MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Sığınacaqlar və onların xüsusiyyətləri



Yüklə 4,5 Mb.
səhifə61/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   57   58   59   60   61   62   63   64   ...   78
mülki müdafiə

Sığınacaqlar və onların xüsusiyyətləri
Sığınacaqlar  insanların qəzalardan, sülh şəraitində baş verən təbii fəlakətlərdən, həmçinin müharibə dövrü üçün xarak­te­rik fövqəladə hadisələrin, kütləvi qırğın silahlarının və müasir adi qırğın vasitələrinin zədələyici amillərinin təsirindən qorunması üçün nəzərdə tutulub. Sığınacaqlar zəhərləyici mad­də­lərdən və bak­terial vasitələrdən, yanğın zamanı alovun, yük­sək hərarətin və zərərli qazların təsirindən, partlayışlar zamanı dağıntılardan mü­ha­fi­zə edir. Bir sözlə mühafizə qurğuları insanları FH-in bütün zə­də­lə­yici amillərindən qoru­yur.
Sığınacaqlarda həyat fəaliyyətini təmin edən qəza-xilasetmə dəstələri və əhalini mühafizə edən məntəqələr yaradılır: ərzaq, il­kin tibbi yardım, zədələnmiş insanları toplayan, qızdırıcılar və s. Sığınacaqlar sülh dövründə yaradılır və lazım olan vasitələrlə təc­hiz olunur. Şəraitə uyğun olaraq sığınacaqlar binaların daxilində və kənarda quraşdırıla bilər. Daxili sığınacaqlara binaların tərki­bin­də olan zirzəmilər, xaric­də quraşdırılanlara isə binadan kənarda quraşdırılmış sığına­caqlar aiddir.
Sığınacaqların təsnifatı. Sığınacaqlar aşağıda sadalanan xüsusiyyətlərə görə təsnif olunur:
- mühafizə xüsusiyyətlərinə görə;
- yerləşdiyi əraziyə görə;
- həcminə görə;
- tikilmə müddətinə görə;
- konstruksiya materiallarına görə;
- elektrik enerjisi ilə təminatına görə;
- filtr-ventilyasiyaların quraşdırılmasına görə;
- sülh şəraitində istifadə məqsədinə görə.
Həcminə görə sığınacaqlar:
- kiçik həcmli – 150 insan yerləşən;
- orta həcmli – 150 – 600 insan yerləşən;
- böyük həcmli – 600-dən çox insan yerləşə bilər.
150 nəfərdən az tutumu olan sığınacaqlar o halda inşa edilir ki, həm yerli şərait, həm də iqtisadi nöqteyi-nəzərdən sərfəli ol­sun. 1000-2000 nəfərlik tutumu olan sığınacaqlar inşa edilərkən ti­kin­tinin adambaşına düşən maya dəyəri aşağı düşür.
Yerləşdiyi əraziyə görə:
- tikililərdə (binanın zirzəmi və baza hissələrində);
- metropolitendə və dağ-mədən faydalı qazıntılarının istis­­­ma­­­rından sona qalan boşluqlarda;
- binadan kənarda yaradılanlar (bina tərkibində olmayan­lar).
Tikildiyi yerinə görə:

  • binanın zirzəmilərində;

  • binanın xaricində tikilənlər.

Tikilmə müddətinə görə:
- sülh dövründə əvvəlcədən tikilənlər;
- boş meydançalarda yaradılan tez tikilən sığınacaqlar.
Tikilmə materiallarına görə:
- meşə materiallarından tikilənlər;
- daş divarlılar;
- dəmir-betonlu (dəmir-betonlular tikiliş növünə görə bir ne­çə növə bölünür: dəmir-monolit, monolit və dəmir. Geniş yayılan dəmir-monolitlərdir);
- parçadan tikilənlər.
Enerji təminatına görə:
- şəhərin elektrik xətləri ilə təmin olunanlar;
- şəhərin elektrik xətləri ilə yanaşı, həm də qoruyucu mənbə ilə təmin olunanlar. Sığınacaqların hava təminatı, adətən, 2 rejimdə həyata ke­çi­ri­lir:
- təmiz vertilyasiya (I rejim);
- süzücü vertilyasiya (II rejim);
- atom elektrik stansiyaları yerləşən rayonlarda, kimyəvi təh­­lükəli sahələrdə, mümkün subasma və yanğın zonalarındakı sı­ğı­nacaqlarda tam və ya hissəvi təcrid rejimi (III rejim) tətbiq edi­lir.
Sülh dövründə sığınacaqlar bir neçə məqsədlə istifadə olu­nur:
- istehsalat müəssisəsi kimi;
- anbar kimi;
- təmir briqaların və növbətçi personalın istifadəsi üçün;
- müalicə müəssisələrinin yardımçı məntəqəsi kimi;
- idman, qarajlar, dayanacaqlar, nəqliyyat və piyada tunel­lə­ri kimi.
Yerin altında quraşdırılmış (zirzəmi) sığınacaq­lar ona görə etibarlıdır ki, onlar yerin alt qatında davamlı materiallarla tikilir, gi­riş və qəza çıxışları ilə təmin olunur. Zəhərli havanın içəri daxil olmaması üçün sığınacaqlar hermetikləşdirilir, filtr-ventilyasiya qur­ğuları quraşdırılır və işlək hala gətirilir. İnsanlar sığınacaq­la­r­da bir neçə müddət, hətta dağılmış sığınacaqlarda belə bir neçə sutka qala bilərlər. Yanğınlardan, kimyəvi maddələrdən etibarlı mühafi­zə  sığınacaqları əhatə edən bölgədən, sanitar-gigiyena qaydalara əməl etməkdən və sığınacaqlarda təmin olunmuş şəraitdən asılıdır.
Ən geniş yayılmış sığınacaqlar istehsal, ictimai və yaşayış binalarının zirzəmi və yarımzirzəmilərində quraşdırıl­mış sığına­caq­lardır. Həmçinin binalardan kənarda da sığına­caq­lar qu­raş­dı­rılır. Belə sığınacaqlar üstdən və yanlardan torpaq­la örtülür. On­la­ra yeraltı keçidlər və qalereyalar, metro­po­liten və dağ oyuqları da­xil­dir (şəkil).


Şəkil Sadə sığınacaqlar


Sığınacaqlar əhalinin çox yerləşdiyi ərazilərdə quraşdırıl­ma­lıdır. Bütün sığınacaqların giriş və çıxış qapıları işarələrlə gös­tə­ril­məlidir. İnsanların daldalanmasının təşkili, planlaşdırıl­ması və tə­mi­nati müvafiq mülki müdafiə xidmətlərinə həvalə edilir.
Sığınacaqda daldalananlar müvafiq sanitar-texniki şərt­lər­lə təmin olunmalıdır. Bu şərtlərin əsas göstəriciləri aşağıdakılardır:
- karbon qazının miqdarı (1 – 3%);
- temperatur (23 – 31C) ;
- havanın nəmliyi (70 – 80%);
Sığınacağın daxili avadanlıqları əsas və köməkçi otaqlardır.
Əsas təyinatlı otaqlar:
- insanların yerləşməsi üçün otaqlar;
- idarəetmə heyəti üçün otaqlar;
- tibbi yardım otaqlarından ibarətdir.
Köməkçi təyinatlı otaqlar:
- filtr-ventilyasiya otaqları;
- sanitariya qovşağı;
- giriş və çıxışlar;
- tibb otağı;
- ərzaq üçün anbardan ibarətdir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə