.
səhifə41/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   42
dunya land. - копия 2018

Sahilyanı buzlaqdan kənar landşaftlar (Şimali Antarktida). Antarktika yarımadasının şimal-qərb sahilləri şxer-fiord xarakterə malikdir. Buzlaqdan azad dağ massivləri (maksimal hündürlüyü 2000 m-dən çox) buzlaq gümbəzləri ilə növbələşir, sahilə çoxlu sayda çıxaracaqlı buzlaqlar çıxır. İqlimi rütubətli, Antarktida üçün nisbətən isti və düzdür. Ən isti ayın orta temperaturu 00C-dən bir qədər yüksəkdir. Yayda buzlaqdankənar (periqlyasial) sahələrdə çoxillik donuşluq 20–30 sm əriyir. Kriogen törəmələr - daşlı çoxbucaqlılar, soliflükasion formalar və s. geniş yayılmışdır. Kol formalı və yarpaqlı şibyələr və döşəyəoxşar mamır qruplaşmaları üstünlük təşkil edir. Onların arasında xırda ot bitkilərinə (Deschampsia antarctica, Colobanthus quitensis) rast gəlinir. Daşlı səthlərdə şişman şibyələr, mamırlı çimlər, su yosunları təbəqəsi yayılmışdır, mamırlı minerallaşmış bataqlıqlar da vardır. Belə hesab edilir ki, bu tip landşaftların Arktikada yaxın analoqu kimi, Frans-İosif Torpağını göstərmək olar (Александрова, 1977).
Antarktika oazisləri. Hündürlüyü 200–300 m-ə qədər, buzlaqlarla əhatə olunmuş sahilyanı zolağın kiçik (bir neçə on kv. km-dən bir neçə yüz kv. km-ə qədər) buzlaqdankənar sahələri aiddir. Böyük hissəsi kristallik şistlərdən, qranitlərdən və s. təşkil olunmuşdur. Səthi ekzarasiya ilə pardaqlanmış, relyefi, əsasən xırda qum təpəliklidir, moren tirələrinə rast gəlinir, göllər çoxdur, çox vaxt axarsızdır (onların arasında – turş-duzlu da var). Buzdan azad səthin albedosu buz və qarla örtülü səthdən xeyli aşağıdır. Radiasiya balansı 6 ay ərzində və demək olar ki, bütün il boyu müsbət olur və 30 kkal/sm2-ə çatır. Havanın orta illik temperaturu ətrafdakı buzlaqlardan 1–20C, yayda isə 5–60C yuxarı olur. 3–4 ay ərzində torpağın üst hissəsinin temperaturu 00C-dən yuxarı olur, bəzən daşlı səth demək olar ki, 400C-ə qədər qıza bilər. Ətrafdakı buzlaqların yamaclarından çox vaxt fyon küləkləri əsir; güclü küləklər siklonlarla əlaqədardır. Havanın nisbi rütubəti aşağıdır, buxarlanma təxminən 500 mm-ə çatır
Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə