MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Ümumi zəhərləyici təsirli ZM



Yüklə 4,5 Mb.
səhifə27/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   23   24   25   26   27   28   29   30   ...   78
mülki müdafiə

Ümumi zəhərləyici təsirli ZM. Sianid turşusuxlorsi­an tənəffüs üzvlərini zədələyir, orqanizmin toxumaların­da oksid­ləş­dirici prosesi dayandırır. Bu qrup ZM ölümcül təsirlidir. Sia­­nid tur­şusu acı badam iyli rəngsiz uçucu mayedir, az kon­se­n­tra­siyası iysizdir, asanlıqla buxarlanır və yalnız buxar halında təsir edir, suda və üzvi həlledicilərdə yaxşı həll olur. Xlor­sian ­rəngsiz qaz­dır, döyüş məqsədilə buxar halında təsir edir. Ərazidə davam­lı­lı­ğı yayda – 15-20 dəqiqə, qışda – 5 saata qədərdir.
Sianid turşusu ilə zədələnmənin xarakterik əlamətləri ağızda metal dadı, boğazın qıcıqlanması, baş hərlənməsi, zəiflik, mədə bu­lanmasıdır. Sonra əzabverici təngənəfəslik başlayır, nəbz yava­şı­yır, huş itir, kəskin qıcolmalar olur. Qıcolmalar azmüddətli olur, son­ra əzələlərin tam zəifləməsi, hissiyyatın itməsi, temperaturun aşa­ğı düşməsi, tənəffüsün dayanması baş verir. Ürək fəaliyyəti tə­nə­f­füs dayandıqdan sonra 3-7 dəqiqə davam edir.
Sianid turşusu ilə zəhərlənmənin kəskin forması ləng gedişli və ya ildırım sürətli olur. İldırım sürətli forma ZM böyük ko­n­sen­tra­siyaları orqanizmə daxil olduqdan sonra 2-5 dəqiqə çə­kir. Ləng forma çox da yüksək konsentrasiya olmayan ərazidə in­ki­şaf edir.
Sianid turşusu ilə zədələnmənin yüngül, orta, ağır dərəcələri ayırd edilir: İlkin tibbi yardımı tez bir müddətə antidotlar va­si­tə­si­lə edirlər. Zədələnmişlərə ilkin yardım etdikdən sonra, dərhal zə­də­lənmə ocağından təxliyə etmək lazımdır.
Sianid turşusu və xlorsian insan orqanizminə tənəffüs üz­v­lə­ri və mədə-bağırsaq yolu ilə daxil olur (yoluxmuş qida və su vasi­tə­silə).
Psixokimyəvi təsirli ZM. Bu qrup ZM insanın normal psixi fəaliyyətini pozur. Bir çox xarici dövlətlərin hərbi qüvvələri onları son zamanlarda istifadə etməyə başlayıb. Onlar rəqibin canlı qüv­və­sini müəyyən müddətə sıradan çıxarır. Bu ZM mərkəzi sinir sis­te­minə təsir edərək, insanın normal psixi fəaliyyətini pozur və ya psixi pozğunluqlara səbəb olur, müvəqqəti korluq, karlıq, qorxu hissi, müxtəlif üzvlərin funksiyalarının məhdudlaşmasını törədir. Psi­xokimyəvi təsirli ZM ölümcül nəticə ilə yanaşı, döyüş zamanı ord­unun dözümlü­yünü və iradə gücünü azaltmaq üçün tətbiq edi­lir.
Hazırda psixi təsir xüsusiyyətinə malik qrupa çoxlu maddə­lər daxildir (qarmin, LSD-25, meskalin). Lakin böyük miqyaslı zə­hərləyici maddə kimi bu qrupun ən çox istifadə edilən nüma­yəndəsi – BZ-dir.
Bi-zet (BZ) mərkəzi sinir sisteminə təsir edərək insanın nor­mal psixi fəaliyyətini pozur, psixi (qorxu, depressiya, ruh düş­kün­lüyü) və fiziki (karlıq, korluq, iflic) pozğunluqlara səbəb olur.
Bi-zet – bərk kristallik maddə olub, iysizdir, suda həll ol­mur, döyüş vəziyyəti  aerozoldur (tüstü). Bi-zet orqanizmi tənəf­füs üzvləri və ya mədə-bağırsaq yolu ilə zədələyir. ZM ilə nəfəs al­dıqda təsiri 0,5-3 saat sonra başlayır (dozadan asılı olaraq) və 2-4 günə sona yetir. Bu maddə ilə zəhərləndikdə insanlar məkan və za­man orientasiyasını itirir, ətraf mühitin qavranması pozulur (ət­raf­da olan əşyaların forma və rəngi), eşitmə, təmas qarabasmaları, rabitəsiz, anlaşılmaz nitq, izlənmə sayıqlaması, aqressivlik olur, izləndiyi adamlardan qaçmaq cəhdi edirlər, bədəninin və ya bə­də­nin ayrı-ayrı əzalarının dəyişməsi hissi olur. Bəbəklər genəlir, dəri və selikli qişalar quruyur. Zədələnmişlər zonadan çıxan kimi yu­xu­lu vəziyyətə düşürlər. Keçirilmiş psixoz vəziyyətindən sonra tam amneziya müşahidə olunur, zərərçəkmişlər keçirdiyi hissləri xa­tırlamır və danışa bilmir. Bu zədələnmə zamanı ilk yardım, əsa­sən, ərazidən qısa müddətə təxliyə edilməkdir. Bədənin zə­də­lən­miş hissələrini sabunlu su ilə, gözləri və burun-boğazı təmiz su ilə yu­maq, paltarı əvvəlcə paltar şotkası ilə təmizləmək, sonra isə yu­maq lazımdır. Zərərçəkmişləri izolyasiya etmək, lazım gələrsə tə­cili tibb müəssisələrinə göndərmək lazımdır.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə