MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Ərazidə ZM-in davamlılığının təyini



Yüklə 4,5 Mb.
səhifə47/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   43   44   45   46   47   48   49   50   ...   78
mülki müdafiə

Ərazidə ZM-in davamlılığının təyini. Kimyəvi çirklən­məni proq­nozlaşdırdıqda ərazidə ZM-in mümkün davamlılığını və zə­hər­li havanın zədələyici konsentrasiyalarda külək istiqa­mə­tində ya­yıl­ma­sını müəyyən edirlər. Bunun üçün küləyin istiqamətini və sürə­ti­ni, torpağın temperaturunu və atmosferin şaquli davamlılıq də­rə­cə­si­ni bilmək lazımdır.
Ərazidə ZM-in davamlılığı insanların fərdi mühafizə vasitə­lə­rsiz sərbəst davranışı və ya hər hansı işi yerinə yetirə bilməsi müd­­dəti ilə xarakterizə olunur.
İnsanların fərdi mühafizə vasitələrində qalma müddəti, əsa­sən, ətraf havanın temperaturundan asılıdır. Zarin və iprit tətbiq edil­dikdə zədələnmə ZM tətbiq edildiyi rayonun hüdudla­rın­da, V(x) tətbiq edildikdə isə bütün kimyəvi zədələnmə zonasında olan in­san­lar, texnika və əmlak təhlükəli dərəcədə zədələnir.
Kimyəvi zədələnmə ocağında insanların mümkün itkisi ZM və GTZM növündən, obyektlərdə fəhlə və qulluqçuların (əhalinin) sayından, mühafizə dərəcəsindən və əleyhqazdan vaxtında istifadə etməsindən asılıdır.
Kimyəvi şəraitin qiymətləndirilməsi əsasında insanların mü­ha­fizəsi üçün tədbirlər görülür, xilasetmə işləri aparmaq və zə­də­lən­mə nəticələrini aradan qaldırmaq üçün, həmçinin istehsal fəa­liy­yətinin bərpası və əhalinin həyat fəaliyyətinin təmini üçün təd­bir­lər işlənib hazırlanır.
Obyektdə mühafizə rejiminin seçilməsində aşağıdakılar nə­zə­rə alınır:
- istehsal fəaliyyəti zamanı fərdi mühafizə vasitələrindən istifadə;
- zəhərli otaqlarda (sexlərdə) işlərin dayandırılması;
- insanların sığınacaqlarda qalma müddəti.
Güclü zəhərlənmiş ərazidən insanların təxliyəsi təşkil edilir. Obyektdə bütün işlər dayandırılır, ərazi, tikililər və obyektdəki bü­tün avadanlıqlar zərərsizləşdirilir. Obyektlərin konkret iş rejimi, hə­min ərazidə küləyin istiqaməti nəzərə alınmaqla fəhlə və qul­luq­çuların fərdi mühafizə vasitələrində fəaliyyəti təşkil olunur.
Kimyəvi şərait anlayışına əhaliyə və obyektlərin işinə mənfi tə­sir göstərən və ərazinin təhlükəli kimyəvi maddələrlə zə­də­lən­məsinin bütün nəticələri aiddir.
Kimyəvi şəraitin qiymətləndirilməsi zəhərli maddələrlə və güc­lü təsirli zəhərli maddələrlə zədələnmənin miqyasını və xarak­te­­rini təyin edir, onların əhaliyə, obyektlərə və mülki müda­fiə qüv­və­lərinə təsirinin analizini aparır.
Kimyəvi şəraitin qiymətləndirilməsinə aşağıdakılar aiddir:
- zəhərlənmə rayonunda zəhərli havanın yayılma dərinliyi və istiqamətini;
- zədələyici maddələrin ərazidə davamlığının, həmçinin ob­yektlərin zəhərlənmə xarakterləri və miqyasının öyrənilməsi;
- dəstələrin şəxsi heyətinin və əhalinin zəhərləyici mad­də­lər­dən mühafizə dərəcəsini təyin etmək;
- kimyəvi silahın basqınına məruz qalmış obyektləri öy­rən­mək;
- zəhərləyici maddələrin növünü və təxmini sıxlığını, vax­tı­nı, onların tətbiq vasitələrini və üsullarını təyin etmək;
- ərazinin xarakterini və hava şəraitini öyrənmək.
- kimyəvi zədələnmə zonasının ölçülərini;
- zədələnmiş havanın müəyyən obyektə çatma vaxtını;
- insanların zədələnməsinin qarşısını alan daha məq­sə­də­uy­ğun variantların seçilməsi;
- ZM-in zədələyici təsirinin və vaxtının öyrənilməsi.
Kimyəvi şəraitin qiymətləndirilməsində əsas göstəricilər:
- ZM-in (və ya GTZM) tipi;
- kimyəvi silahın tətbiq edildiyi vaxt və rayon (püskür­dülən zəhərli maddələrin miqdarı);
- ərazinin meteoroloji və topoqrafik şəraiti;
- əhalinin mühafizə dərəcəsi, texnika və avadanlığın mühafi­zə­si.
Meteoroloji məlumatlar MM qərargahına radiasiya və kim­yə­vi müşahidə məntəqələrindən daxil olur, onlar küləyin isti­qa­mə­ti­ni və sürətini, havanın şaquli sabitlik dərəcəsini öyrənir.
Düşmən tərəfindən kimyəvi silah tətbiq edildikdə yaranan kim­yəvi şəraiti qiymətləndirmək üçün aşağıdakıları müəyyən edir­lər:
- tətbiqi vasitələrini;
- kimyəvi zədələnmə ocağının sərhədlərini;
- zədələnmə zonasının sahəsini;
- ZM-in tipini.
Bu məlumatlar əsasında növbəti göstəriciləri qiymətləndirir­lər:
- zəhərlənmiş havanın yayılma dərinliyini;
- ZM-in ərazidə və texnika üzərində davamlığını;
- insanların fərdi mühafizə vasitələrində qalma müddətini;
- insanların mümkün zədələnmələrini;
- avadanlığın, texnikanın və əmlakın yoluxmasını.
ZM-in tətbiq edildiyi rayonun sərhədlərinin təyin edilməsi kəşfiyyatın və ya qərargahın rəhbərliyinin məlumatlarına əsasən aparılır.
Kimyəvi şəraiti qiymətləndirdikdə zəhərləyici maddələrin nö­vünü kimyəvi kəşfiyyat cihazları, həmçinin onun tətbiq üsulları ilə təyin edirlər və nəticəni dəqiqləşdirirlər. Zəhərləyici maddələrin tətbiqedilmə rayonu (obyekti), növü, üsulları, miqyası, adətən, adi görmə müşahidəsi ilə təyin edilir, sonra kimyəvi kəşfiyyatın mə­lu­matları ilə dəqiqləşdirilir.
Əgər düşmən təyyarələri səpən təyyarə cihazlarından (STC) istifadə edərsə, deməli, zəhərləyici maddəlar V tipli qaz və iprit növ­lərinə aiddir. Küləyin sürəti və istiqaməti, yerə yaxın təbəqədə havanın istiliyi haqqında məlumatları obyektin mülki müdafiə qə­rar­gahlarına rayonunun MM qərargahı göndərir. Zəhərli havanın yayılmasının təhlükəli məsafəsi zəhərləyici maddə­­lərin tətbiq edil­di­yi rayonun hüdudundan, küləyin istiqamətilə, dəstələrin şəxsi he­yə­tinin və əhalinin mühafızə vasitələri olmadan təhlükəsiz mən­tə­qəyə qədər olan yola deyilir.
Buludun yayılmasının təhlükəli məsafəsinə aşağıdakılar aid­dir:
- kimyəvi silahın tətbiq olunduğu rayonun böyüklüyü;
- buxar və duman (aerozolu yaradan) halına keçən zəhər­lə­yi­ci maddələrin miqdarı və onların zəhərliyi;
- havanın şaquli dayanıqlıq dərəcəsi;
- yerin relyefi və bitkilərin xarakteri.
Zəhərli hava buludu iki yerə bölünür: birinci və ikinci.
Bi­rinci bulud kimyəvi sursatın partlayışı zamanı əmələ gəlir. Mühafızə olunmayan adamlara, heyvanlara və başqa obyektlərə təsir fəaliyyəti az olur.
İkinci bulud isə yerdən və əşyalardan zəhərləyici maddə­lə­­rin damcılarının buxarlanması nəticəsində əmələ gəlir. Bu da küləyin is­tiqamətilə yayılır və zəhərləyici maddələrin buxarlan­ma müddə­tin­də ətrafa zəhərlənmə verir.
Düşmən basqınından sonra kəşfiyyatçılar xüsusi cihazla­rın köməyi ilə zəhərləyici maddələrin növünü öyrənir və zəhərlən­mə rayonunun sərhədlərini nişanlayırlar. Sonra dəstə­ləri hərbi hazır vəziyyətə gətirmək, onlara tibbi yardım göstərmək və xüsusi tə­miz­lik aparmaq üçün bütün tədbirlər görülür. Qəzalar və ya düşmən tərəfindən kimyəvi silahın tətbiq edilməsi nəti­cə­sin­də zəhərlənmə ocaqları yaranan zaman qəza baş vermiş ərazinin MM rəisinin qərarına əsasən əvvəlcədən planlaşdırılmış qaydada MM tədbirləri həyata keçirilməyə başlanır. Kimyəvi zədələnmə ocağı zonasında vəziyyəti aydın­laş­dırmaq üçün dəstə komandiri kəş­fiyyat qrupu göndərir. Kəşfiyyatçılar (adətən, kəşfiyyat man­qa­sı) onlara göstərilmiş marşrut üzrə hərəkət edib, kimyəvi kəşfiyyat cihazları vasitəsilə hər 300-400 metrdən bir havanın zəhərlənmə dərə­cə­­sini təyin edirlər. Onlar zəhərlənmə ocağını aşkara çıxarıb, əra­zini gözdən keçirir, zəhərlənmiş sahənin sərhədlərini nişanlayır, zə­hərlənmə ocağına yanaşma yollarını və GTZM buxarlarının ya­yıl­ması istiqamətini müəyyən edir, binaların, qurğuların və ava­dan­lığın dağılması xarakterini təyin edir, zəhərlənmə ocağındakı adam­ların vəziyyətini aydınlaşdırırlar. Kəşfiyyatçılar əldə etdik­ləri məlumatları dərhal dəstənin komandirinə xəbər verirlər.
Hər bir konkret halda zəhərli maddənin əmələ gətirdiyi zə­hər­­lənmə ocağını məhdudlaşdırmaq üçün nə cür hərəkət etmək – zə­hərli maddənin növündən, zədələnmənin xarakterin­dən, isteh­sa­lın texnoloji sxemindən və başqa şərtlərdən asılıdır.
Havada, ərazidə, texnikanın və başqa obyektlərin səthlə­rin­­də­ki zəhərləyici maddələri kimyəvi kəşfiyyat cihazları və qaz siq­na­lizatoru vasitəsilə, yaxud nümunə götürüb onları kimya la­bo­ra­to­ri­yalarında təhlildən, analizdən keçirməklə aşkar edirlər. Müşa­hi­də yolu ilə, yəni əşyanın səthindəki ZM damcılarına və ləkələrinə, zə­­hər­li maddənin yaratdığı buludun rənginə, zəhər­lən­miş bitki yar­paq­larının rənginin dəyişməsinə görə ancaq bəzi zəhərləyici mad­də­ləri təxmini olaraq aşkar etmək mümkündür.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə