MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


MÜHAZİRƏ 12 Mülki müdafiənin mühafizə qurğuları



Yüklə 4,5 Mb.
səhifə60/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   56   57   58   59   60   61   62   63   ...   78
mülki müdafiə

MÜHAZİRƏ 12
Mülki müdafiənin mühafizə qurğuları
Mülki müdafiə qurğularının tə'yinatı və təsnifatı. Mühafizə qurğuları fondunun yaradılması yolları
Mülki müdafıənin mühafızə qurğuları fövqəladə hallarda adamların daldalanıb hər cür zədələyici vasitələrdən qorunması üçündür və onlardan sülh dövründə müəssisələrin ehtiyacları və əhaliyə xidmət məqsədilə istifadə edilməlidir.
Fövqəladə hallar qəfil yaranan hallarda belə xüsusi qurğular əhalinin mühafızəsi üçün ən etibarlı və səmərəli vasitədir.
Mühafızə qurğuları kollektiv mühafizə vasitələridir. Aşağıdakı əlamətlərinə görə təsnif olunurlar:

Tə'yinatına görə:


• idarəetmə məntəqələrinin mühafızəsi üçün qurğular;
• əhalinin mühafızəsi üçün qurğular;
Yerləşdirilməsinə görə:
•bina ilə birgə tikilən qurğular (binaların zirzəmisində kürsü və birinci mərtəbələrində, sənaye müəssisələrinin yeraltı mərtəbələrində və yardımçı binalarında);
Tikilmə müddətlərinə görə :
•əvvəlcədən tikilən qurğular (sülh dövründə təsərrüfat obyektlərinin planları üzrə tikilən; əsaslı tikinti və rekonstruksiya prosesində tikilən);
•teztikilən qurğular.
Yüklənən konstruksiyaların materialına görə:
• dəmir-beton konstruksiyalı qurğular;
• daş divarlı qurğular;
• meşə materiallarından hazırlanmış konstruksiyalı qurğular.
Mühafızə xassələrinə görə:
• sığınacaqlar;
• radiasiya daldalanacaqları (radiasiyadan qoruyan daldanacaqlar);
• sadə daldanacaqlar (sığınacaqlar və radiasiya daldanacaqları çatışmadıqda)
Sığınacaqlar mühafızə dərəcələrinə görə siniflərə, radiasiya daldanacaqları isə radiasiyanı zəiflətmə dərəcəsinə görə qruplara ayrılır.
Böyük şəhərlərdə və iri obyektlərdə əhalinin mühafızəsi üçün əvvəlcədən sənaye avadanlıqlı sığınacaqlar tikilir ki, bunlardan sülh dövründə təsərrüfatının ehtiyacları üçün istifadə edilməlidir.
Əvvəlcədən tikilən sığınacaqların inşa müddəti onların tutumundan asılı olaraq 1 ildən 1,5 ilə qədərdir.
Lazım gəldikdə tez tikilən sığınacaqların inşa edilməsi də planlaşdırılır ki, onların da mühafizə xüsusiyyətləri əvvəlcədən tikilən mühafizə qurğularınkı ilə eyni olmalıdır.
Teztikilən sığınacaqlar qısa müddətdə, birtipli layihələr üzrə, yerli İikinti bazasından və materiallardan istifadə edilməklə sənaye üsulu ilə tikilməlidir. Teztikilən sığınacaqlardan əlavə hər yerdə sadə daldanacaqların (üstü örtülən xəndəklərin) kütləvi tikintisi nəzərdə tutulur. Bunların tikilmə müddəti şəhərlərdə 24 saat, kənd yerlərinde isə 48-saat müəyyən edilmişdir.
Mühafızə qurğularının kütləvi qısa müddət ərzində tikilməsi üçün əvvəlcədən tam bir kompleks təşkilati və mühəndisi tədbirləri həyata keçirilməlidir. Bu tədbirlərə tikinti sahələrinin seçilməsi, yerli şəraitin aşkar edilməsi, həcm planlaşdırma və konstruksiya işlərinin məqsədyönlü həlli, material və mə'mulatların alınma mənbələrinin müəyyən olunması, onların gətirilməsi və quraşdırılması məsələləri daxildir.
Daldalanan adamlar mühafizə qurğularından bu hallarda çıxarılırlar:
- “Hava həyacanı qurtardı” siqnalına əsasən (qurğunun yaxınlığındakı vəziyyət dəqiqləşdiriləndən sonra);
- Qurğuda müəyyən olunmuş müddət qurtardıqdan sonra;
- Qurğunu növbə üzrə tərk etmək məcburiyyəti yarananda.
Məcburiyyət bunlardır:
- Sakit havada olarkən nəbzin bir dəqiqədə 120 ve daha artıq və ya 35-dən az olması;
- Bədənin temperaturu 38ºC və bundan artıq olması.



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə