MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Termit və termit əsaslı yandırıcı maddələr



Yüklə 4,5 Mb.
səhifə39/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   35   36   37   38   39   40   41   42   ...   78
mülki müdafiə

Termit və termit əsaslı yandırıcı maddələr – dəmir oksidi və alüminium oksidinin qarışığından ibarətdir. Bu qarışığa oksid­ləş­dirici və əlaqələndirici (birləşdirici) maddələr əlavə olunur. On­lar yandıqda temperatur 3000°C-yə qədər qalxır. Bu temperaturda metallar əriyir, beton və kərpic çatlayır, dağılır. Bu maddələr yandıqda alov yaranmır, ona görə termitə 40-50% tozşəkilli maq­ne­zium və oksigenlə zəngin başqa birləşmələr qatılır.
Ağ fosfor – ağ yarımşəffaf bərk mumabənzər maddədir, ha­vada oksigenlə birləşərək öz-özünə alışır. Yanma tempera­turu 900-1000°C olur. Yandıqda ağ zəhərləyici tüstü buraxır. Fos­for­dan napalm və pirogel yandırıcı maddələrini alışdırmaq üçün is­ti­fa­də olunur. Plastik fosfor ağ fosfordan və plastik sintetik kauçuk kütləsindən ibarətdir, tətbiq edildikdə şaquli səthlərə yapışır və onları yandırır. Plastik fosfordan bombalar, mərmilər və başqa yan­dırıcı döyüş sursatları hazırlanır.
Müasir yandırıcı silahlara:
- napalm bombalar;
- aviasiya yandırıcı bombaları;
- aviasiya yandırıcı kassetləri;
- aviasiya kasset quğuları;
- artilleriya yandırıcı döyüş sursatı;
- odsaçanlar;
- reaktiv yandırıcı qumbaraatanlar;
- yandırıcı fuqas daxildir.
Kiçik kalibrli aviasiya yandırıcı bombaları kasset şəklində istifadə olunur və bunlar birdəfəlik istifadə üçün nəzərdə tutulur. Adətən, onlar termitlə doldurulur və çəkisi kiçik olduğu üçün ayrı-ay­rı yanma ocaqları əmələ gətirir. Aviasiya yandırıcı kassetləri da­ha böyük yanğınlar törətmək üçün istifadə olunur. Bu kassetlərdə 50-dən 600-800-dək kiçik kalibrli yandırıcı bombalar yerləşdirilir və bunların tətbiqi zamanı çox geniş ərazilər zədələnir. Aviasiya kas­set qurğuları eyni məqsədlə istifadə olunur və aviasiya bom­ba­la­rından fərqli olaraq təkrar istifadə oluna bilir.
Artilleriya yandırıcı döyüş sursatı termit, napalm, fosfor tər­kiblidir, partladıqda ətrafa yayılan bu yandırıcı maddələr 30-60 m² sahədə yanğınlar törədir. Termit seqmentlərinin yanma müddəti 15-30 saniyədir.
Odsaçan silahlar piyada döyüş dəstələri üçün effektiv yan­dı­rı­cı silahdır. Bu zaman yandırıcı maddələr qarışığı yüksək təzyiqlə ətrafa alov saçır. Yandırıcı silahların termiki təsiri nəticəsində insanlarda ya­nıq­lar əmələ gəlir. Yanğınlar zamanı əmələ gələn qaynar hava, tüs­tü, karbon qazı və başqa yanma məhsulları insanlar üçün təh­lü­kə­lidir. Yandırıcı silahlardan qorunmaq üçün ən etibarlı vasitə sı­ğı­nacaqdır. İnsanın üzərinə böyük miqdarda ya­ndırıcı maddə dü­şər­sə ­onun üzərinə gödəkçə, örtük və s. at­maq lazımdır. Yaxında su mənbəyi varsa, paltarı soyunmadan su­ya girmək məsləhətdir. Na­palmı söndürmək üçün yanğınsöndürən ba­lon­dan istifadə etmək olmaz.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə