MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə63/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   59   60   61   62   63   64   65   66   ...   78
mülki müdafiə

İdarəetmə məntəqəsi (İM) – obyektin rəhbər heyətinin MM qərargahının yerləşməsi üçündür. Belə məntəqə ən böyük növ­bəsində 600 və bundan artıq adam işləyən müəssisələrdə sı­ğı­na­caqların tikilməsi layihələrində nəzərdə tutulur. İdarəetmə mən­təqəsi, adətən, mühafizəli elektrik təchizatı mənbəyinə malik olan sığınacaqlardan birində yerləşdirilir. O, iş və rabitə otağından iba­rət olur. Adətən, idarəetmə məntəqəsi sığınacağın giriş yollarından birinin yaxınlığındakı otaqlarda yerləşdirilir və odadavamlıq həddi bir saatadək olan arakəsmələrlə sığınacağın adamlar yerləşən di­gər otaqlarından ayrılır. İdarəet­mə məntəqəsində işləyən şəxslərin ümu­mi sayı ən çoxu 10 nəfər olur, hər adam üçün 2 m2 sahə he­sab­lanır.
Bəzi iri müəssisələrdə nazirliyin və baş idarələrin icazəsi ilə idarəetmə məntəqələrində işləyənlərin sayı 25 nəfərədək ola bilər.
Tibb məntəqəsi (TM) – sığınacaqda daldalanan adamla­ra ilk tibbi yardım göstərmək üçündür. Daldalanan adamların sayı 900-1200 nəfər olanda tibb məntəqəsinin sahəsi 9 m2 müəyyən edilir. 1200 nəfərdən artıq hər 100 nəfər üçün tibb məntəqəsinin sahəsi 1 m2 artırılır.
Sığınacaqlarda, həmçinin hər 500 nəfər adam üçün sahəsi 2 m2 olan bir sanitariya qovşağı nəzərdə tutulur, lakin hər qurğuda ən azı bir belə məntəqə olmalıdır.
Tibb məntəqəsi “Müharibə dövründə MM mühafizə qurğu­la­rının istismarı” üzrə təlimata uyğun surətdə avadanlıq­laş­dırılır.
Yardımçı təyinatlı otaqlar. Süzgəcli ventilyasiya otağı (SVO) – sənaye tipli (stasionar) süzücü ventilyasiya avadanlı­ğı­nın yer­ləşdirilməsi üçündür. Süzgəcli ventilyasiya otağı, adətən, sığı­na­cağın xarici divarlarının yanında, giriş yollarının və ya qəza çı­xış yollarının yaxınlığında yerləşdirilir. Bu otağın ölçüləri ava­dan­lığın ölçülərindən və avadanlığa xidmət etmək üçün lazım olan sa­hədən asılı olaraq müəyyən edilir. Ən vacib və məsuliyyətli mə­sə­lə bayırdakı ehtimal olunan zəhərlən­mələr, yanğınlar şəraitində, eləcə də hermetik qurğuda adamların xeyli müddət qalması nə­ti­cə­sin­də içəridəki havanın tərkibi pisləşərkən adamların tənəffüsü üçün yararlı hava ilə lazımi miqdarda təmin edilməsidir.
Yaranmış vəziyyət daldalanan adamları uzun müddət (bir ne­çə sutka) sığınacaqda qalmağa vadar edə bilər. Bu isə ancaq sı­ğı­nacaqda normal sanitar – gigiyena şəraiti olan hallarda, yəni ha­va­nın tərkibindəki karbon qazının miqdarı ən çoxu 2%, oksigenin ən azı 15-16%, habelə temperatur ən çoxu 30°C və rütubət ən ço­xu 85% olmaqla yolverilən hədlərdə saxlanılarkən mümkündür. Onu da nəzərə almaq lazımdır ki, adam nəfəs alarkən saatda 20-25 litr oksigen udur, 20 litrədək karbon qazı, təxminən 90 qram rütubət və 100 kkal istilik yaradır. Bunun da nəticəsində hermetik sığı­na­caq­larda havanın qaz tərkibi, temperatur və rütubət sürətlə dəyişir. Havanın tərkibində oksigen və karbon qazının lazımi miqdarını, ha­belə normal temperaturu və rütubəti saxlamaq üçün sığınacağa təmiz havanın verilməsi havaverici və ya hava­ve­ri­ci-sorucu ven­til­yasiya sistemi vasitəsilə təmin olunur.
Ventilyasiya sistemi iki və ya üç rejimdə işləyə bilər:
- təmiz ventilyasiya rejimində (I rejim);
- süzücü ventilyasiya rejimində (II rejim);
- içəridəki hava bərpa (regenerasiya) edilməklə tam təc­ri­d­olun­ma rejimində (III rejim).
Sığınacaqlarda hava boruları şəbəkəsi fərqli rənglərlə bo­ya­nır: təmiz ventilyasiya rejimi ağ, filtr-ventilyasiya rejimi qırmızı rən­gdə olur. Havanın resirkulyasiya boruları da qırmızı rəngə bo­ya­nır. Filtr-ventilyasiya kameralarında FV (filtr-ventilyasiya) aq­re­qatları FVA-49 (FVK-1, FVK-2) yerləşdi­rilir. Həmin aqreqatlar sığınacaqların radioaktiv maddələrdən, kimyəvi zəhərləyicilərdən və bakterial vasitələrdən təmizlən­mə­sini və ventilyasiyasını təmin edir. FV sistemi 2 rejimdə işləyir:
- təmiz ventilyasiya (hava kobud dispers tozdan təmiz­lənir);
- filtr-ventilyasiya (hava radioaktiv maddələrdən, zə­hər­lə­yi­ci maddələrdən və bakterial vasitələrdən təmizlənir).
Havanın verilməsi ventilyator vasitəsilə həyata keçirilir.
Sığınacaqlarda müxtəlif mühəndis sistemləri quraşdırılır:
- elektrik təchizatı (elektrik xətləri qara rəngə boyanır);
- su təchizatı (su boruları yaşıl rəngə boyanır);
- istilik sistemi (borular qəhvəyi rəngə boyanır).

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə