MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə59/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   55   56   57   58   59   60   61   62   ...   78
mülki müdafiə

"Hava həyəcanı" zamanı bütün tədris müəssisələrində məsqələlər dayandirılır, hamı mühafizə qurğularına gedir. Ictimai yerlərdə (kinoteatrlarda, bazarda, mağazada və s.), nəqliyyat vasitələrində olanlar yaxındakı daldalanacağa getməlidirlər. Əgər belə sıgınacaq yerləri yoxdursa daldalanacaq üçün yeraltı keçidlərdən, tunellərdən və s. Istifadə etmək lazımdır.
«Hava həyəcanı » zamanı kəndlərdə əhali ailə daldalanacaqlarına yigılmalıdır. Mal-qaranı tövlə şəraitində saxlamaq məsləhətdir. Çöl şəraitində mal-qaranı qorumaq üçün yarğanlardan, xəndəklərdən, mağaralardan və s. Istifadə etmək məsləhətdir. Bütün hallarda yalnız "hava həyəcanı qurtardı siqnalı verildikdən sonra daldanacaqları tərk etmək olar. Bu zaman yerli radio şəbəkəsi və səsucaldan qurğular vasitəsilə elan edilir: "Diqqət! Danışır Mülki Müdafiə Qərargahı! Havadan basqın təhlükəsi sovuşdu. Hava həyəcanı qurtardı.
«Kimya həyəcanı”siqnalı kimyəvi və ya bakterioloji zəhərlənmə təhlükəsi olduqda, yaxud belə zəhərlənmələr bilavasitə aşkar edildikdə verilir. "Hamının diqqətinə!" xəbərdarlıq siqnalından sonra Mülki müdafiə qərargahının belə bir mə'lumatı əhaliyə çatdırılır: Diqqət! Danışır Mülki Müdafiə Qərargahı! Vətəndaşlar! Kimya həyəcanı. Bu, yerlərdə səs və işıq siqnalları vasitəsilə təkrar olunur. Ardınca aşkar olunmuş zəhərləyici maddənin və ya yoluxucu xəstəlik törədicisinin növü nəzərə alınmaqla adamların davranış qaydaları haqqında məsləhətlər verilir. Kimyəvi zəhərlənmə ocaqlarından adamlar mümkün qədər tez çıxarılmalıdır. Onların hansı istiqamətdə getmələrini mülki müdafiə polis postu isçiləri göstərirlər. Onlar olmadıqda adamlar zəhərlənmə zonasından küləyin səmtinə perpendikulyar istiqamətdə çıxmalıdırlar. Bundan sonra adamlar sanitariya təmizlənməsindən keçməlidirlər.
Radiasiya həyəcanı” siqnalı bu və ya digər ərazidə radioaktiv zəhərlənmə aşkar olunduqda və ya belə zəhərlənmə ən geci 1 saat ərzində gözlənildikdə verilir. Radiasiya təhlükəsi gözlənildikdə də öncə "Hamının diqqətinə! siqnalı, sonra isə "Radiasiya təhlükəsi məlumatı verilir. Bu zaman bütün rabitə və xəbərdarlıq vasitələrindən istifadə edilir, yerlərdə isə bu, səs və işıq siqnalları ilə təkrar edilir. Sonra belə e'lan verilir: "Diqqət! Danışır Mülki Müdafiə Qərargahı! Vətəndaşlar! Radiasiya təhlükəsi! Radiasiya təhlükəsi. Bunun ardınca görülən mühafizə tədbirləri barədə, habelə əhalinin davraniş qaydaları haqqında Mülki müdafia qərargahının tövsiyələri və göstərişləri əhaliyə çatdırılır.
Adamlar dərhal respirator, radioaktiv tozdan qoruyan parça və ya pambıqlı tənzif sarğı, əgər bunlar yoxsa əleyhqaz taxıb sığınacağa və ya radiasiya daldanacağına getməlidirlər. Sonrakı davranış qaydaları əsasən "Hava həyəcanı və "Kimya həyəcanı zamanı olduğu kimidir və hər bir konkret halda Mülki müdafiə qərərgahı tərəfindən dəqiqləşdirilib əhaliyə çatdırılır.
Radioaktiv maddələrlə zəhərlənmiş ərazidə əhalinin mühafizə və davranış rejimləri radiasiyanın səviyyəsindən asılı olaraq mülki müdafiə tərəfindən müəyyən edilib e'lan olunur. Məqsəd-adamların təhlükəsiz dozadan artıq süalanmaya mə'ruz qalmasının qarşısını almaqdır. Radiasiyadan mühafizə rejimi – zəhərli sahələrdə adamların ardıcıl olaraq əvvəlcə radiasiya daldanacağından, bundan sonra isə adi binalarda qalması və mühafizə vasitələri islətməsi müddətini tə'yin edir.
Zəhərlənmiş sahələrdə qalmağa məcbur olan hallarda adamlar hökmən fərdi mühafizə vasitələri islətməli 2 saylı radiasiyadan mühafizə dərmanını (AÍ-2 aptekçəsindən) içməli və təhlükəsiz davranış qaydalarına riayət etməlidirlər. Fərdi mühafizə vasitələri çıxarmaq, açıq əllə ətrafdakı əşyalara toxunmaq, yerdə oturmaq və ya uzanmaq, hərəkət və ya iş vaxtı toz qaldırmaq, açıq yerlərdə xörək yemək, su içmək, siqaret çəkmək, paltarı, ayaqqabıları çöldə təmizləmədən yaşayiş binalarına girmək, ehtiyac olmadan binalardan kənarda qalmaq olmaz.



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə