MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Kimyəvi kəşfiyyat cihazları haqqında



Yüklə 4,5 Mb.
səhifə55/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   51   52   53   54   55   56   57   58   ...   78
mülki müdafiə

Kimyəvi kəşfiyyat cihazları haqqında
ümumi məlumatlar
Havada, ərazidə, texnikanın və başqa obyektlərin səthlə­rin­dəki zəhərləyici maddələri (ZM), adətən, kimyəvi kəşfiyyat ci­haz­ları və qaz siqnalizatoru vasitəsilə, yaxud nümunə gö­tü­rüb onları kimya laboratoriyasında analizdən ke­çirməklə aşkar edirlər. Müasir zəhərləyici maddələri hiss orqanları vasitə­si­lə orqanoletik üsulla aşkar etmək heç də həmişə mümkün deyil; əv­vəla onların bir çoxunun heç bir iyi, rəngi, qıcıqlandırıcı xassə­lə­ri yoxdur, başlıcası isə, bir sıra ZM-in zəhərliliyi o dərə­cədə yüksəkdir ki, onların iyinə və qıcıqlandırıcı təsirlərinə görə aş­kar edilməsi cəhdi ciddi zəhərlənmələrlə nəticələnə bilər. Mü­şa­hidə yolu ilə, yəni əşyanın səthindəki ZM damcılarına və lə­kə­lə­ri­nə, ZM-in yaratdığı buludun rənginə, zəhərlənmiş bitki yarpaq­la­rı­nın rənginin dəyişməsinə görə ancaq bəzi zəhərləyici maddələri təx­mi­ni olaraq aşkar etmək mümkündür.
Zəhərləyici maddələri çöl şəraitində aşkar və təyin etmək üçün ən çox kimyəvi metoddan istifadə edilir; bu üsul zəhərləyici maddə ilə ona müvafiq seçilmiş digər bir xüsusi maddənin qar­şı­lıq­lı təsiri sayəsində müəyyən bir rəngə malik birləşmənin yaran­ma­sı ha­disəsinə əsaslanır. Belə rəngin meydana çıxması burada məhz hə­min ZM-in olduğuna dəlalət edir. Bu rəngin çalarını ka­ğı­za çə­kil­miş rəng etalonları ilə müqayisə edərək ZM-in kon­sen­tra­si­yası və ya havanın zəhərlənmə dərəcəsi barədə müəyyən qənaətə gəl­mək mümkündür.
İstifadə etmək rahat olsun deyə, kimyəvi kəş­fiyyat cihaz­la­rın­da işlədilən reaktivləri məsaməli maddəyə yaxır, yaxud şüşə am­pulaya yığırlar. Reaktiv yaxılmış məsaməli maddəni və mü­vafiq miqdar ampulları şüşə borucuğa yerləşdirir və ətraf mühitin təsirindən qorumaq üçün borucuğun hər iki ucunu lehimləyirlər. Belə borucuqlar indikator borucuğu adlanır.
İndikator borucuğunu işlədərkən onun uclarını kəsir, da­xi­lin­dəki ampulu sındıraraq zəhərli havanı xüsusi nasosla sorub bo­rucuqdan keçirirlər: bu zaman havanın tərkibindəki ZM buxar­la­rı reaktivlə reaksiyaya qoşularaq məsaməli maddə­nin rəngini mü­vafiq surətdə dəyişir. Bu rəngə və onun tündlüyünə görə ZM-in növü və havadakı konsentrasiyası təxmini təyin edilir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə