MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə26/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   22   23   24   25   26   27   28   29   ...   78
mülki müdafiə

Boğucu təsirli ZM. Fosgen (kimyəvi adı – karbon turşusu­nun dixloranhidridi – kimyəvi formulu COCl – əsas etibarı ilə ağ­ci­­yərləri zədələyir. Ölümcül təsirli ZM-dir. Rəng­siz qazdır, çü­rü­müş ot və ya alma ətri verir, az davamlıdır, lakin onun buxarları ha­­vadan 3,5 dəfə ağırdır, böyük konsen­tra­siyalarda yarıqlara, sən­gər­­lərə, sığınacaqlara dolur. Müsbət 8 dərəcəyə qədər soyutduqda və ya təzyiq altında uçucu mayeyə çevrilir. Fosgen suda pis həll olur, lakin suya düşdükdə hidroliz olur və toksiki olmayan məh­sul­lar əmələ gəlir.
Toksiki xüsusiyyətləri boğucu təsirli ZM-in tipik nüma­yən­də­sidir. Əsasən, ağciyərlərə təsir edir. Orqanizmi yalnız tə­nəf­füs üz­vləri vasitəsilə zədələyir. Orqanizmin oksigenlə təchizi kəs­kin po­­zulur – boğulma başlayır, ağır hallarda boğul­ma nəticəsində ölüm baş verir.
Fosgenin 0,006 mq/l konsentrasiyası ölümcül nəticəyə səbəb ola bilər. Fosgenin təsirinin gizli dövrü 4-6 saatdır; onun müddəti havadakı konsentrasiyasından, zədələnmiş atmosferdə qalma müd­­­­­dətindən, insanın vəziyyətindən, orqanizmin soyu­ma­sın­dan ası­lıdır. Fosgenlə zədələnmənin xarakterik xüsusiy­yət­ləri gizli dövr (2 saatdan 12 saata qədər) və kumulyativlik­dir. Fosgen və di­fos­gen toksiki təsir dərəcəsinə görə eynidir və insanları yalnız tə­nəf­füs üzvləri vasitəsilə zədələyir.
Fosgenlə (difosgen) ağır zəhərlənmənin gedişində 4 dövr ayırd edilir:
- ZM ilə təmas dövrü (başlanğıc dövr);
- gizli dövr;
- ağciyər ödeminin inkişaf dövrü;
- bərpa dövrü.
Başlanğıc əlamətlər dövründə gözlərin (yad cisim hissi, yaş­ax­ma) və yuxarı tənəffüs yollarının qıcıqlanması (sinədə sıxılma, acışma, öskürək), tüpürcək ifrazı, tütünə ikrah, mədə bulanması, bəzən qusma olur. İnsan fosgenlə nəfəs aldıqda ağızda xoşa­gəl­məz şirintəhər dad olur, sonra öskürək, baş hərlənməsi və ümumi zəif­lik əmələ gəlir. Zədələnmiş ərazidən çıxdıqda zəhərlənmə əla­mət­lə­ri tez bir müddətə keçir, gizli dövr xəyali rifah dövrü baş­la­yır; bu zaman subyektiv şikayətlər tamamilə olmur, 2 saatdan 12 saata qə­dər davam edir, orta davametmə müddəti 4-6 saat olur. 4-6 sa­at­d­an sonra zədələnmiş şəxsin vəziyyəti kəskin pisləşir: do­daqlar, ya­naqlar, burun göyümtül rəng alır, ümumi zəiflik, baş ağ­rı­sı, tən­gə­nəfəslik, duru, köpüklü, çəhrayı rəngdə bəlğəm ifrazı ilə əza­­b­ve­rici öskürək olur, bu da ağciyər ödeminin inkişafını gös­tərir.
Zədələnmənin bütün mərhələlərində xəstələr fiziki gərgin­li­yə çox həssas olurlar, ona görə də onlara sərbəst hərəkət etməyə ica­zə verilmir, lazımi yerlərə nəqliyyatla aparılır. Fosgenin böyük dozalırının təsirindən gizli dövr olmaya da bilər.
Fosgen maddəsinin tətbiqi zamanı dəstələrin şəxsi heyəti müt­ləq əleyhqaz geyinməlidir, mühafizəedici geyim mütləq de­yil­dir.
İlk yardım: boğucu təsirli ZM ilə zərərçəkmişlərə əleyhqaz ge­yindirmək, tam sakitlik vermək, tənəffüsü asanlaş­dırmaq üçün bel kəmərini çıxartmaq, paltarın düymələ­rini açmaq, isti içkilər ver­mək və mümkün qədər tez müddətə tibb müəssisəsinə çat­dır­maq lazımdır. Süni tənəffüs vermək olmaz. Qa­pa­lı yerlərdə de­qa­za­siya işləri aparmaq və ya havanı dəyişmək lazımdır.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə