MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


MÜHAZİRƏ 6 Bakterioloji silah



Yüklə 4,5 Mb.
səhifə31/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   27   28   29   30   31   32   33   34   ...   78
mülki müdafiə

MÜHAZİRƏ 6
Bakterioloji silah
Bakterioloji silah – kütləvi qırğın silahlarının bir növüdür. Bu silah - bakterial vasitələrə və onlan tətbiq etmək üçün islədilən doyüs sursatına, cihaz və tərtibatlara deyilir. Bakterioloji silahın (BS) əsasını xəstəlik törədən mikroblar və onlardan alınan zəhər-toksinlər təşkil edir.
Bakterioloji vasitələrin insanlara, heyvanlara və bitkilərə zədələyici tə'siri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Onların hətta çox kiçik dozaları belə yoluxucu xəstəlik törədə, yaxud insanları və heyvanları zəhərləyə bilər. Bir çox xəstəliklər xəstə adamdan sağlam adama keçir, insanlar və heyvanlar arasında tez yayılır. Xəstəlik törədən mikroblar və toksinlər müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşaratlar, gənələr və gəmiricilərdə qala bilər. Bakterioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli tə'sir dövrünün olmasıdır.
Düşmən bakterioloji vasitələri təyyarə bombaları, top güllələri, raketlərí və içərisinə maye, yaxud quru halda mikrob və zəhər qatışığı (reseptur) doldurulmuş xüsusi konteynerlər və cihazlar vasitəsilə ata bilər. Onları zəhərlənmiş daşıyıcılar da (həşəratlar, gənələr, gəmiricilər) yaya bilər.
Xəstəliyin yayılmasının ən sadə üsullarından biri havanın yoluxmasıdır. İçərisində bakterioloji vasitələr olan hərbi sursat havada duman və ya tüstü şəkilli aerozol buludu yaradır. Onun zədələyici təsiri tətbiq edilən xəstəlik törədicidən, ərazinin relyefindən, meteroloji səraitdən və s. asılıdır.
İnsan və heyvanlar təkcə bakterioloji vasitələrin tətbiq edildiyi zaman deyil, buluddan ayrılmış aerozol hissəciklərinin zədələyici xüsusiyyətlərini saxlaya bildiyi vaxtdan asılı olaraq, bir neçe saat, gün, həftə, hətta ay müddətində də zədələnə bilər. Ona görə üzərinə həmin hissəciklər düşmüş əşyalara toxunduqda və ya yoluxmuş - yeyinti məhsullarından və ya sudan istifadə edildikdə zədələnmək olar.
Xəstəliklərin yayılma yollarından biri də qida yo­lu­dur. Yoluxmuş ət və ət məhsullarından Sibir xorası, tulyaremiya, sal­monellyoz və parazit xəstəlikləri, tərəvəzlərdən vəba, di­zen­te­ri­ya, qarın yatalağı və s. ötürülür. Epidemik təhlükəliliyinə görə bak­te­ri­ya və viruslar yoluxdurucu olmayan, zəif yoluxdurucu və güclü yoluxdurucu olmaqla 3 qrupa bölünür. İstifadə olunan mik­ro­or­qa­nizm­lərin hansı qrupa aid olmasından asılı olaraq zə­də­lən­mə oca­ğı­nın epidemioloji xüsusiyyətləri və epidemiya əleyhinə təd­bir­lə­rin xarakteri dəyişir. Epidemiya – ümumi infeksiya mən­bə­yi, ümu­mi yoluxma yolu olan bir infeksion xəstəliyin müəyyən əra­zi­də geniş yayılmasına deyilir. Pandemiya – bir ölkə və qi­tə­nin sərhədlərini aşan, böyük insan kütləsini əhatə edən güclü epi­de­­mi­ya­dır. Hər hansı bir xəstəliyin müəyyən ərazidə daimi rast gəl­mə­si­nə endemi­yalar deyilir. Heyvanlar arasında yoluxucu xəs­tə­lik­lə­ri­n yayıl­ması – epizootiya, bitkilər arasında yayılması – epi­fi­to­tiya adla­nır. Heyvanlar arasında Sibir xorası, tulyaremiya, taun, iri­buy­nuzlu heyvanların taunu və s. kimi xəstəliklər yayıla bilər.
Bakterioloji silahın tətbiqi nəticəsində bioloji zədələnmə ocağı yarana bilər. Bioloji zədələnmə ocağı o əraziyə deyilir ki, orada bioloji silahın tətbiqi nəticəsində insan, heyvan və bitki tələfatı olsun. Bioloji zədələnmə ocağı yaranan yerdə karantin və müşahidə rejimləri tətbiq olunur (şəkil 1.).

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə