MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Fövqəladə vəziyyət zamanı əhalinin xəbərdar edilməsi



Yüklə 4,5 Mb.
səhifə58/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   54   55   56   57   58   59   60   61   ...   78
mülki müdafiə

Fövqəladə vəziyyət zamanı əhalinin xəbərdar edilməsi
Gözlənilən, yaxud baş verən fəlakət barədə əhalini vaxtında xəbərdar etmək mülki müdafíənin ən əsas vəzifələrindən biridir. Təhlükə haqqında xəbərdarlığın əsas vasitəsi radio və televiziya səbəkəsidir. Ádamların diqqətini tez cəlb etmək, həmçinin onların dərhal radio və televizorların ətrafına toplaşmasına nail olmaq üçün fövqəladə hallarda sirenlərdən, nəqliyyat vasitələrinin fit səslərindən istifadə etməklə səs siqnalları verilir. Belə siqnal «hamının diqqətinə» siqnalı adlanır.
Təhlükə haqqında xəbərlə birlikdə əhalinin davranış qaydaları barədə qısa və aydın məsləhətlər, göstərişlər də verilir.
Xəbərdarlıq siqnalları barədə qabaqcadan tam təsəvvür yaradılmalıdır. Hamı bilməlidir ki, xəbərdarlıq siqnalları sülh və müharibə dovründəki fəlakətlər zamanı verilir. Ancaq bunların biri digərindən fərqlənir və bunu əhalinin bilməsi vacibdir.
Bir sıra təbii fəlakətlər barədə qabaqcadan xəbər vermək mümkündür. Məsələn, yaz daşqınlarının ehtimalı bir ay qabaqcadan bəlli olur və bu barədə müvafiq tədbirlər gorülür. Bu zaman yerli mülki müdafiə qərargahı belə bir mə'lumat verə bilər:
«Diqqət! Danışır rayon mülki müdafíə qərargahı». Vətəndaşlar! Çayda suyun səviyyəsinin qalxması müşahidə olunur. Çayin sag sahilindəki məhəllələri su basacağı gözlənilir. Həmin məhəllələrdə yasayanlar ən vacib və zəruri şeyləri götürüb mərkəzi meydana tələssinlər. Evdən çıxarkən sobanı, qazı, isığı söndürməyi unutmayın. Bu barədə qonşularınıza da xəbər vérin. Radio səbəkəsi ilə verilən xəbərləri diqqətle dinləyin, göstərişlərə dəqiq riayət edin».
Müharibə zamanı insanlar mülki müdafíə qərargahının göstərişlərini yerinə yetirməyə müəyyən dərəcədə hazır olurlar. Halbuki təbii fəlakətlər zamanı əhalinin belə çevik və dəqiq hərəkət etməsi heç də az əhəmiyyətli deyil. Buna görə də mülki müdafíə orqanları ehtimal olunan belə qəzalara qarşı adamlar arasında qabaqcadan geniş izahat işləri aparmalı, təhlükəli ərazilərdə işləyənləri və yaşayanları buna hazirlamalıdırlar.
Təbii fəlakətlərin, habele qəzaların növündən və bu zaman yaranan konkret vəziyyətindən asılı olaraq «hamının diqqətinə!» siqnalından sonra mülki müdafíə qərargahı tərəfindən e'lan edilən məlumat və göstərişlərin məzmunu müxtəlif ola bilər. Buna görə də hər bir adam onları diqqətlə dinləməli, təmkinli olmalı, cəld və mütəşəkkil davranmalıdır.
Müharibə dövründə isə vəziyyət dəyişir. Düsmən hücumu barədə xəbəri əhaliyə hakimiyyət orqanları verirlər. Bu xəbər radio və televiziya, mətbuat orqanları vasitəsilə əhaliyə çatdırılır. Düsmən hücumu təhlükəsi yaranan dövrdə vəziyyət çox müxtəlif, bəzən isə xeyli mürəkkəb olur.
Müharibə zamanı düsmənin nüvə, kimyəvi, bakterioloji silahlar və başqa silahlar işlətmək qorxusu yarandıqda dərhal mülki müdafiənin xəbərdarlıq siqnalları verir, bu məqsədlə radiodan, televiziyadan, bütün rabitə vasitələrindən, səs və işıq siqnallarından istifadə olu¬nur. Belə hallarda «hamının diqqətinə!» siqnalından sonra yaranmıs vəziyyətdən asılı olaraq mülki müdafiənin «Hava həyəcanı», «Hava həyəcanı» qurtardı, «Radiasiya təhlükəsi», «Kimya həyəcanı» siqnalları verə bilər. Bütün əhalinin bu siqnalları bilməsi və onun tələblərinə əməl etməsi vacibdir. Bu, tələfatı xeyli azalda bilər. Bu siqnalların hər birisini konkret şəraitdə nəzərdən keçirək: Hava həyəcanı siqnalı xəbərdarlıq edir ki, düşmənin hava basqını gözlənilir. Öncə sirenlər bunu "Hamının diqqətinə! çatdırır. Sonra isə radio-televiziya da belə bir e'lan verir. "Diqqət! Diqqət! Diqqət! Danışır Mülki Müdafiə Qərargahı! Vətəndaşlar, hava həyəcanıdır! Hava həyəcanı! bu elan bir neçə dəfə təkrar olunur. Əhalinin daldalanması barədə göstəriş verir.
Bu zaman evlərdə olanlar yubanmadan pəncərələri örtməli, qızdırıcı cihazları, isığı söndürməli və əvvəlcədən tədarük etdikləri ərzağı, suyu, mühafizə və təbii yardım vasitələrini götürüb ən yaxındakı sığınacağa getməlidirlər. İstehsalatda olan bütün aqreqatları dayandırmalı, cərəyanı kəsməli və qabaqcadan müəyyən edilmiş qaydada hər bir briqada və növbə onlar üçün nəzərdə tutulmuş sığı¬nacağa getməlidir. Əgər istehsalat rejiminə görə hər hansı aqreqatı, turbini, peçi, texnoloji xətti dayandırmaq mümkün deyilsə, onlar nisbətən təhlükəsiz iş rejiminə keçirilir, evvəlcədən tə'yin edilmiş müəyyən adamların nəzarəti altında saxlanılır və həmin adamların qorunması üçün müvafiq yerlər düzəldirlər.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə