MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatorlarının – qo­şun kimyəvi kəşfiyyat cihazı (VPXR)



Yüklə 4,5 Mb.
səhifə56/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   52   53   54   55   56   57   58   59   ...   78
mülki müdafiə

Kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatorlarının – qo­şun kimyəvi kəşfiyyat cihazı (VPXR), yarımavtomat kimyə­vi kəş­fiy­yat cihazı (PPXR), QSA-12 və QSP-11 avtomat qaz siq­na­li­za­torları və s. növləri olur.
Qamma şüalanma dozalarının gücü 0,5-dən 200R/san-dək də­­yi­şərkən dozimetrlərin ölçmə diapazonu 2-dən 50 rentgenə­dək­dir. Ölç­mələrin orta xətası +10%-dir. Dozimetr­lərin öz-özünə bo­şal­­ma­sı bir sutka ərzində 4 R-dən artıq olmur. Dozimetrlər ha­va­nın nis­bi rütubəti 98% olan hallarda işləyə bilir; bir komplekt qi­da­lan­dırma mənbəyi ilə (1,6PMS-U-8 tipli iki element) fasiləsiz iş müd­­dəti 30 saat, dozimetrin kütləsi 50 qram, komplektin kütləsi 5,6 kq-dır. Doldurucu pultu işə hazırlamaq müddəti 1-2 dəqi­qə­dir.
Komplektin işə hazırlanması və işlədilməsi. Komplek­tin işə hazırlanması – onu həm nəzərdən keçirməklə, həm də komp­lek­tliyini yoxlamaqdan və DKP-50A dozimetrlərini dol­dur­maq­dan ibarətdir. Nəzərdən keçirməklə yoxlayarkən, dozimetrlərin məhz bu komplektə aid olduğunu və texniki sazlığını yəqin etmək lazımdır.
DP-24 dozimetrlər komplekti 3D-5 doldurucu pultdan və beş ədəd DKP-50A dozimetrdən ibarətdir. Komplekt az heyətli mül­ki müdafiə dəstələri və müəssisələri üçündür.


Havadakı zəhərləyici maddələrin tə'yin edilməsi
Havadakı zəhərləyici maddələri tə'yin etməyə zoman, zarin V-tipli qazlardan başlayırlar. Ən-əvvəl zomanın 0,00005 - 0,1 mq/ olan konsentrasiyanı tə'yin edirlər. Bunun üçün cihazın qapağını açır tutucunu (rəzəni) kənara çəkib nasosu yerindən çıxarır, qırmızı haşiyəli və qırmızı nöqtəli iki ədəd indikator borucuğunu götürür, onları uclarını kəsib açırlar. Yuvasının nişanı indikator borucuqlarının nişanına uyğun olan ampulaqıran vasitəsilə hər iki borucuğun üst ampullarını qırır və borucuqların işarəli ucundan tutub onları 2-3 dəfə şiddətlə silkələyirlər. Borucuqlardan birinin (tə'yinedici borucuğun) işarəsiz ucunu nasosda yerləşdirir və nasosu 5-6 dəfə vurub, bu borucuqdan hava keçirirlər. İkinci (nəzarət) indikato borucuğundan hava keçirilmir. Bundan sonra həmin ampulaqıran vasitəsilə hər iki borucuğun alt ampulalarını qırır, onları silkələyir və borucuqların içərisindəki doldurucu maddənin rənginin nece dəyişdiyini müşahidə edirlər. Tə'yinedici borucuğun içərisindəki doldurucu maddənin üst hissəsi qırmızı rəng alarsa (nəzarət borucuğundakı doldurucu maddə sari rəngə düşən müddət ərzində) bu, havada zoman, zarin, yaxud V-qazlar olduğuna dəlalət edir.
Hər iki borucuqdakı doldurucu maddənin sarı rəngdə qalması havada təhlükəli konsentrasiyada (miqdarda) zəhərləyici maddələrin olmadığını göstərir. Əgər indikator borucuqlannın alt ampulalarını qırarkən borucuqlardakı doldurucu maddə dərhal sari rang alarsa (bu isə yoxlanılan havada turşu xarakterli qazlar olarkən belə olur) belə hallarda havada zəhərləyici maddələrin aşkar olunmasını tüstü süzgəclərindən istifadə etməklə yenidən təkrar etmək lazımdır.
Sinir iflicedici tə'sirli maddələrin tə'yin edəndən sonra havada fosgen, xlorsian və sianid turşusu olub-olmadığını müəyyənləşdirirlər. Bu məqsədlə üç yaşıl haşiyəli indikator borucuğunun uclarını kəsib açır, onun ampulasını qırır, borucuğu nasosda yerləşdirib nasosu 10-15 dəfə vururlar. Sonra nasosdan borunu çıxanb onun doldurucusunun rəngini üç yaşıl haşiyəli borucuqlar saxlanan kasetin üzərindəki etalon rəng ilə müqayisə edirlər. Bundan sonra havada iprit buxarları olub-olmadığını tə'yin edirlər. Bunun üçün bir sarı haşiyəli indikator horucuğunun uclarını kəsib açır, onu nasosda yerləşdirib nasosu 60 dəfə vururlar. Sonra nasosdan borucuğu çıxarır, içərisindəki dolduruucunun rəngini müvafiq kasetin üzərindəki etalon rəngi ilə bir dəqiqə ərzində müqayisə edirlər.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə