MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Bakterioloji şəraitin qiymətləndirilməsi



Yüklə 4,5 Mb.
səhifə48/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   44   45   46   47   48   49   50   51   ...   78
mülki müdafiə

Bakterioloji şəraitin qiymətləndirilməsi
Düşmənin bakterioloji silah tətbiq etməsi nəticəsində yaran şəraitə bakterioloji şərait deyilir.
Bakterioloji şəraiti adamların, heyvanların, ərazinin, təsərrüfat obyektlərinin bakterioloji zəhərlənməsi miqyasını və dərəcəsini aydınlaşdırmaq, bakterioloji vasitələrin mülki müdafıə dəstələrinin xilasetmə və digər təxirəsalınmaz işlərinə, həmçinin əhalinin kənd təsərrüfatı işlərinin aparılmasında göstərdiyi fəaliyyətinə tə'sirl müəyyən etmək üçün qiymətləndirirlər.
Bakterioloji şəraitin qiymətləndirilməsinə aşağıdakılar aiddir: bakterioloji zəhərlənmə rayonunun sərhədini tə'yin etmək; torpaqdan istifadəetmə planına və ya ümumi vəziyyət sxeminə zəhərlənmə rayonunu köçürmək; karantin rejimini dəqiqləşdirmək; xüsusi təmizliyin aparılması üçün kənd təsərrüfatı istehsalı obyektlərini tə'yin etmək; həmçinin müalicə-profılaktik tədbirləri qaydalarını və həcmini müəyyənləşdirmək. Zəhərlənmə ocağının sərhədlərini tibb və baytar kəşfiyyatları tə'yin edir, onları ərazidəki nişanlayır və lazımi mə'lumatları plana və ya xəritəyə köçürürlər.
Karantin şəhər, rayon (respublika) müfki müdafıə rəisinin qərarı ilə qoyulur, obyektin rəhbəri ərazisində yaranmış bakterioloji ocağı ləğvetmə işlərini təşkil edir. Xüsusi təmizliyi birinci növbədə adamlar, heyvanlar, tövlələr və bitkilər keçirlər. Bu iş üçün dəstələr ayrılır, işin yerinə yetirilməsi qaydaları qoyulur, həmçinin maşın və xüsusi dezinfeksiya vasitələri ayrılır.
Müalicə-profılaktik tədbirlərin aparılması lazım gələrsə, aşağıdakılara xüsusi diqqət yetirilir: əhalidə tibbi müşahidələrin fasiləsiz aparılmasını və kənd təsərrüfatı heyvanlarında baytar muşahidəsini təşkil etmək; yoluxucu xəstələri və sübhəlıləri tapmaq, onları ayırmaq, qospitala qoymaq və müalicə etmək; əhalinin və heyvanların təcili profilaktikasını (antibiotiklərlə və basqa xüsusi dərmanlarla) təşkil etmək; qoruyucu peyvəndlər vurmaq.

MÜHAZİRƏ 9
MM kəşfiyyatının vəzifələri, aparılması və təşkili

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə