MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə62/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   58   59   60   61   62   63   64   65   ...   78
mülki müdafiə

Sığınma otaqları (SO) – əhalinin daldalanması və yerləş­­di­rilməsi üçün bir, iki və üçmərtəbəli taxtlar (narlar) yerləşdirilən otaqlardır.Bir insan üçün sığınacaqda döşəmənin 0,5 m2 və 1,5 m3 da­xili həcmi nəzərdə tutulur. Sığınacaqlarda qorunanların rahatlığı üçün lazımi şərait yaradılmalı, yəni uzanmaq üçün ikimərtəbəli tax­tlar, aşağıda isə oturacaqlar düzəldilməlidir. Oturacaqların sayı qorunanların 80%-i, taxtla­rın sayı isə – ikimərtəbəli variantda – 20%-i, üçmərtəbəli vari­ant­­da – 30%-i əhatə etməlidir. Otura­caq­ların ölçüsü 45×45 sm, taxtların ölçüsü – 0,55×1,8 metr olur. Sığı­na­caqda adamla­rın daldalanması üçün nəzərdə tutulan otaqların ay­rı-ayrılıqda sahəsi 25 m2-dən, ümumi sahəsi 75 m2-dən az olmamalıdır. Adamların daldalanması üçün otaqların sahəsi iki­mər­təbəli taxtlar qoyularkən hər adam üçün 0,5 m2, üçmərtəbəli ta­xtlar qoyularkən isə 0,4 m2 hesablanmalıdır. Otaqlarda daxili ha­va­nın həcmi hər adam üçün ən azı 1,5 m3 olmalıdır.
Otaqların hündürlüyü onlardan sülh dövründə nə məqsədlə is­tifadə ediləcəyindən asılıdır, lakin döşəmədən üst örtük kon­struk­siyaların ən aşağı hissəsinədək məsafə 3,5 m-dən çox ol­ma­malıdır. Otağın hündürlüyü 2,15 m-dən 2,9 m-dək olan hallarda iki­mərtəbəli taxtlar, bundan artıq olanda isə üçmərtəbəli taxtlar qo­yulmalıdır. Sülh dövründə istismar şəraitinə görə hündürlüyü ən azı 1,85 m olan binalardan da sığınacaq kimi istifadə etməyə icazə ve­rilir. Belə hallarda burada ancaq birmərtəbəli taxtlar qo­yul­ma­lı­dır. Daldalanan adamların oturması üçün oturacaqlar hər adam üçün 0,45 x 0,45m, yuxarı mərtəbələrdə uzanma yerləri isə 0,55m x 1,8 m hesabı ilə müəyyən edilir. Taxtların döşəmədən hün­dürlüyü birinci mərtəbədə 0,45 m, ikinci mərtəbədə – 1,4 m və üçüncü mərtəbədə 2,15 m olmalıdır. Ən yuxarıdakı mərtəbədən otağın üst örtüyünə (tavanına) və ya tavan konstruksiyasının aşağı hissəsinədək məsafə ən azı 0,75 m götürülür.
Daldalanan adamların oturması və uzanması üçün yerlər sta­si­onar ola bilər (sığınacaq tikilərkən düzəldilir). Əgər belə taxtlar sığınacaqlardan sülh dövründə təsərrüfat ehtiyacları üçün istifadə etməyə maneçilik törədirsə, onları sığınacağı mühafizəyə hazırlıq rejiminə keçirərkən düzəldirlər. Sığınaca­ğın geniş sahəli otaqlarını 50-75 nəfərlik otaqlara bölmək lazımdır.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə