Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə34/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   42
dunya land. - копия 2018

Şimali Andlar (7) 50 cənub enliyindən şimalda yerləşmişdir. O, ekvator yaxınlığında daha da daralır və çoxsaylı vulkanik zirvəli (Çimboraso – 6262 m) iki paralel silsilədən ibarətdir. Şimala doğru dağlar, aralarında dərin uzununa çökəkliklər yerləşən, veyəoxşar 3 zəncir şəklində şaxələnir və Antil adaları qövsünün başlanğıcını əmələ gətirən, Karib Andlarının iki, enlik istiqamətdə uzanmış silsilələri ilə qurtarır. Mərkəzi hissədə, dağların qərb yamaclarına il ərzində 7000 mm yağıntı düşür və aşağı yarusda rütubətli ekvatorial meşələrdir. Yağıntının miqdarının kəskin azaldığı yamacın şimal hissəsində aşağı yarus dəyişkən-rütubətli meşələr və savannalarla tutulmuşdur. Qərb dağətəklərinin cənub hissəsində yağıntılar daha da azalır və burada səhra landşaftları müşahidə olunur. Hündürlük qurşaqları sistemi mövqe və enlikdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişilir. Ekvatoryanı hündür dağlar üçün seyrək, çox da hündür olmayan həmişəyaşıl ağaclar, kserofit taxılkimilər və döşəkkimilərdən ibarət örtüklü paramos landşaftları xarakterikdir.
Mərkəzi Andlar (8) 50 və 300 cənub enlikləri arasında yerləşir. Bu dağlıq qurşağın ən enli hissəsi (800 km-ə qədər) olub, iki qırışıq silsilələr sistemi – Qərbi və Şərqi Kordilyerlər (6880 m-ə qədər) və onlar arasında yerləşən hündür (təxminən 4000 m), daxili dağlıq yaylalardan ibarətdir. Cənubda bundan əlavə, çox da hündür olmayan (3200 m) Sahil Kordilyerləri seçilir; Sahil Kordilyerləri ilə Qərbi Kordilyer arasında tektonik Uzununa dərə (onun bir hissəsini Atakama səhrası tutur) yerləşir. Qərbi Kordilyerdə cavan vulkanizm prosesləri özünü göstərir: əsas zirvələr vulkanik konuslar zəncirindən əmələ gəlmişdir. Zirvələrin çoxu buzlarla örtülüdür. Baş ekspozisiyaların yamaclarındakı landşaftlar kəskin kontrastlıdır. Bütün qərb yamac, Uzununa dərə daxil olmaqla, həmçinin daxili dağlıq yaylanın (Punanın) böyük hissəsi tropik səhralar zonasına, şərq yamac – cənuba doğru mülayim rütubətli və quraq dağlıq tropik meşələrlə əvəzlənən rütubətli ekvatorial meşələrə aiddir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə