MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Təsərrüfatda ən çox işlədilən bə'zi güclü tə'sirli zəhərli maddələri nəzərdən kecirək



Yüklə 4,5 Mb.
səhifə29/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   25   26   27   28   29   30   31   32   ...   78
mülki müdafiə

Təsərrüfatda ən çox işlədilən bə'zi güclü tə'sirli zəhərli maddələri nəzərdən kecirək:
Ammonyak (NH3) – sənayedə nitrat tursuşu, ammonium nitratlı və sulfath maye gübrələr (ammiakatlar), sidik cövhəri, soda istehsal etmək, parçaların boyanmasında üzvi sintez ücün, soyuducu qurğularda soyuducu maddə kimi və güzgülərin parıldadılması və s. Işlərdə tətbiq edilir. Suların, ag neftin və bir sıra mineral yağların təmizlənməsi, dərinin aşılanması işlərində, səkər zavodlarında ammonyaka təsadüf edilir, o hamçinin təmizlənmamiş asetilenin tərkinbində də olur.
Ammonyak - boğucu, kəskin naşatır iyli rəngsiz qazdir, hiss olunma həddi 0,037 mq/l-dir, dadi çox acıdır, havadan yüngüldür, qaynama temperaturu 33-35°C-dir. Mənfí 33-35°C-dək soyudularkən sıxılaraq rəngsiz maye hahna keçir. Suda yaxşı həll olunur (həll olunma miqdarı 526 q/1). Efír və digər üzvi əridicilərdə əriyir. Ammonyakın hava ilə 4:3 nisbətli və ya 15-28%-li quru qarışığı partlaya bilər. Qabdan kənara (atmosferə) çıxarkən tüstülənir. Sisternlərdə və ya balonlarda təzyiq altında mayeləşdirilmiş halda daşınır.
(Ammonyak yuxarı tənəffüs yollarına vı gözlərə qıcıqlandırıcı tə'sir göstərir) Onun yüksək konsentrasiyaları gözlərdə ağrıya və güclü yaşarmaya, təngnəfəsliyə, kəskin öskürməyə, baş gicəllənməsinə, mə'də ağrılarına, qusmaya səbəb olur.
Susuz, saf maye ammonyak dəride ağır yanıqlar törədir, çünki o. nəinki qələvi kimi, həm də yüksək buxarlandırma hərarətinə malik dondurucu maddə kimi tə'sir göstərir.
İntektisid (həşəratqıran) maddələr, plastik kütlə materialları, boyaqlar və darman vasitələri hazırlanmasında, texniki-rezin sənayesində kağız sənayesində, kağızın ağardılmasında toxuculuq sənayesində - parçaların agardilmasında əhəmiyyəti böyükdür)
XLOR – kəskin boğucu iyli göyümtül-sari qazdır. Qaynama tem¬peraturu 34,5°C, sıxhgı 3,214 q/l-dir, havadan 2,5 dəfə ağırdır. 5-6 atmosfer təzyiqində, mənfí 35°C-də sıxılarkən göyümtül sarı rəngli yağh maye halına düsür.
Su təchizatı ve kanalizasiya sistemlərinin təmizləyici qurgularında da içməli və tullantı suların təmizlənməsi və zərərsizləşdirilməsi üçün çoxlu xlor işlədilir
Bir kiloqram maye xlor buxarlanarkən 316 litr qaz əmələ gəlir. Buxarlanma zamanı maye xlor su buxarları ilə birləşərək ağ duman yaranır. Xlor suda yaxşı həll olunur. Demək olar ki, bütün kimyəvi elementlərlə birləşmələr yaradir. Təzyiq altında mayeləşdirilmiş halda sistemlərdə, xüsusi konteyner və balonlarda daşınır.
Xlor yuxarı tənəffüs yollarına kəskin nəzəre çarpan qıcıqlandırıcı təsir göstərir. Yüksək konsentrasiyalarda tə'sir zamanı dərhal ağciyər. ödemi (şiş) inkisaf edir.
Xlorpikrin – kənd təsərrüfatı zərərvericiləri ilə mübarize üçün, dezinfeksiya məqsədləri ilə taxıl, un və digər ərzaq anbarlarının təmizlənməsi, habele əleyhqazların sazlıgının yoxlanılmasında işlədilir.
Saf xlorpikrin kəskin iyli, rəngsiz yağlı mayedir. Dənde, ağacda, kərpicdə, paltarlarda yaxşi sorbsiya olunur (udulub saxlanılır) və çox yavas desorbsiya olunur (yenidən buxarlanir). Bir sıra kimyəvi reagentlərə davamlıdır. Suda və qələvilərin su məhlulunda hidroliz olunmur
Xlorpikrin buxarları gözlərin selikli qişalarını, ağciyərləri güclü sür'ətdə, yuxarı nəfəs yollarını azacıq qıcıqlandırır. Ümumi zəhərləyici tə'sirə də (xüsusən, kapillyar damarlara) malikdir.
Sianid tursusundan - plastik kütlələrin istehsalı üçün lazım olan xlorsian, akrilnitril, amin turşuları, akrilatların əldə edilməsində, hemçinin kənd təsərrüfatı ziyanvericilərini məhv edən fumiqant maddəsi kimi, habelə qapalı binaların və nəqliyyat vasitələrinin təmizlənməsi üçün istifadə edilir.
Sianid turşusu rəngsiz, səffaf mayedir. Aci badam iyinə bənzər bihuşedici iyə malikdir. Ərimə temperaturu - 13,3°C, qaynama tem¬peraturu +25,7°C-dir.
Sianid tursusu suda bütün nisbstlərlə qarışir, spirtdə, benzində və digər üzvi əridicilərdə həll olunur. Onun buxarları parçaların liflərində, məsaməli materiallarda, yeyinti məhsullarında, hemçinin kərpicdə, betonda, taxtada yaxşı adsorbsiya olunur.
Sianid turşusu - onun buxarları ile nefes alarkən, dəri səthindən sorularaq və qida yolları ilə birbaşa daxilə keçərək zəhərlənmələrə səbəb olur.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə